Azərbaycanda övladlığa verilən 6 uşaq geri qaytarılıb
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
2025-ci il ərzində 6 uşaqla bağlı övladlığagötürmə ləğv edilib.
Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.
Agentlikdən bildirilib ki, onlardan 1-i 2019-cu ildən sonra, 5-i isə 2019-cu ildən əvvəl övladlığa verilmiş uşaqlardır.
Qeyd edək ki, övladlığa verilən uşağın ailədəki vəziyyəti 18 yaşınadək mütəmadi olaraq monitorinq olunur. Belə ki, övladlığagötürmənin ilk ilində hər rüb, növbəti illərdə isə ildə bir dəfə uşağın ailə mühitinə uyğunlaşması, əqli, fiziki və psixoloji inkişaf səviyyəsi qiymətləndirilir. Övladlığa götürülmüş uşaqlarla bağlı aparılan monitorinqlər zamanı uşaqla ailə arasındakı münasibətlər, mümkün risk amilləri qiymətləndirilir. Risk halı aşkar edildikdə ailəyə müvafiq dəstək tədbirləri təklif olunur. Bu tədbirlər nəticə vermədikdə və ya uşağın təhlükəsizliyi üçün real risk müəyyən edildikdə övladlığagötürmənin ləğvi məsələsinə baxılır.
Bundan əlavə, övladlığagötürmənin ləğvi yalnız məhkəmə qərarı əsasında həyata keçirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 16 Yanvar 2026 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















