Icma.az
close
up
RU
Azərbaycanda mal qaranın sayında ciddi azalma: Səbəb nədir? Araşdırma

Azərbaycanda mal qaranın sayında ciddi azalma: Səbəb nədir? Araşdırma

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


“Azərbaycanda 2015-ci ildə 2 milyon 697 min 500 baş iribuynuzlu, 8 milyon 645 min 400 baş xırdabuynuzlu mal-qara var idi. 2015-ci ildə ölkədə “pambıq sevdası” başladı. Neftin qiymətinin düşməsi, manatın devalvasiyası pambıq əkinш sahələrinin artırılması ilə bağlı qərara səbəb oldu. Nəticədə örüş yerlərində, mal-qara üçün yem bazası təşkil edən torpaqlarda pambıq əkildi. Doğrudan da, 2015-ci ildə ölkə üzrə 35192 ton pambıq yığılırdısa, 2020-ci ildə bu rəqəm pik nöqtəyə çatdı və 336191 ton pambıq yığıldı. Sonra azalma başladı, 2023-cü ildə pambıq yığımı 276310 ton oldu – yəni, 60 min ton azalma baş verdi. Başqa sözlə, pambıq məsələsində də əkin və tədarük ciddi azaldı. Rəsmi məlumata görə, bu ilin birinci ayında ölkədə 2 459 700 baş iribuynuzlu, 6 850 200 baş isə xırdabuynuzlu mal-qara var. 2015-ci illə müqaisədə son 10 ildə 237 min 800 baş iribuynuzlu, 1 milyon 800 minə yaxın isə xırdabuynuzlu mal-qara azalıb. Ətin qiyməti isə son 10 ildə 2-2,5 dəfə bahalaşıb. Ətin bahalaşmasının, mal-qaranın azalmasının əsl səbəblərini tapmaq, onları aradan qaldırmaq vacibdir. Əks halda bu azalma və bahalaşmanın hələ çox şahidi olacağıq”.

Bunu Bakupost.az-a iqtisadçı ekspert Natiq Cəfərli deyib.

Onun sözlərinə görə, pambıq xammal kimi xaricə ucuz satılır, elə pambıq satdığımız ölkələrdən, elə bizim pambıqdan alınan son məhsulu 5-6 qat bahasına geri alırıq:

“2015-ci ildən sonra ölkədə heyvandarlıq sektoru kiçilməyə başladı və indi bunun acı fəsadını yaşayırıq. Belə ki, ətin qiyməti sürətlə artır, həmçinin ət qıtlığı yaşanır və yaşanacaq. Problemin həll olunması üçün kənd təsərrüfatında pambıqçılığın strateji sahə olmasına son verilməlidir. Hazırki şəraitdə pambıqçılıq sərfəli deyil. Pambıq sahələrinin yeri heyvandarlıq, üzümçülük və digər bostan-tərəvəz bitkilərinə verilsə, biz ərzaq idxalını əhəmiyyətli dərəcədə azalda bilərik”.

İqtisadçı ekspert Fuad İbrahimovun sözlərinə görə, Azərbaycan torpaq ehtiyatı məhdud щдфт ölkələr siyahısındadır. Torpaqların bir hissəsi suvarılmaya ehtiyac olan kateqoriyadandır. Rəqəmlərlə götürsək, 8,1 milyon hektarın 4,6 milyon hektarı yararlıdır:

“Mövcud vəziyyətdə aqroparklar demək olar ki, örüş sahələri hesabına formalaşdırıldı. İndi isə xüsusilə fərdi fermerlər öz təsərüffatları üçün yem fondunu formalaşdıra bilmir. Örüş sahələri də azdı, əkinə yararlı torpaq da azalır. Bu da otun qiymətinin bahalaşmasına səbəb olur. Yem ehtiyatının tələbatı tam ödəməməsi, otun bahalaşması nəticə etibarilə ətin qiymətini bahalaşır”.

Fuad İbrahimov deyir ki, fərdi təsərrüfatlar yavaş-yavaş sıradan çıxır. Bunun da səbəbi kəndlinin bazarlara birbaşa çıxışının olmamasıdır. Nəticədə kəndlinin həyətində və ya sahədə yerində satdığı qiymətlə bazarlardakı qiymət arasında uçurum olur. Belə olan halda isə itirən kəndli və bazarlardan məhsulu alan alıcı olur.

İqtisadçı ekspert Akif Nəsirli vurğulayıb ki, kənd yerlərində örüş yeri olmadığından heyvanlar ancaq tövlələrdə bəslənilir:


“Bu da məhsulun maya dəyərini artırır. Təbii ki, əksər kənd adamları rəqabətə tab gətirə bilmədilər, heyvanlarını dəyər-dəyməzinə satdılar. Nəticədə istehsal ciddi şəkildə azaldı. Ona görə də əhalinin qırmızı ətə olan ehtiyacı bu gün daha çox idxal hesabına ödənilir. Yəqin ki, ət idxalı artacaq. Bir müddət sonra idxal ətlərini kütləvi şəkildə görəcəyik”.

A.Nəsirli hesab edir ki, ət idxalını azaltmaq üçün yerli istehsalı stimullaşdırmaq lazımdır: “Hər bir kənd üçün örüş yerləri yaradılmalıdır. Rentabelsiz sahələrə diqqət azaldılmalıdır. İşğaldan azad olunmuş ərazilərin imkanlarından da istifadə edilməlidir. Bildiyimiz kimi, tarixən Laçın, Kəlbəcər yaylaqları heyvandarlıq üçün əlverişli ərazilər olub. Ən azından ilin 3-4 ayını insanlar öz heyvanlarını yaylaqlarda açıq örüşlərdə bəsləyirdi. Həmin örüş sahələri yenidən dövriyyəyə qaytarılsa, əminəm ki, yerli istehsal artacaq”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli bildirib ki, ölkədə mal-qaranın baş sayının azalmasının əsas səbəbi yem bazasının zəif olmasıdır:


“Həm xırda, həm də iribuynuzlu heyvanların sayında 2020-ci ildən sonra kəskin azalma baş verir. Bu onunla bağlıdır ki, bizdə ot və yem istehsalı, xüsusilə də qüvvəli yem istehsalı get-gedə azalır. 2018-ci ildə ölkədə 2 milyon ton qüvvəli yem istehsalı nəzərdə tutulmuşdu. Amma istehsal həcmi 200 min tonu keçməyib. Hətta son illərdə qüvvəli yem istehsalı 180 min tona düşüb. Azərbaycanda şirəli yem istehsalı da kəskin şəkildə azalıb. Sovet hökumətinin dövründəki istehsalla indiki arasında kəskin fərq var. Azərbaycanlılar hər zaman bu sahə ilə məşğul olub. Bu sahə hər zaman ən sərfəli sahə olub. Ona görə ki, heyvanın ətindən, südündən həm özləri istifadə edir, həm də satışa çıxarırlar”.

Ekspert bildirib ki, Dövlət Statistika Komitəsi örüş ərazilərini 2 milyon hektardan çox göstərsə də, əslində bu yarıya bərabərdir. "Bildiyimiz kimi, işğaldan azad edilmiş ərazilərdə də heyvandarlıqla məşğul olurlar. Amma heyvanların baş sayı azalır. Bu da mövcud olan örüş sahələrindən səmərəli istifadə edilməməsi ilə bağlıdır. 10 il bundan qabaq demişdik ki, qlobal istiləşmə baş verir və Azərbaycana da təsiri olacaq. Örüş sahələri suvarılmalı, növbəli otarma həyata keçirilməli, növbəli ot toxumu səpini edilməlidir. Bunlar olmadığı halda qlobal istiləşmə nəticəsində örüş sahələri ot örtüyündən məhrum olacaqlar. Əgər qeyd etdiklərimiz həyata keçirilməsə, məhsuldarlıq aşağı düşəcək və heyvanların sayı azalacaq”.

Kənd təsərrüfatı üzrə ekspert Şahin Nəcəfovun sözlərinə əsasən, ölkədə mövcud olan təxminən 54 aqroparkın hər biri 600-700 hektar əraziyə sahibdir və əksəriyyəti kənd bələdiyyələri və dövlət fonduna aid olan örüş sahələrində yaradılıb:

"Bu isə heyvandarlığa aid sahələrin azalması ilə nəticələnib. Fermerlərin əlindən qışlaq və yaylaq sahələrinin alınması və həmin sahələrin əkin üçün istifadə olunması bu siyasətin yanlışlığını ortaya qoyur. Nəticə isə göz qabağındadır. Azərbaycan Cənubi Qafqazda ən az şirin su ehtiyatına sahib ölkədir – cəmi 12 faiz. Mövcud əkin sahələrini davamlı şəkildə suvarmaq çətin olduğu halda, 150 min hektar örüş sahəsini əkin dövriyyəsinə qaytarmaq məntiqli görünmür. Bu proses heyvandarlığın zəifləməsinə və idxaldan asılılığın artmasına səbəb olub. Məsələn, təkcə diri heyvanların idxalında 68 faiz artım müşahidə olunur. Bu, kənd təsərrüfatı və heyvandarlıq məhsullarında idxaldan asılılığın artdığını açıq şəkildə göstərir”.

Ekspert deyir ki, dövlət dəstəyi əsasən, böyük təsərrüfatlara yönləndirilib. Xaricdən gətirilən cins damazlıq heyvanlar əsasən, iri təsərrüfatlara verilib, kiçik ailə təsərrüfatları isə bu dəstəkdən kənarda qalıb. Halbuki, kiçik təsərrüfatlar müəyyən standartlara tam uyğun olmasa da, heyvandarlıq sahəsində uzun illərdən bəri formalaşmış təcrübəyə sahibdirlər. Ona görə də dövlət dəstəyinin ailə təsərrüfatlarına da verilməsi vacibdir:

“Heyvandarlıq üçün qışlaq və yaylaq sahələri olmadıqda, bu sahənin inkişafı da qeyri-mümkün hala gəlir. Bu vəziyyəti düzəltmək üçün aqrar siyasət yenidən nəzərdən keçirilməli, kiçik təsərrüfatlara dəstək gücləndirilməli və örüş sahələrinin qorunması üçün tədbirlər görülməlidir”.

Sevinc,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:310
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Aprel 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri