Icma.az
close
up
RU
Azərbaycanda ŞOK DƏLƏDUZLUQ: Qan xərçəngli azyaşlıların 1 milyon müalicə pulu mənimsənildi

Azərbaycanda ŞOK DƏLƏDUZLUQ: Qan xərçəngli azyaşlıların 1 milyon müalicə pulu mənimsənildi

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

Sabah, yanvarın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər 2 nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

Musavat.com xəbər verir ki, iş üzrə 36 nəfər zərərçəkən var. Vətəndaşlar uşaqlarının mübtəla olduqları ağır qan xərçəngindən qurtulmaları üçün çıxış yolu axtararkən, müalicə üçün topladıqları pullar da əllərindən çıxarılıb.

Nəticədə müalicəsizlikdən ölən körpələr də var. Bu, son dərəcə qansızlığı ilə diqqət çəkən dələdizluq işi üzrə ümumilikdə 1 milyon manata yaxın qan, müalicə pulu mənimsənilib. Bu qalmaqallı məhkəmə prosesi aylardır ki, davam edir.

Ötən prosesdə Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsindən göndərilən məktub elan edilib. Məktub müttəhim Aynur Bayramovanın xəstəliyi ilə bağlı olub.

Onun vəkili müvəkkilinin xəstə olmasını deyib:

“Aynur hər gün əziyyət çəkir, bu da göz qabağındadır. Hər kəsdən çox Aynur Bayramova işin yekunlaşmasını istəyir. Yekun Aynur Babayevanın xeyrinə olacaq. Prosesin uzanmasını biz də istəmirik”.

Daha sonra zərərçəkmiş qismində Mənsumə Hacıyeva ifadə verib. O, Nuridə Seyidova və Aynur Bayramovanı tanıdığını, Talassemiya Mərkəzi ilə üzbəüz aptekdə işlədiyini deyib: “Mənim qardaşım oğlu xəstə idi. Mən də bununla bağlı maraqlanırdım. Xəstələrdən biri mənə Aynur xanımı məsləhət bildi, onunla danışdım.

Türkiyədə hospitalda Aynurun vasitəsi ilə Akif hoca ilə əlaqə saxladım. Akif hoca ilə danışanda bir manat da pul söhbət etmədik. Dedi ki, Aynur xanım məsələni həll edəcək. Mən də Aynur xanıma inanırdım. Qardaşım oğlu sonradan əməliyyat olundu. Amma borca düşdük. 10 min dollar verdik. Aynur məndən soruşdu ki, nə qədər pul düzəldə bilərsən? Mən də 10 min dollar düzəldə biləcəyimizi dedim”.

Hakim:

– 10 min dollara nə iş görəcəkdilər?

Zərərçəkmiş:

– İlik köçürüləcəkdi.

– İliyin köçürülməsi 160 min dollara başa gəlir…

– Biz də bilirik bunu. Amma Aynur xanım dedi ki, bu pulu ver, məsələ həll olunsun. Dedi, nə düzəldə bilərsən, düzəlt ver. Pulu da aldılar, əməliyyata göndərmədilər. Sonradan ayıldıq ki, bizi aldadıblar. Nuridə Seyidova və Aynur Bayramovadan şikayətçiyik.

Zərərçəkmiş qeyd edib ki, qardaşı oğlu sonradan dövlət hesabına əməliyyat olunub:

– Mən pulumu Aynur və Nuridədən tələb edirəm. Çünki pulu sayıb onların hər ikisinə vermişəm.

Aynur Bayramova Talassemiya Mərkəzində təkbaşına iş görmədiyini deyib:

– Mən bu işlə 5 il məşğul olmuşam. Mərkəzdə xəstələrin işinə baxmışam. Xəstə uşaqların dərmanlarını gətirmişəm, sənədlərinə baxmışam. Mənim bu işimdən mərkəzin baş həkiminin də xəbəri olub.

O bildirib ki, bu işdə heç kimin pulunu yeməyib.

Hakim bildirib ki, 43 ildir hüquq-mühafizə orqanlarında işləyir, heç kim haqsız yerə gəlib demir ki, pul almışam, vermişəm. Aynur Bayramova isə “Azad müəllim, bilirəm, mənim də səhvlərim olub” deyə cavab verib. Əlavə edib ki, heç kimdən pul almayıb: “Ola bilsin, stolun üstündə olan pulları saymışam və şkafa qoymuşam. Mənim işim Nuridənin ofisində olub. Xəstələr gələndə mən getmişəm. İşin üstü açılanda siyahı da vermişəm”.

Hakim deyib ki, pul saymaq özü də əmək tələb edir:

“Siz buna görə nəsə almısız? Heç kim haqq almadan iş görmür. Hər bir işin öz haqqı var. Pul saymağa görə nə qədər almısınız?”

Aynur Bayramova pul saymağa görə heç bir vəsait almadığını deyib.

Daha sonra Nuridə Seyidova zərərçəkmişin ifadəsinə belə arayış verib:

“Mən dəfələrlə demişəm ki, pulları mən götürməmişəm. Aynur Bayramova burada özünü kənara çəkməklə şou düzəldir. Mən zərərçəkmişlərə demişəm ki, sizə köməklik edəcəm. Pul məndə deyil”.

Pulların kimdə olması ilə bağlı suallara Nuridə Seyidova cavab verə bilməyib. “Biz bu işləri bir yerdə görmüşük. Mənim sübutlarım da var” deyə cavab verib. Aynur Bayramova da sübutların olduğunu deyib.

Zərərçəkmiş Ömər Məmmədov bildirib ki, övladı talassemiya xəstələyindən əziyyət çəkir. Onun sözlərinə görə, Türkiyədən Akif hoca adlı şəxs xəstələri müayinə edib:

“Biz Talassemiya Mərkəzində Akif hocanın gəldiyini öyrəndik. Mərkəzdə Aynur xanımı gördük. Akif hoca dedi ki, sizin işlərə Aynur xanım baxacaq. Aynur xanım dedi ki, əməliyyatın xərcinin müəyyən məbləğini düzəldin, qalan pulu fond var, onlar qarşılayacaq. Soruşduq ki, nə qədər pul lazımdır? Dedi, 20 min dollar gətirin. Biz 10 min dollarımızın olduğunu dedik. Aynur xanım razılaşdı, biz də pulu apardıq.

Pulu Aynur xanım saydı, Nuridənin stolunun üstünə qoydu. 10 min dollar verdik. 300 dollar da donor axtarışı üçün Aynur xanımın kartına göndərdim. Sonradan Aynur xanım bildirdi ki, sizin uşaq üçün 4 donor müəyyən olunub. Türkiyədə donor vermək pulsuzdur. Amma pulla satanlar da var”.

Zərərçəkmiş qeyd edib ki, pulunu Aynur Bayramova və Nuridə Seyidovadan tələb edib.

Nuridə Seyidova deyib ki, bu işdə heç kimin tutulmasını istəməyib:

“Bu işdə Aynurun da günahı var. İndi özünü kənara çəkir. Amma günahkardır. Mən bu işin problemə çevirilməsini istəməmişəm. Aynur problem yaradıb”.

Zərərçəkən Elnur İsbəndiyarov bildirib ki, ona da həmin vədlər verilib və aldadılıb:

“Talassemiya mərkəzində Akif həkim mənə Aynur Bayramovanı tövsiyə etdi. Aynur Bayramova da məni tələsdirdi ki, pul tap ver, övladını əməliyyat edək. Mən onlara 25 min 500 manat pul verdim. Aynur pulu saydı, Nuridənin masasına qoydu. Amma heç nə etmədilər. Pulum batdı. Daha sonra övladımı özüm əməliyyat etdirdim. Lakin övladım həyatını itirdi. İndi vəkillərə demək istəyirəm ki, mənim qızımın başına gələnlər sizin övladınızın başına gəlsə, təqsirləndiriləni müdafiə edərdinizmi? Onların verdiyi pulu aparıb övladınıza yemək ala bilərdinizmi? Mən bu pulu adını çəkdiyim hər 2 şəxsdən tələb edirəm. Çünki onlar Vətən müharibəsi qazisini, veteranını və I Qarabağ müharibəsinin şəhidinin qızını aldadanda utanmadılar. Məsuliyyətsiz yanaşdılar. Artıq mənim onların xəstə balasına da yazığım gəlmir. Onların elədiyi hərəkət Azərbaycan qadını adına təhqirdir”.

İttiham aktında göstərilib ki, Nuridə Seyidova Aysel Məmmədova və Aynur Bayramova ilə əlbir olaraq 36 nəfər talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək onların övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 980 min manatlarını mənimsəyib.

Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb.

Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər. Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb.O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.

Övladları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Elnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.

Hər 3 müttəhimə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla) maddəsi ilə ittiham irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:99
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 14 Yanvar 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Niyə uşaqlar ataya daha çox BƏNZƏYİR

31 Avqust 2025 02:36see216

Daha bir türkiyəli müğənni Bakıya gəlir

31 Avqust 2025 00:02see211

Kaxaber Tsxadadze: Qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik

31 Avqust 2025 00:09see163

Formula 1 : Niderland Qran prisində gözlənilməz qonaq

31 Avqust 2025 03:02see152

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see138

Vüsal İsgəndərli üçün 70 dəqiqə

31 Avqust 2025 01:25see133

Dadaşovun komandası uğursuz seriyaya son qoyub

31 Avqust 2025 01:07see132

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see130

Onlayn tanışlıq ətrafında dolaşan bir sıra miflər

31 Avqust 2025 06:32see127

Bu ölkələr Ukraynaya əlavə HHM sistemləri verəcəklər

31 Avqust 2025 00:44see125

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see124

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see123

İnflyasiyaya təsir edən amillər: İdxal edilən məhsulların qiymətləri, yoxsa tələbatın artması?

30 Avqust 2025 23:38see122

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see121

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see119

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see119

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see119

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see118

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see118

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri