Azərbaycanın 11 boksçusu beynəlxalq turnirin finalına yüksəldi
Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Bakıda ənənəvi Böyük İpək Yolu beynəlxalq turniri davam edir.
"Unikal" xəbər verir ki, yarışın beşinci günündə kişi boksçular arasında finalçılar bəlli olub.
Azərbaycan millisinin 11 idmançısı adını həlledici görüşə yazdırıb. Onlardan səkkizi 4 çəkidə bir-biri ilə qarşılaşacaq.
Yarımfinalda məğlub olan Zidan Hümbətov, Məhəmmədəli Qasımzadə, Sərxan Əliyev, Səidcəmşid Cəfərov, Rasim Çobanlı, Həsən Osmanlı, Murad Allahverdiyev və Səbuhi Əlizadə turniri bürünc medalla başa vurublar. Bununla da komandamızın hesabındakı bürünc mükafatların sayı 10-a yüksəlib. Bu gün başa çatan qadın boksçularına mübarizəsində 1 gün öncə Günel Rəhimova (51 kiloqram) və Emili Rzayeva (65 kiloqram) da yarışı 3-cü pillədə bitirib.
Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turnirində final döyüşləri aprelin 7-də, saat 13:00-da başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 06 Aprel 2026 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















