Icma.az
close
up
RU
Azərbaycanda öz qanını satmaq istəyənlər var Qan Bankından REAKSİYA

Azərbaycanda öz qanını satmaq istəyənlər var Qan Bankından REAKSİYA

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial şəbəkədə vətəndaş öz qanını ödəniş müqabilində satmaq istədiyini elan edib. Elana şərh yazan izləyicilər həmin şəxsə Mərkəzi Qan Bankına müraciət etməyi məsləhət görüblər.
Bəs Mərkəzi Qan Bankında vətəndaşdan ödəniş qarşılığında qan qəbul edilirmi, belə müraciətlər varmı? Əgər qəbul edilirsə, ödəniş nə qədərdir?
Modern.az saytı bu və digər sullarla Qan Bankına (Milli Hematologiya və Transfuziologiya Mərkəzi) müraciət edib.
Milli Hematologiya və Transfuziologiya Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda ödəniş qarşılığında vətəndaşdan qan qəbulu halları mövcud deyil.
“Qanunvericiliklə belə qan donorları Qan Bankı tərəfindən qəbul edilmir. Bunun mənfi cəhətləri aşağıdakılar göstərilir:

Ödəniş qarşılığında qan verən şəxslərin sağlamlıq göstəriciləri bəzən düzgün yoxlanılmaya bilər. Həmin donorlar bəzi hallarda tibbi şərtləri gizlədə bilər, bu da infeksion xəstəliklərin ötürülməsi riskini artırır.
Eyni zamanda ödənişli qan qəbulu təmənnasız donorluğun təşviqinə maneədir. Ödənişli donorluq cəmiyyətdə könüllü donorluq mədəniyyətini zəiflədə bilər. Xeyriyyəçilik prinsiplərindən uzaqlaşma, cəmiyyətdə mənfi ictimai fikir formalaşdıra bilər.

Maddi maraq üçün tez-tez qan vermək şəxslərin sağlamlığına mənfi təsir göstərə bilər. Qan tez-tez bərpa olunmalıdır və bu donorun ümumi sağlamlığına zərər verə bilər.

Ödəniş qarşılığında qan donorluğu, xüsusilə sosial və iqtisadi baxımdan zəif təbəqələri mənfi təsir altına sala bilər, çünki bu insanlar məcburiyyət qarşısında qan vermək qərarı qəbul edə bilərlər”.
Mərkəzdən deyilib ki, Azərbaycanda qan donorluğu məsələsi qanunvericiliklə tənzimlənir və bu məsələyə dair əsas hüquqi sənəd "Qan və onun komponentlərinin donorluğu haqqında" Qanun və əlaqəli normativ-hüquqi aktlardır.
 

Qeyd edilib ki, Azərbaycan qanunvericiliyinə görə, qan və qan komponentlərinin donorluğu əsasən könüllü və ödənişsiz əsaslarla həyata keçirilir:
 

“Qanunvericilikdə qeyd olunur ki, könüllü qan donorluğu insanın öz iradəsi ilə, maddi maraq güdmədən, xeyriyyəçilik prinsiplərinə əsasən edilir.
Ona görə də Mərkəzi Qan Bankında qan vermək əsasən könüllülük prinsipi əsasında təşkil edilir”.


Maraqlıdır 2024-cü ildə mərkəzə vətəndaşlar tərəfindən nə qədər qan verilib?
 

“Respublika Qan Bankının qan donorluğu ilə bağlı rəsmi məlumatlara əsasən, 2024-cü ildə ümumilikdə 126 148 nəfər donor qan ianə edib. Bunlardan 114 257 nəfəri könüllü qan donorlarıdır. Qalan donorlar təkrar olaraq qan verib.
Azərbaycanda qan donorluğunun əsas istiqaməti könüllü donorluğun inkişaf etdirilməsidir. Bunun səbəbi aşağıdakılardı:
- Könüllü donorluğun təhlükəsiz, etik və daha davamlı olması;
- İnsanların sağlamlığını qorumaq və təmənnasız xeyirxahlığı təşviq etmək”.

Qeyd edilib ki, Səhiyyə Nazirliyi və Respublika Qan Bankı əsas diqqəti könüllü və pulsuz qan donorluğunun təşviqinə yönəldir. Dövlət qanunvericiliyində könüllü qan donorluğunun genişləndirilməsi üçün əlavə təşviq mexanizmləri və maarifləndirmə işləri aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Yanvar 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see203

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see155

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see154

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see153

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see151

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see139

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see128

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri