Icma.az
close
up
RU
Azərbaycanda özəl məktəblərin əlyandıran qiymətləri SİYAHI

Azərbaycanda özəl məktəblərin əlyandıran qiymətləri SİYAHI

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Elm və təhsil hər bir cəmiyyətin gələcəyini formalaşdıran əsas sütunlardır. İnsan düşüncəsinin inkişafı, dünyagörüşünün genişlənməsi və sağlam cəmiyyətin qurulması da, elə məhz keyfiyyətli təhsildən başlayır. 

Bu baxımdan valideynlər övladlarının təhsil alacağı məktəbi seçərkən tədris proqramının səviyyəsinə, müəllim heyətinin peşəkarlığına, maddi-texniki bazaya, ələlxüsus beynəlxalq imkanlara xüsusi diqqət yetirirlər. Xüsusilə Bakıda fəaliyyət göstərən özəl məktəblər bu tələblərə cavab verən alternativlər kimi ön plana çıxır. Lakin vurğulamaq gərəkdir ki, bu məktəblərin təqdim etdiyi imkanlarla yanaşı, təhsil pilləsindən və tədris şərtlərindən asılı olaraq bir-birindən fərqlənir.

Modern.az Azərbaycanda fəaliyyət göstərən özəl məktəb və liseylərin illik təhsil haqqı məbləğlərini araşdırıb.

Bakı Atatürk Liseyində V-IX siniflər üzrə illik təhsil haqqı 2 500-4 500 manat təşkil edir. Simurq Liseyində I-IV siniflər üçün ödəniş 2 625-5 250 manat, V-IX siniflər üzrə isə 2 890-3 940 manatdır. Western School-da V-IX siniflər üçün illik təhsil haqqı 6 000 manat müəyyən edilib. Müasir İnnovasiyalar Liseyində I-IV siniflər üzrə qiymətlər 6 000-7 000 manat, V-IX siniflər üçün 6 500-8 000 manat, X-XI/XII siniflər üzrə isə 7 000-8 500 manatdır.

Landau School-da ibtidai siniflər üzrə illik ödəniş 6 300-8 700 manat, orta siniflərdə isə 7 300-13 600 manat arasında dəyişir. Erudit Liseyində V-IX siniflər üzrə illik təhsil haqqı 6 500 manatdır. Hədəf Liseyində I-IV siniflər üçün ödəniş 6 500-9 000 manat, V-IX siniflər üzrə isə 5 000-9 000 manat təşkil edir. Yaşam Beynəlxalq Məktəbində ibtidai siniflərdə təhsil haqqı 6 550-7 250 manat, orta siniflərdə 7 250-8 670 manat, tam orta pillədə isə 4 800 manatdır.

Bakı Beynəlxalq Təhsil Kompleksində V-IX siniflər üzrə illik ödəniş 8 000-9 000 manat səviyyəsindədir. Kaspi Liseyində I-IV siniflər üçün qiymətlər 8 350-9 000 manat, V-IX siniflərdə 8 850-9 950 manat, X-XI/XII siniflər üzrə isə 8 950-9 450 manat təşkil edir. Ada School-da ibtidai siniflər üzrə illik təhsil haqqı 15 000 manat, tam orta pillədə isə 8 400-11 550 manatdır. Bakı İstanbul Liseyində V-IX siniflər üzrə ödəniş 9 000-10 000 manatdır. Evrika Liseyində ibtidai siniflər üçün qiymətlər 9 000-10 500 manat, orta siniflərdə isə 9 500-14 500 manatdır.

Beynəlxalq Maarif Məktəblərində I-IV siniflər üzrə illik təhsil haqqı 9 201-10 862 manat, V-IX siniflər üçün 10 357-12 307 manat müəyyən edilib. İdrak Liseyində ibtidai pillədə ödəniş 10 000-12 500 manat, orta siniflər üzrə isə 10 500-16 500 manat təşkil edir. Dünya Məktəbində I-IV siniflər üçün təhsil haqqı 11 000-13 500 manat, V-IX siniflərdə isə 11 500-17 500 manatdır. Avropa Azərbaycan Məktəbində ibtidai pillə üzrə ödəniş 11 250 manat, orta siniflər üçün 13 250 manat, tam orta təhsil üzrə isə 16 150 manatdır. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində V-IX siniflər üzrə illik təhsil haqqı 12 000-14 500 manatdır. Britaniya Məktəbində I-IV siniflər üçün ödəniş 12 000 manat, tam orta pillədə isə 15 000 manat təşkil edir. Bakı Modern Təhsil Kompleksində V-IX siniflər üzrə illik təhsil haqları 12 000-25 000 manat arasında dəyişir.

Sabis Sun International School-da orta siniflər üzrə təhsil haqqı 14 400-15 900 manatdır. Sabah School-da V-IX siniflər üçün illik ödəniş 15 000 manatdır. Oxbridge Academy Baku-da ibtidai siniflər üzrə təhsil haqqı 15 640 manat, orta siniflərdə 15 640-18 020 manat, tam orta pillədə isə 20 740-24 820 manat təşkil edir. Bakı Oxford Məktəbində I-IV siniflər üzrə ödəniş 17 000-17 500 manat, V-IX siniflər üçün 17 500-18 000 manat, X-XI/XII siniflər üzrə isə 18 000-20 500 manatdır. Müasir Təhsil Kompleksində ibtidai siniflər üzrə illik təhsil haqqı 18 300 manat, orta siniflərdə 14 800-18 800 manat, tam orta pillədə isə 15 000-19 000 manat müəyyən edilib. Azərbaycan Britaniya Kollecində illik təhsil haqqı ibtidai siniflər üzrə 20 000 manat, orta siniflər üçün 21 000-22 000 manat təşkil edir, Azərbaycan Beynəlxalq Məktəbində isə bu göstərici 54 900 manatdır.

Araşdırmalar göstərir ki, yeni tədris ilində 2024/2025-ci tədris ili ilə müqayisədə əksər özəl məktəblərin qiymətlərində fərqlilik qeydə alınıb.

Müasir İnnovasiyalar Liseyində bütün pillələr üzrə qiymət artımı qeydə alınıb. Belə ki, 2024/2025-ci tədris ilində ibtidai siniflər üçün 5 500-6 500 manat təşkil edən illik ödəniş 2025/2026-cı ildə 6 000-7 000 manata yüksəlib. Orta pillədə qiymətlər 7 000-7 500 manatdan 6 500-8 000 manata, tam orta təhsil pilləsində isə 7 000-9 000 manatdan 7 000-8 500 manata qədər dəyişib. Ümumilikdə artım 500-1 000 manat aralığında olub.

Landau School-da da oxşar dinamika müşahidə olunur. Əvvəlki tədris ilində ibtidai siniflər üzrə 6 000-8 300 manat olan təhsil haqqı yeni ildə 6 300-8 700 manata, orta pillədə isə 7 000-12 900 manatdan 7 300-13 600 manata yüksəlib. Artım orta hesabla 300-700 manat təşkil edib.

Dünya Məktəbində qiymət artımı daha nəzərəçarpandır. Belə ki, 2024/2025-ci ildə ibtidai siniflər üçün 10 000-12 500 manat olan ödənişlər 2025/2026-cı ildə 11 000-13 500 manata, orta pillədə isə 10 500-16 500 manatdan 11 500-17 500 manata çatdırılıb. Bu məktəbdə artım 1 000 manat səviyyəsində qeydə alınıb.

Bakı Oxford Məktəbində xüsusilə yuxarı siniflər üzrə qiymətlər əhəmiyyətli dərəcədə yüksəlib. 2024/2025-ci ildə 16 500-17 500 manat aralığında olan ödənişlər yeni tədris ilində 17 000-18 000 manata, tam orta təhsil pilləsində isə 18 000-20 500 manata yüksəlib. Burada artım bəzi pillələr üzrə 3 000 manata qədər çatıb.

Ada School-da qiymət siyasəti daha çox struktur dəyişikliyi ilə diqqət çəkir. Əvvəlki tədris ilində tam orta pillə üzrə 8 000 manat olan illik təhsil haqqı 2025/2026-cı ildə ibtidai siniflər üçün 15 000 manat, tam orta pillədə isə 8 400-11 500 manat aralığında müəyyən edilib.

Bununla yanaşı, Britaniya məktəbində də qiymətlərdə artım nəzərə çarpır. Belə ki, sözügedən məktəbdə 2024/2025-ci ildə ibtidai təhsildə qiymətlər 8 000-14 000 manat , orta təhsil pilləsində isə 14 000 manat təşkil edibsə, 2025/2026-cı tədris ilində bu rəqəm müvafiq olaraq 12 000, 15 000 olaraq dəyişib.

Bəzi özəl məktəblərdə isə təhsil haqları dəyişməz olaraq qalıb. Western School-da illik ödəniş hər iki tədris ilində 6 000 manat təşkil edib. Avropa Azərbaycan Məktəbində də qiymətlər ötən tədris iliylə müqayisədə olduğu kimi saxlanılıb və pillələr üzrə 11 250-16 150 manat aralığında dəyişir. Həmçinin, SABAH School da təhsil haqları əvvəlki illə eyni səviyyədə qalıb.

Araşdırmaya əsasən, ən kəskin qiymət artımı Azərbaycan Beynəlxalq Məktəbində müşahidə olunub. Belə ki, 2024/2025-ci tədris ilində 43 673 manat olan illik təhsil haqqı 2025/2026-cı ildə 54 900 manata yüksəlib. Artım orta hesabla 11 227 manat təşkil edib.

Ümumilikdə, 2025/2026-cı tədris ilində özəl məktəblərdə təhsil haqları əsasən 500-2 000 manat aralığında artıb. Xüsusilə beynəlxalq proqramlar və tam orta təhsil pillələri üzrə qiymətlərin daha sürətlə yüksəldiyi müşahidə olunur. (Mənbə: Banco.az)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:1762
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Yanvar 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see429

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see286

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see273

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see261

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see255

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see247

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see245

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see230

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see225

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see218

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see217

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see217

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see216

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see215

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see214

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see197

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see191

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri