Azərbaycanda uşaq yeməkləri istehsalı olunacaq
Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycanda uşaq yeməklərinin istehsalı üçün fabrik tikilir.
Azpost.info bildirir ki, bu barədə İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişaf Agentliyinin məlumatında deyilir. Fabrikin “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin sənaye zonasında qurulması nəzərdə tutulub.
Fabrikdə uşaq qidaları, üzvi qida məhsullarının istehsal olunacaq. İllik istehsal həcmi 400 ton nəzərdə tutulub. Fabrikin investisiya həcmi 1,5 mln. manatdır. Layihə üzrə iş yerlərinin sayı 24 nəfərdir. İnvestisiyanın geri dönmə müddəti 8 il nəzərdə tutulub
Xatırladaq ki, Azərbaycanda uşaq qidalarının istehsalı yoxdur. Ölkə idxaldan asılıdır.
Bundan başqa uşaq yeməklərinin istehsalı hələ tam formalaşmamış sahədir. Yerli istehsaldan daha çox “Veysəloğlu” şirkəti kimi distribütorlar vasitəsilə “Aptamil” kimi beynəlxalq brendlərin satışı üstünlük təşkil edir. İdxal edilən uşaq qidaları Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarəti altındadır.
Buna görə də artan bazar tələbatını nəzərə alaraq investisiya zərurəti yaranıb. Məhsulun satışı daxili bazar üçün nəzərdə tutulub.
İqtisadi Zonaların İnkişafı Agentliyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 22 yanvar 2021-ci il tarixli 1257 nömrəli fərmanı ilə “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin əsasında publik şəxs kimi yaradılıb.
Hazırda Agentliyin idarəçiliyində 9 sənaye parkı, 3 sənaye məhəlləsi, Yevlax Pilot Aqropark və Peşə Təhsil Mərkəzi fəaliyyət göstərir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 23 Fevral 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















