Icma.az
close
up
RU
Azərbaycanda pensiya artımı mexanizmi ilə bağlı mühüm açıqlama

Azərbaycanda pensiya artımı mexanizmi ilə bağlı mühüm açıqlama

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

Azərbaycanda pensiya sistemi mütəmadi olaraq yenilənir və bu dəyişikliklər vətəndaşların sosial təminatına birbaşa təsir edir. Xüsusilə pensiyaların artırılması mexanizmləri son dövrlərdə daha çox müzakirə olunur. Vətəndaşları maraqlandıran əsas məsələ artımların hansı prinsiplərlə həyata keçirilməsidir. Qanunvericiliyə görə pensiyalar müəyyən iqtisadi göstəricilər əsasında indeksasiya olunur. Bəs son qərarlar işləyən şəxslərin pensiya məbləğinə necə təsir edəcək?
Məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Demokrat.az-a bildirib ki, Azərbaycanda əmək pensiyalarının artırılması mövcud qanunvericiliyə uyğun olaraq orta aylıq əməkhaqqının artım tempinə və inflyasiya göstəricilərinə əsasən indeksləşdirilsə də, tətbiq olunan mexanizmlərin effektivliyi və sosial ədalət baxımından yetərliliyi birmənalı deyil:
"Mövcud sistemdə pensiyaların əsasən orta əməkhaqqının artımına bağlanması formal olaraq müsbət yanaşma kimi təqdim edilsə də, praktikada bu yanaşma bir sıra problemlər yaradır. Belə ki, orta əməkhaqqı göstəricisi iqtisadiyyatın bütün seqmentlərini tam əhatə etmir və yüksək gəlirli sektorların təsiri ilə süni şəkildə arta bilər. Bu isə aşağı pensiya alan şəxslər üçün real gəlir artımının məhdud qalmasına səbəb olur.
Pensiya kapitalının inflyasiyaya uyğun indeksləşdirilməsi nəzəri baxımdan vətəndaşların yığımlarını qorusa da, faktiki inflyasiya ilə rəsmi inflyasiya göstəriciləri arasında fərqlər olduğu hallarda real alıcılıq qabiliyyətinin tam bərpası təmin olunmaya bilər. Xüsusilə ərzaq və kommunal xərclərin daha sürətli artdığı dövrlərdə pensiya artımları vətəndaşların gündəlik xərclərini kompensasiya etməkdə çətinlik çəkir".
Ekspert deyib ki, son indeksasiya qərarları nəticəsində nominal artım qeydə alınsa da, bu artımın real rifaha təsiri məhdud qalır:
"Engel qanunu ilə məsələyə baxsaq, görərik ki, aşağı pensiya alan qruplar üçün artım məbləği faktiki olaraq inflyasiya təzyiqini tam neytrallaşdırmır, nəticədə gəlir bərabərsizliyi dərinləşir.
Deyərdim ki, pensiya sisteminin maliyyə dayanıqlığı da uzunmüddətli perspektivdə suallar doğurur. Əhalinin yaşlanması, qeyri-formal məşğulluğun yüksək payı və sosial sığorta ödəmələrinin tam yığılmaması gələcəkdə pensiya fonduna əlavə təzyiqlər yarada bilər. Hesab edirəm  ki, mövcud mexanizmin təkmilləşdirilməsi üçün indeksasiyada yalnız orta əməkhaqqı deyil, minimal istehlak səbəti və real xərclər strukturu da nəzərə alınmalı, aşağı pensiyalı qruplar üçün diferensial artım mexanizmləri tətbiq edilməli və qeyri-formal məşğulluğun azaldılması və sığorta bazasının genişləndirilməsi istiqamətində tədbirlər gücləndirilməlidir. Pensiyaların indeksləşdirilməsi mövcud sistem çərçivəsində müsbət addım olsa da, onun sosial təsirinin artırılması və real rifahın yaxşılaşdırılması üçün daha hədəflənmiş və çevik yanaşmaların tətbiqi zəruridir. Təkmilləşdirmə aparılmalıdır", - deyə o qeyd edib.
Əfsanə Kamal
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 May 2026 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri