Azərbaycanda qonşusunu güllələyən kişinin nitqi tutuldu İfadə verə bilmədi
Icma.az bildirir, Teleqraf.com saytına əsaslanaraq.
Ötən il Astara rayonunun kəndlərindən birində törədilmiş qətl hadisəsi ilə bağlı məhkəmə prosesi keçirilib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Astara sakini 42 yaşlı Balayar Məmmədov (ad və soyadlar şərtidir-red.) Cinayət Məcəlləsinin 120.1-ci maddəsi üzrə təqsirli bilinib.
Araşdırmalarla müəyyən edilib ki, Balayarın arvadı qonşuluqda yaşayan 57 yaşlı qohumu ilə sevgi münasibətində olub.
Balayar arvadının gizli telefon işlətməsini və həmin telefonda qonşusu Nadirlə intim fotolarının olmasını görəndən sonra arvadını boşayıb.
Bundan bir neçə ay sonra Bəxtiyar ailəsinin dağılmasına səbəb olan qonşunu qətlə yetirmək qərarına gəlib və evdən tüfəng götürərək gecə saatlarında qonşuluqdakı evə daxil olub. O, atəş açaraq Nadiri qətlə yetirib.
Daha sonra isə Balayar özünün ağız nahiyəsinə atəş açıb. Lakin ağır xəsarət alsa da, sağ qalıb. O, danışıq qabiliyyətini tamamilə itirib.
İstintaq dövründə və məhkəmədə Bəxtiyar danışıq qabiliyyətini tam itirdiyi üçün şifahi ifadə verə bilməyib.
Məhkəmə onun himayəsində 4 azyaşlı uşağının olmasını, nitq qabiliyyətini itirməsini yüngülləşdirici hal kimi dəyərləndirib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin ötən həftə çıxardığı hökmlə təqsirləndirilən şəxs 9 il 1 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 16 Yanvar 2025 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















