Azərbaycanda uşaqların doğumunda ciddi azalma VİDEO
Icma.az bildirir, Gununsesi portalına istinadən.
2015-ci ildə ölkədə 166 min 210, 2025-ci ildə isə cəmi 95 min 875 körpə doğulub.
Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 10 il ərzində doğulan uşaqların sayında 70 min 335 nəfər azalma var.
Mövzu ilə bağlı Xəzər Tv-yə danışan mama-ginekoloq Mahirə İsmayılova deyir ki, doğuş sayının son illərdə kəskin azalmasının əsas səbəblərindən biri qadınların 30 yaşdan sonra ana olmaq istəyidir.
Mahirə İsmayılova həmçinin qeyd edir ki, 2025-ci ildə dünyaya gələn 96 minə yaxın uşağın cəmi 46 mini qız, 50 mini oğlan uşaqlarıdır. Odur ki, qarşıdakı illərdə dünyaya uşaq gətirəcək qadınların sayında da ciddi azalma müşahidə olunacaq.
Sosiologiya üzrə fəlsəfə doktoru Üzeyir Şəfiyev isə deyir ki, insanlar bu nümunəni Avropa ölkələrindən götürürlər. Bundan başqa, boşanmaların artan dinamikası da uşaq sayına ciddi təsir göstərir.
Sosioloq hesab edir ki, mövcud tendensiyanın ciddi nəticələri ola bilər.
Mütəxəssislər hesab edirlər ki, doğum sayındakı azalma davam edərsə, qarşıdakı illərdə demoqrafik yük daha da artacaq. Bu isə həm əhalinin yaş strukturuna, həm də təhsil və əmək bazarına ciddi təsir göstərə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 08 Oktyabr 2026 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















