Icma.az
close
up
RU
Azərbaycanda pensiya kapitalı birdəfəyə veriləcək?

Azərbaycanda pensiya kapitalı birdəfəyə veriləcək?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda pensiya kapitalını birdəfəyə veriləcək?

Rusiyalılar bütün pensiya əmanətlərini aylıq ödənişlərlə deyil, birdəfəlik almaq üçün müraciət edə bilərlər. “Prime” xəbər agentliyinin məlumatına görə, Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin professoru Yuliya Finogenova bu fürsətin kimdə olduğunu izah edib. 

Mütəxəssis bildirib ki, 2026-cı ildə maliyyələşdirilən pensiya almaq üçün əmanətlərin məbləği 439.776 rubldan çox olmalıdır. Bu məbləğ azdırsa, təqaüdçü bütün vəsaitlərin birdəfəlik ödənişini almaq hüququna malikdir. 

Bu hüquq 1967-ci il və ya daha sonra anadan olmuş rusiyalılara, eləcə də müəyyən yaşlı yaş qruplarına aiddir. Ya əmanətlər göstərilən məbləğdən az olmalıdır, ya da təqaüdə çıxan vətəndaşın tələb olunan iş stajını və balları qazanmağa vaxtı olmamalıdır. 

Hazırda Azərbaycanda da pensiya sistemi pensiya kapitalına əsaslanır. Yəni pensiya yaşı çatdıqda müvafiq kapitalı toplayanlar əmək pensiyası ala bilirlər. Həmin kapitalı toplaya bilməyənlər isə yalnız yaşa görə müavinətlə kifayətlənməli olurlar. 

Əgər mövcud pensiya kapitalı azlıq edərsə vətəndaş nəinki onu pensiya kimi, hətta tam şəkildə belə ala bilmir, "itirilmiş" olur. Azərbaycanda da təqaüdçünün bütün vəsaitlərini birdəfəlik almaq hüququ tətbiq edilə bilərmi?

 Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, hazırkı sistemdə pensiya kapitalının tam şəkildə birdəfəlik alınması Azərbaycanda ümumi qayda kimi tətbiq edilmir, amma bu ideya müzakirə mövzusudur və müəyyən modellərdə qismən tətbiq variantları nəzərdən keçirilir: 

"Mövcud qaydalara görə, pensiya kapitalı əsasən insanın pensiya yaşına çatdıqda aylıq ödəniş formasında istifadə olunur. Yəni yığılan vəsait birbaşa "birdəfəlik götürülən pul" kimi deyil, pensiya məbləğinin formalaşdırılması üçün istifadə edilir. Bəzi hallarda əlillik və ya ailə başçısını itirmə kimi xüsusi vəziyyətlərdə bu vəsait pensiya təyinatında fərqli şəkildə hesablanır, amma yenə də ümumi prinsip onun hissə-hissə ödənilməsidir. 

Birdəfəlik götürmə həm də ona görə mümkun deyil ki,  pensiya təminatı yığına əsaslanmır, sistem nəsillər arası həmrəylik prinsipinə əsaslanır. Yəni əmək qabiliyyətli əhalinin ödədiyi sosial sığorta indiki pensiyaçıların müavinətinin ödənilməsinə xərclənir, yığılıb saxlanılmır". 

Ekspertin sözlərinə görə, bununla yanaşı, son illərdə müzakirə olunan yeni yanaşmalarda pensiya kapitalının bir hissəsinin müəyyən yaşdan sonra birdəfəlik çıxarılması və ya özəl pensiya fondlarına yönəldilməsi kimi modellər gündəmə gəlib: 

"Bu ideya əsasən vətəndaşa daha çox seçim imkanı vermək, yığılan vəsaitin bir qismini ev, biznes və ya digər məqsədlərə yönəltmək üçün nəzərdə tutulur. Amma bu, hələ tam formalaşmış və hamıya şamil olunan qayda deyil. Belə bir sistemin tətbiq olunmamasının əsas səbəbi pensiya fondunun sabitliyinin qorunmasıdır. 

Əgər böyük məbləğlər birdəfəlik çıxarılsa, uzunmüddətli pensiya ödənişləri üçün maliyyə dayanıqlığı zəifləyə bilər. Buna görə dövlətlər adətən pensiya sistemini aylıq təminat prinsipi üzərində qururlar. Yekun olaraq, hazırkı modeldə birdəfəlik tam çıxarış ümumi qayda deyil, amma gələcəkdə qismən çıxarış və ya alternativ pensiya modelləri ehtimal kimi müzakirə olunur". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Açar sözlər: pensiya Akif Nəsirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 May 2026 12:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri