Azərbaycandan ilk dəfə Qırğızıstana Azərbaycan dili müəllimi göndərilib
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xarici ölkələrdə Azərbaycan dilinin tədrisi genişləndirilir.
Bakıvaxtı.az xəbər verir ki, xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üzrə qrant müsabiqəsi çərçivəsində Azərbaycandan ilk dəfə Qırğızıstana Azərbaycan dili müəllimi göndərilib.
Müəllim Ülkər Verdiyeva Bişkek şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına 20 nömrəli məktəb-gimnaziyada və Nizami Gəncəvi adına 103 nömrəli məktəbdə şagirdlərə Azərbaycan dilini tədris edir.
Dərslər əsasən kommunikativ və praktik yanaşma əsasında təşkil olunur. Tədris prosesində şagirdlərin gündəlik ünsiyyət, danışıq, dinləyib-anlama, oxu və yazı bacarıqlarının inkişafına xüsusi diqqət yetirilir. Bununla yanaşı, dərslərdə Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və milli-mənəvi dəyərləri ilə bağlı materiallardan da istifadə olunur.
Layihənin əsas məqsədi şagirdlərin Azərbaycan dili üzrə bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, ölkəmiz haqqında məlumatlılığı artırmaq, Azərbaycan dilini və mədəni irsini xarici ölkələrdə tanıtmaqdır.
Azərbaycandan Qırğızıstana ilk dəfə Azərbaycan dili müəlliminin göndərilməsi dilimizin beynəlxalq səviyyədə təbliği, xaricdə yaşayan azərbaycanlıların ana dilinin qorunması və Azərbaycan–Qırğızıstan arasında təhsil və mədəniyyət əlaqələrinin inkişafı baxımından əhəmiyyətli addım hesab olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 13 Oktyabr 2026 16:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















