Icma.az
close
up
RU
Azərbaycanda səfərdə olan Türkiyənin media nümayəndələrinin ölkəmizin işgüzar imkanları ilə tanışlığı davam edir

Azərbaycanda səfərdə olan Türkiyənin media nümayəndələrinin ölkəmizin işgüzar imkanları ilə tanışlığı davam edir

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanın Türkiyədə ticarət nümayəndəsi aparatının təşkilatçılığı ilə Türkiyənin bir sıra media qurumlarının nümayəndələri işğaldan azad edilmiş ərazilərimizə səfər ediblər. Səfər zamanı qardaş ölkənin media təmsilçilərinə Qarabağ və Şərqi Zəngəzurun biznes və investisiya mühiti, burada iş adamları üçün tətbiq edilən imtiyazlar haqqında məlumat verilib. 

Türkiyənin media nümayəndələri işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri, o cümlədən Ağdam Sənaye Parkının fəaliyyəti ilə tanış olublar. Onlar sənaye parkında həyata keçirilən layihələr, investorlar üçün yaradılan imkanlar barədə məlumatlandırılıblar.

Bildirilib ki, regionunun sənaye potensialının reallaşdırılması, ölkə iqtisadiyyatına reinteqrasiyası və əhalinin məşğulluğunun təmin edilməsi üçün 2021-ci ilin 28 may tarixində dövlət başçısının Fərmanı ilə Ağdam Sənaye Parkı yaradılıb. Parkın prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkının ərazisinin 70%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Park rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ölkədə ikincidir. Sənaye parkında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli mühit yaradılıb. İş adamları dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilirlər. Parkın rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar. 

Sənaye Parkında hazırda investisiya portfeli 260 milyon manatdan çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən layihələrə 115 milyon manatdan çox investisiya yatırılıb, 653 nəfər daimi işlə təmin edilib. Hazırda sənaye parkında 9 müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin isə tikintisi istiqamətində işlər aparılır.

Sənaye parkında istehsal edilən məhsullar daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə ixrac olunur.

Türkiyənin media nümayəndələri Ağdam Sənaye Parkının rezidentləri “Bafco İnvest”, “Mister Decor” və  “Eel Electric” MMC-lərin istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olublar. 

Türkiyəli media təmsilçiləri həmçinin, Ələt Azad İqtisadi Zonasında olublar. Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov rəhbərlik etdiyi qurumun fəaliyyəti, burada yaradılan biznes və investisiya imkanları haqqında jurnalistlərə məlumat verib. Qeyd olunub ki, əsas beynəlxalq ticarət marşrutlarının kəsişməsində yerləşən və müasir infrastruktura malik iqtisadi zona cəlbedici fiskal və qeyri-fiskal stimullar təqdim edir. Bu baxımdan, iqtisadi zona yüksək dəyərli və ixracyönümlü istehsal sahəsi üzrə investisiyalar üçün əlverişlidir.

Türkiyənin media nümayəndələri həmçinin, Sumqayıt Kimya Sənaye Parkın fəaliyyəti ilə tanış olub, ölkəmizin əlverişli biznes və investisiya potensialı haqqında geniş məlumat əldə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 İyun 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see435

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see145

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see145

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see143

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see139

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see133

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see133

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see132

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see132

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see131

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see130

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see130

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see128

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see124

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see122

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see122

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see122

Meyxanaçı Xəyyamın anası vəfat etdi

23 Sentyabr 2025 11:34see121

Qaradağ Lökbatan ın Şəki Siti ni məğlub etdiyi matç VİDEO

23 Sentyabr 2025 22:34see120

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri