Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bunları hər kəs bilməlidir!

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

“Azərbaycanda patentlərin yaranmaması ayrıca problem deyil, bu, digər problemlərin nəticəsidir…” EKSPERT

“Azərbaycanda patentlərin yaranmaması ayrıca problem deyil, bu, digər problemlərin nəticəsidir…” EKSPERT

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

"Patentlər təsadüfi yaranmır. Onlar aşağıdakı zəncirin son məhsuludur:  təhsil + elm+ tədqiqat + innovasiya+ patent + iqtisadi dəyər.  Bu zəncirin hər hansı halqası zəifdirsə,  nəticə də  zəif olacaq..."  

“Mövcud vəziyyətdə təhsil əzbərçilik üzərində qurulub, test sistemi düşüncə yox, yaddaşı ölçür, kölgə təhsili (repetitorluq) məktəbi əvəz edir, tənqidi və yaradıcı düşüncə zəif inkişaf edir. Nəticədə sistem innovator yox, diplom sahibi yetişdirir…”  “

"Paradoks ondadır ki,  “TRİZ” Bakıda bakılı alim tərəfindən yaradılıb, amma Azərbaycanda tətbiq olunmur…”

“Bizim ən ciddi problemimiz problemləri görməməyimizdir. Çox vaxt biz problemləri  “görmürük, eşitmirik, hiss etmirik”. Nəticədə problem daha da böyüyür, zaman itiririk, həll çətinləşir…”

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Patent  sahəsindəki  problemlərin həlli  sistemli yanaşma tələb edir…” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır

Qlobal patent reytinqlərində Azərbaycanın 102-ci yerdə qərarlaşması… 

Bu,sadəcə statistik göstərici deyil. Bu, ölkənin təhsil–elm–innovasiya sistemindəki struktur problemlərin açıq indikatorudur. Patentlərin yaranmaması özlüyündə ayrıca  problem deyil, bu, digər problemlərin nəticəsidir.

Patent necə yaranır?..

Patentlər təsadüfi yaranmır. Onlar aşağıdakı zəncirin son məhsuludur:  təhsil + elm+ tədqiqat + innovasiya+ patent + iqtisadi dəyər.  Bu zəncirin hər hansı halqası zəifdirsə,  nəticə də  zəif olacaq.  Azərbaycan reallığında problem zəncirin yalnız bir halqasında deyil, bütöv bir  sistemin-elm-təhsil-innovasiya sisteminin  zəifliyindədir…

Təhsil sistemi  innovasiyalara zəmin yaratmır... 

Təhsil sistemi normalda innovasiyanın başlanğıc nöqtəsi olmalıdır. Lakin mövcud vəziyyətdə təhsil əzbərçilik üzərində qurulub, test sistemi düşüncə yox, yaddaşı ölçür, kölgə təhsili (repetitorluq) məktəbi əvəz edir, tənqidi və yaradıcı düşüncə zəif inkişaf edir. Nəticədə sistem innovator yox, diplom sahibi yetişdirir.  E. Əmrullayevin  “təhsil olmasa, innovasiya olmaz” fikri doğrudur, lakin  bu fikir hələ də şüar kimi qalıb, problemi isə həll edən yoxdur… 

Universitetlər tədris mərkəzi yox,  innovasiya fabriki olmalıdır… 

Müasir dünyada universitetlər artıq sadəcə tədris müəssisəsi deyil, innovasiya mərkəzidir. Lakin Azərbaycan universitetlərində elmi tədqiqatların maliyyəsi çox aşağıdır, müasir laboratoriyalar çatışmır, elmi nəticələrin tətbiqi yoxdur, akademiya ilə iqtisadiyyat arasında əlaqə zəifdir. Bu səbəblərdən universitetlər  bilik istehsal etmir,  innovasiya yaratmır, patent generasiya etmirlər. 

İqtisadiyyatın tələbi yoxdursa, innovasiya olmaz... 

İnkişaf etmiş ölkələrdə milli innovasiya siyasəti var, bu əsasda innovativ ekosistem yaradılıb. Beynəlxalq təcrübədə  innovasiyaların yaranma  modeli belədir: biznes problem qoyur, universitet problemi həll edir, dövlət prosesi  maliyyələşdirir. Bizdə bu modelin heç bir mərhələsi işləmir. Bizim reallıqda rəqabət zəifdir (monopoliya səbəbi ilə), biznes innovasiyaya ehtiyac duymur (rəqabət yoxdur deyə), elmə sifariş yoxdur (innovasiyaya təlabat yoxdur deyə).  Nəticədə  elm vakuum şəraitində fəaliyyət göstərir...

“TRİZ” paradoksu: unudulan yerli intellektual kapital...

Biz nəinki öz insanlarımıza, mütəxəssislərimizə lazımi dəyər vermirik (bu bütün sahələrdə aydın hiss edilir),   insanlarımızın vaxtı ilə yaratdığı dəyərlərə də qiymət vermirik. Dünya üzrə  innovasiya lideri olan ölkələrdə “TRİZ” (“Теория решения изобретательских задач” (yaradıcılıq problemlərinin həlli) nəzəriyyəsi) geniş tətbiq olunur: Çin, ABŞ, Yaponiya, Almaniya, İsrail v.s.  Paradoks ondadır ki,  “TRİZ” Bakıda bakılı alim tərəfindən yaradılıb, amma Azərbaycanda tətbiq olunmur. Bu haqda məlumatı olanlar da azdır. Bu isə sistemin ən acı göstəricilərindən biridir,  öz intellektual irsimizi belə, istifadə etmirik...

Etiraf edilməyən problem həll edilə bilməz… 

Bizim ən ciddi problemimiz problemləri görməməyimizdir. Çox vaxt biz problemləri  “görmürük, eşitmirik, hiss etmirik”. Nəticədə problem daha da böyüyür, zaman itiririk, həll çətinləşir. Problemlərin həlli isə strategiya hazırlamağı, prioritetlər müəyyən etməyi, resurslardan səmərəli istifadəni tələb edir. Əsas çatışmazlıq  hələ də bizdə  milli innovasiya siyasətinin olmamasıdır. Bu işə məsul olanlar isə ilk növbədə ETN, RTNN, İN olmalıdır. Türkiyədə, İranda, Qazaxıstanda, Rusiyada bu məsələ 15-20 il əvvəl həll edilib... 

Postneft dövründə ciddi risklər olacaq... 

Tez-tez belə sual verilir:  neft gəlirləri bitdikdən sonra bizdə hansı  iqtisadi model  olacaq? Əgər elm zəifdirsə, innovasiya yoxdursa, patentlər yaranmırsa, onda  iqtisadiyyat uzunmüddətli rəqabət qabiliyyətini itirəcək.

Problemin kökü parçalanmış elm-təhsil-innovasiya sistemidir...

Mövcud vəziyyəti belə ümumiləşdirə bilərik. Təhsilimiz innovasiya yönümlü deyil, elmimiz tətbiqdən uzaqdır, iqtisadiyyatımız elmə sifariş vermir, dövlət bu zənciri əlaqələndirmir.  Nəticədə zəncirin bütün halqaları zəifdir.

Potensial var, amma sistem qurulmayıb...

Azərbaycanda müəyyən maliyyə potensialı var, müəyyən elmi baza var, amma innovasiya  sistemi, deməli, patentlər də yoxdur.  Bu isə daha təhlükəlidir, çünki,  potensial tükənmək üzrədir, sonra onu bərpa etmək çox çətin olacaq. 

Nə etməli?..

1. Normal  təhsil islahatı aparmalı. Əzbərçilikdən anlayış əsaslı təhsilə keçid zəruridir. “TRİZ” və problem həlli metodlarının  təhsil sisteminə inteqrasiyası qaçılmazdır. 

2. Universitet transformasiyası.  Tədqiqat büdcəsinin artırılması, universitet–sənaye əməkdaşlığı, spin-off şirkətlərin yaradılması çox vacibdir. 

3. İqtisadi stimullar. Innovasiyalardan faydalanan bizneslərə vergi güzəştləri verilməli, patent siyasəti qurulmalı, patentlərə dövlət dəstəyi təmin edilməlidir. 

4. Milli innovasiya sistemi yaradılmalıdır.  Dövlət səviyyəsində vahid strategiya hazırlanmalı, elm–təhsil–biznes inteqrasiyası təmin edilməli, stimullaşdırılmalıdır. 

Problem patent sayında deyil.   Problem elm-təhsil sisteminin zəifliyində, səmərəsiz maliyyələşmə və idarəedilməsində, bunların nəticəsi kimi  milli  innovasiya sisteminin yoxluğundadır. Əgər  təhsil dəyişməzsə, elm iqtisadiyyatla birləşməzsə, innovasiya stimullaşdırılmazsa, onda  heç bir göstərici də dəyişməyəcək...

Məqsədimiz nədir:  innovasiya istehsal edən ölkə olaq,  yoxsa texnologiya idxal edən ölkə kimi qalaq?..

Dosent İlham Əhmədov”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Aprel 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see839

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see465

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see331

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see297

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see283

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see281

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see281

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see264

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see253

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see252

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see252

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see246

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see244

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see241

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see239

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see225

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see222

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see221

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see220

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri