Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

Birbank ın bu xidməti niyə işləmir?

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Azərbaycanda Regional Akselerasiya Mərkəzi fəaliyyətə başladı Fotolar

Azərbaycanda Regional Akselerasiya Mərkəzi fəaliyyətə başladı Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Beynəlxalq Telekommunikasiya İttifaqının yeni Regional Akselerasiya Mərkəzi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə BMT-nin rəqəmsal texnologiyalar üzrə ixtisaslaşmış agentliyi olan Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) arasında strateji əməkdaşlıq çərçivəsində təsis edilib. 

“Qafqazinfo” xəbər verir ki, mərkəzin açılış tədbirində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, BTİ-nin baş katibi Dorin Boqdan-Martin, BTİ-nin Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava, eləcə də çoxsaylı yerli və beynəlxalq dövlət və özəl təşkilatların nümayəndələri iştirak edib.

MDB regionunda ilk olan BTİ Akselerasiya Mərkəzi startapları, biznes subyektlərini, dövlət qurumları və təhsil müəssisələrini bir araya gətirərək innovativ sahibkarlıq potensialını gücləndirmək, ekosistemdə əməkdaşlığı təşviq etmək və regional səviyyədə rəqəmsal transformasiyanın sürətlənməsini dəstəkləmək məqsədilə yaradılıb.

BTİ Akselerasiya Mərkəzi, sürətlə dəyişən rəqəmsal dünyada təhlükəsiz və etibarlı şəkildə irəliləmək üçün yeni, daha dayanıqlı və gələcəyə yönəlmiş yanaşmaları inkişaf etdirməyi hədəfləyən 17 innovasiya mərkəzindən ibarət şəbəkənin bir hissəsidir.

Təşəbbüs BTİ-nin “Rəqəmsal İnkişaf üçün İnnovasiya və Sahibkarlıq Alyansı”nın bir hissəsi olaraq yaradılıb. Alyans həyata keçirilən texnoloji layihələr vasitəsilə iqtisadi inklüzivlik və dayanıqlı inkişafı təşviq edir. BTİ Akselerasiya Mərkəzləri dövlət və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi və innovativ potensialın real imkanlara çevrilməsi istiqamətində əsas platforma rolunu oynayır. Mərkəzin fəaliyyəti ölkənin milli prioritetlərini BTİ-nin qlobal missiyası ilə uzlaşdıraraq Azərbaycanın regional innovasiya lideri kimi artan mövqeyini gücləndirəcək. Bu strateji tərəfdaşlıq regional müstəvidə innovasiya ekosisteminin inkişafına güclü təkan verəcək.

Açılış tədbirində çıxış edən İRİA-nın sədri Fərid Osmanov bildirib ki, Mərkəz Azərbaycan və regionun digər ölkələrindən olan startaplar və innovativ layihələr üçün qovşaq rolunu oynayacaq: “Mərkəzdə startaplar Beynəlxalq Telekommunikasiya İttifaqının metodologiyası və standartlarına əsasən tərtib olunan akselerasiya proqramlarında iştirak edə biləcəklər. Bu, onların qlobal bazarlara çıxışını sürətləndirəcək, eyni zamanda qabaqcıl dünya təcrübəsi ilə ölkəmizdə innovasiya mədəniyyəti də inkişaf edəcək”. 

Qeyd edək ki, Regional Akselerasiya Mərkəzi Azərbaycan İnnovasiya Mərkəzinin inzibati binasında fəaliyyət göstərəcək. Burada tədbir zalları, iclasların və təqdimatların keçirilməsi üçün otaqlar, eləcə də təlim və kovörkinq sahəsi mövcuddur.







Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see394

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see226

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see203

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see178

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see173

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see155

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see145

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see145

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see140

Tramp: Venesuela əməliyyatı Çinlə münasibətləri pisləşdirməyəcək

05 Yanvar 2026 09:58see139

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see137

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see136

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see136

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see135

“Əsli Kərəm” dastanının variantları: Azərbaycan qaynaqları və Mərkəzi Asiya paralelləri

05 Yanvar 2026 13:46see133

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri