Icma.az
close
up
RU
Azərbaycandan İrana dərs və dəstək Bayramovun açıqlaması Tehranda bayram oldu, amma...

Azərbaycandan İrana dərs və dəstək Bayramovun açıqlaması Tehranda bayram oldu, amma...

Sfera.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun iranlı həmkarı Abbas Arakçı ilə söhbətində ölkəmizin hava məkanından İrana qarşı hərbi məqsədlərlə istifadə edilməsinə qətiyyən yol verilməyəcəyi ilə bağlı bəyanat verdiyini açıqlayıb.

Sfera.az xəbər verir ki, İran tərəfi bu mövqeni yüksək qiymətləndirib və Bayramovun sözlərini “dost və məsuliyyətli qonşuluq nümunəsi” kimi dəyərləndirib.

Azərbaycanın bu bəyanatı rəsmi Tehranda məmnunluqla qarşılanıb. İran mətbuatı və ekspert dairələri Bakının bu mövqeyini İslam həmrəyliyinə və regiondakı sabitliyə töhfə kimi təqdim edir.

Bununla belə, xatırlatmaq yerinə düşər ki, İran bütün kritik məqamlarda Azərbaycanın deyil, Ermənistanın yanında olub. 44 günlük Vətən müharibəsi də daxil olmaqla, uzun illər ərzində İran tərəfi Bakıya qarşı hədə-qorxu dolu bəyanatlar verib, Azərbaycan əleyhinə kəskin və düşməncə ritorikadan istifadə edib. Azərbaycan Respublikasının Tehrandakı səfirliyi terror hücumuna məruz qalsa da, rəsmi Tehran hadisəyə loyal münasibət göstərib. Habelə, İran mediasında Azərbaycan dövlət rəhbərlərinə qarşı təhqiramiz materiallar dəfələrlə yayımlanıb.

Bütün bu hadisələrə baxmayaraq, Azərbaycan dövləti regionda dostluq, qonşuluq və İslam həmrəyliyi prinsiplərinə sadiqliyini qoruyub saxlayır. Rəsmi Bakı heç zaman bu dəyərlərə xəyanət etməyib və ən çətin anlarda belə dövlət məsuliyyəti nümayiş etdirib.


Xarici işlər naziri Ceyhun Bayramovun son açıqlaması da Azərbaycanın bu prinsiplərə sadiqliyinin göstəricisi kimi qiymətləndirilir. Bu mövqe rəsmi Tehranda yüksək dəyərləndirilsə də, Azərbaycan üçün bu, sadəcə qardaşlıq və qonşuluq borcudur. (Musavat.com)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://sfera.az
archiveBu xəbər 15 İyun 2025 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri