Icma.az
close
up
RU
Azərbaycanı gözləyən fəlakət: Yarım tonluq aparat yerə enir RƏSMİ

Azərbaycanı gözləyən fəlakət: Yarım tonluq aparat yerə enir RƏSMİ

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Xəbər verdiyimiz kimi, yaxın günlərdə Yerə təxminən yarım ton ağırlığında olan Sovet planetlərarası kosmik gəmisinin qalıqlarının düşəcəyi gözlənilir. Məlumata görə, bu, 1972-ci ildə Veneraya buraxılan, lakin Yerin orbitində qalan “Kosmos-482” stansiyasının eniş moduludur.

“Texas Herald” teleqram kanalında kosmos mövzularına həsr olunan materiallarla çıxış edən Georgi Trişkinin sözlərinə görə, orbital parametrlər əsasında aparılan hesablamalar onu göstərir ki, stansiyanın qalıqları böyük ehtimalla quruya düşəcək. Onun xüsusilə Misir, Suriya, Türkiyə və Azərbaycan marşrutu boyunca yaşayış massivlərinə düşmə riski var.

Bəs Azərbaycan üçün təhlükə nə dərəcədə realdır?


Mövzu ilə bağlı Şamaxı Astrofizika Rəsədxanasının şöbə müdiri, astronomiya elmləri doktoru Canməmməd Rüstəmov Bakupost.az -a açıqlamasında bildirib ki, “Kosmos-482" stansiyası 31 mart 1972-ci ildə Baykonur kosmodromundan Veneraya göndərilib. Lakin start zamanı texniki nasazlıq səbəbindən kosmik aparat Yer atmosferində qalıb:

"Ötən illər ərzində bu aparat 4 hissəyə bölünüb. Bu hissələrin ikisi Yer atmosferində yanıb, ikisi isə qalıb. Hal-hazırda Yerə yaxınlaşan, çəkisi 495 kq olan eniş moduludur. Eniş modulu Venera planetinə enmək üçün nəzərdə tutulduğundan istiyə davamlıdır. Ona görə də onun yanıb parçalanmadan Yerə düşmə ehtimalı böyükdür. Onun Yerə düşərkən sürəti 242 km/saat ola bilər. Hesablamalara görə, bu aparat Yerə 8–14 may tarixləri arasında düşə bilər. Düşəcəyi yerlərlə bağlı ehtimallar mövcuddur. Bu yerlərin siyahısında Azərbaycan da var. Amma nəzərə almaq lazımdır ki, bu hesablamalar təxmindir. Dəqiq düşmə yerini hesablamaq çətindir. Arzu edək ki, okeana və ya səhraya düşsün. Kosmosda belə zibillər çoxdur. Kosmosu zibillərdən təmizləmək üçün proqram işlənib hazırlanmalıdır".

Lalə Novruz,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 06 May 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see168

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see154

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see131

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see130

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri