Icma.az
close
up
RU
Azərbaycanda rüşvət verib həkim olanların SİYAHISI YAYILDI MƏBLƏĞLƏR AÇIQLANDI

Azərbaycanda rüşvət verib həkim olanların SİYAHISI YAYILDI MƏBLƏĞLƏR AÇIQLANDI

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Ötən ilin elə bu ayından bəri ölkə gündəmini zəbt edən rüşvətlə plastik cərrahiyəyə icazə verilməsi işi üzrə artıq məhkəmə istintaqı başlayıb. Qanunsuz tibbi fəaliyyətə şərait yaradılmasına görə Səhiyyə Nazirliyinin üç sabiq əməkdaşı - nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri vəzifəsində işləmiş Səidə Rüstəmova, həmin şöbənin baş mütəxəssis-böyük inspektoru olmuş Ruhiyyə Məhərrəmova və nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin keçmiş akkreditasiya şöbəsinin müdiri Lətafət Cabbarova ittiham olunur. Onlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət məsuliyyətinə cəlb ediliblər.

“Qafqazinfo” məsələnin hələ də gündəmdə qalmasını nəzərə alaraq cinayətin necə həyata keçirildiyini və kimlərdən rüşvət alındığını öyrənib. Xəbərin davamında rüşvət qarşılığında tibbi fəaliyyətə buraxılan həkimlərin adlarını tək-tək təqdim edəcəyik.

Bu cinayət hadisəsi iki formada həyata keçirilib. Daha dəqiq desək, rüşvət iki növ şəhadətnamənin verilməsi müqabilində alınıb:

1. Xaricdə təhsil alan tələbələrin ölkə ərazisində praktiki fəaliyyətə buraxılması üçün verilən şəhadətnamə;

2. Beş illik sertifikasiya imtahanı nəticəsində tibb işçilərinə verilən şəhadətnamə.

Ümumi qayda belədir ki, praktiki fəaliyyətə buraxılma üçün vətəndaş Səhiyyə Nazirliyi tərəfindən yaradılmış komissiyaya müraciət edir. Bütün tələblərə cavab verirsə, müsbət geridönüş alır. Şəhadətnamə ala bilməyənlər isə beşillik sertifikasiyaya buraxılmayıblar. Həmin komissiyanın sədri isə səhiyyə nazirinin müavini İlqar Qasımov olub.

Bu cinayət işinin əsas fiquru Səidə Rüstəmovadır. İttihamda deyilir ki, qanunsuz tibbi fəaliyyətə razılıq məhz onun tərəfindən verilib və bu razılıq əsasən rüşvət müqabilində olub. O, konkret olaraq birbaşa özü və ya vasitəçilərdən istifadə etməklə ümumilikdə 266 min 500 manat rüşvət, eləcə də nüfuz alveri yolu ilə 33 min manat pul alıb. Cinayət yolu ilə əldə etdiyi ümumilikdə 280 min manat vəsaiti isə leqallaşdırıb.

İstintaq materiallarında Səidə Rüstəmovanın rüşvət aldığı şəxslərin adları yer alıb. Həmin siyahıda 18 həkimin adı var:

1. E.Dadaşova – Zaqatala Rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah işləyib. O, sertifikasiya imtahanından keçə bilmədiyi və işdən qovulduğu üçün xəstəxananın baş həkimi Leyla Seyidəliyeva vasitəsilə 25 min manat rüşvət verib. Bundan sonra əvvəlki vəzifəsinə bərpa edilib.

2. S.Qasımova – Azərbaycan Dəmir Yolları Xəstəxanasında həkim işləyib. Onun Bakıdakı 20 saylı Uşaq Poliklinikasında həkim-pediatr işləməsinə razılıq verilməsi üçün 5 min manat rüşvət alınıb.

3. T.Nurəliyeva – Zaqatala RMX-nin Muğanlı kənd məntəqəsində işləyib. Onun digər xəstəxanada fəaliyyətini davam etdirməsi üçün 3 min manat alınıb.

4. R.Bayramov – Şüa-diaqnostika ixtisası üzrə rezidentura təhsili olmadığı halda həmin ixtisas üzrə sertifikasiya imtahanına buraxılması üçün 20 min manat rüşvət verib.

5. P.Salmanova – Xaricdə mama-ginekoloq ixtisası üzrə təhsil alıb. Azərbaycanda həmin ixtisas üzrə praktiki fəaliyyətə buraxılması üçün 25 min manat rüşvət verib.

6. X.Cəfərov – İxtisasca ümumi cərrahdır. Amma rezidentura təhsili olmadığı halda plastik cərrah fəaliyyəti ilə məşğul olub. Bunun müqabilində 32 min manat rüşvət verib.

7. R.Həsənov – İxtisasca həkim-terapevt olub, endokrinoloq üzrə rezidentura təhsili olmadığı halda 20 min manat rüşvət verməklə həmin ixtisas üzrə sertifikasiya imtahanından keçib.

8. Ş.Abdullayeva – Xaricdə anesteziologiya-reanimatologiya üzrə təhsil alıb. Azərbaycanda həmin ixtisas üzrə fəaliyyət göstərməsi üçün 16 min manat rüşvət verib.

9. S.Məmmədov – İxtisasca ümumi cərrahdır. Qanunsuz olaraq – 25 min manat rüşvət verməklə plastik cərrahiyyə üzrə sertifikasiyadan keçib.

10. O.Musayev – Xaricdə ümumi cərrah ixtisası üzrə təhsil alıb. Ölkədə fəaliyyət göstərməsi üçün sertifikasiya almaq məqsədilə 5 min manat rüşvət verib.

11. X.Qafarova – Bakı Dövlət Universitetinin Biologiya fakültəsində təhsil alıb. Həkim-bioloq üzrə rezidentura ixtisasına sahib olmadığı halda həmin ixtisas üzrə sertifikasiya almaq üçün 10 min manat rüşvət verib.

12. D.Xodjaxov – Xaricdə ümumi cərrah ixtisası üzrə təhsil alıb. Azərbaycanda fəaliyyət göstərməsi üçün 17 min manat rüşvət verib.

13. H.Pirzadayeva – Respublika Klinik Xəstəxanasında qanköçürmə şöbəsinin müdiri işləyir. Faktiki olaraq praktik fəaliyyətlə məşğul olmayıb. Həkim-terapevt kimi fəaliyyət göstərmək üçün sertifikatı 13 min manat müqabilində alıb.

14. A.Tağıyeva – Onun ölkədə diplomu tanınmayan “Loğman Təsərrüfat Hesablı Tibb Məktəbi”ni bitirdiyi qeyd olunur. Tibb bacısı kimi sertifikasiya imtahanından keçməsi üçün 2 min manat verib.

15. R.Kərimli – Rezidentura üzrə təhsili olmadığı halda plastik cərrahiyyə ilə məşğul olub. Bu fəaliyyət üçün 35 min manat rüşvət verərək sertifikat alıb.

16. A.Abdullayeva – Xaricdə mama-ginekoloq ixtisası üzrə təhsil alıb. Azərbaycanda fəaliyyət göstərməsi üçün 25 min manat rüşvət verib.

17. S.Mamedova – Ukrayna vətəndaşıdır, orada mama-ginekologiya üzrə təhsil alıb. Azərbaycanda fəaliyyət üçün 20 min manat rüşvət verib.

18. G.Kazımova – Əmək müqaviləsinin uzadılması üçün 1500 manat rüşvət verib.

Səidə Rüstəmova rüşvətin böyük hissəsini Lətafət Cabbarova və Ruhiyyə Məhərrəmovanın köməkliyi ilə nazirlikdəki xidməti otağında qəbul edib. Bundan əlavə o, səhiyyə nazirinin keçmiş müavinləri Rahim Əliyev və mərhum Abbas Vəlibəyovun imzalarını xəbərsiz çap edərək qanunsuz fəaliyyətə əlavə edib.

Prokurorluq müxtəlif qurumlar vasitəsilə də topladığı məlumatlarla müəyyən edib ki, Səidə Rüstəmova cinayət yolu ilə əldə etdiyi pullarla böyük əmlaka sahib olub. Həmin əmlakların çoxu da yaxınlarının adlarına rəsmiləşdirilib.

Hazırda cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə araşdırılır. Səidə Rüstəmova və digər təqsirləndirilənlər ev dustaqlığındadır. Yekunda təqsirləri sübuta yetirilərsə, xanımları 10 ildən çox həbs cəzası gözləyir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 07 Dekabr 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri