Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Bazar 60 faiz kiçilib...

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Azərbaycanın Avropa ilə enerji tərəfdaşlığının önəmi artır

Azərbaycanın Avropa ilə enerji tərəfdaşlığının önəmi artır

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı uğurla davam edir. Son illər ölkəmiz özünü bu sahədə etibarlı tərəfdaş kimi təqdim etməyi bacarıb. Məhz bunun nəticəsidir ki, indi Avropa təbii qaza olan ehtiyacının ödənilməsində Azərbaycana daha böyük ümidlər bəsləyir. Ölkəmizin Avropa İttifaqı ilə enerji əməkdaşlığının əsası isə 2006-cı il noyabrın 7-də Brüsseldə “Avropa İttifaqı və Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması ilə qoyulub.

Enerji sektorunun müasirləşdirilməsi və əməkdaşlığın inkişafını özündə ehtiva edən həmin sənədə əsasən, tərəflər arasında əməkdaşlığın strateji istiqamətləri və təməli müəyyən edilib. Bu strateji tərəfdaşlıq sonradan 2011-ci ildə “Cənub Qaz Dəhlizi” üzrə Birgə Bəyannamə və 2022-ci ildə imzalanmış yeni enerji memorandumu ilə daha da genişləndirilib.

Hazırda Azərbaycan və Avropa Komissiyası arasında enerji əməkdaşlığı artıq bir ənənəvi qaz tədarükündən “yaşıl enerji”yə keçid mərhələsinə qədəm qoyub. 2022-ci ildə imzalanmış strateji tərəfdaşlıq memorandumu ilə Xəzər dənizinin külək enerjisi potensialının reallaşdırılması, yaşıl hidrogen istehsalı və Avropaya “yaşıl enerji dəhlizləri”nin yaradılması, xüsusilə “Xəzər–Qara dəniz–Avropa” sualtı kabel layihəsi əsas hədəflərə çevrilib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazovun Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru Gert Yan Koopman ilə görüşündə ölkəmizlə Avropa İttifaqının enerji sahəsində strateji tərəfdaşlığının prioritetləri, Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyində rolu, eləcə də yeni ölkələrin Azərbaycan qazının alıcıları sırasına qoşulması məsələləri müzakirə edilib. Söhbət əsnasında ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edildiyi vurğulanıb.

Məlum olduğu kimi, ötən müddətdə Xəzər regionu ilə Avropa arasında vacib enerji körpüsü rolunu oynayan Cənub Qaz Dəhlizi “köhnə qitə”nin enerji xəritəsinin zənginləşdirilməsinə mühüm töhfələr verib. Ümumilikdə isə, Avropa bazarlarına çıxış Azərbaycanın qaz hasilatının sürətlə inkişaf etməsinə imkan yaradıb. Rəsmi statistikaya əsasən, 2017-ci ildə (“Şahdəniz-2” layihəsinin istismara verilməsindən əvvəl) 28,6 milyard kubmetr olan qaz hasilatı 2021-ci ildə 43,9 milyard, 2024-cü ildə 50,4 milyard, 2025-ci ildə isə 51,5 milyard kubmetrə yüksəlib. Bununla yanaşı, qaz ixrac həcmləri də artaraq 8,5 milyard kubmetrdən 25,2 milyard kubmetrə çatıb.

Azərbaycan Avropaya qaz tədarükünə isə 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəmərinin istismara verilməsi ilə başlayıb. 2026-cı il yanvarın 1-dək TAP vasitəsilə, ümumilikdə, 54,3 milyard kubmetr qaz nəql olunub. Hazırda Azərbaycan 16 ölkəyə qaz ixrac edir ki, bunun da 12-si məhz Avropa dövlətləridir. Azərbaycan və Avropa İttifaqı arasında əldə olunmuş razılaşmaya əsasən, isə 2027-ci ilə qədər qaz tədarükünün ildə 20 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Azərbaycan qazının Avropaya ixracının artırılması üçün hazırda TAP boru kəmərində genişləndirmə işləri həyata keçirilir.

Pərviz Şahbazovun Gert Yan Koopman ilə görüşündə Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunda təbii qazla yanaşı, bərpa olunan enerji və enerji səmərəliliyi, eləcə də digər mühüm istiqamətlərin də öz əksini tapdığı diqqətə çatdırılaraq bu sənədin ikitərəfli enerji münasibətlərinin əsasını təşkil etdiyi vurğulanıb. Söhbət əsnasında elektrik enerjisinin ötürülməsi üzrə regional enerji bağlantıları xüsusunda Azərbaycanla Avropa arasında Qara dənizdən keçməklə, Naxçıvan və Gürcüstan üzərindən planlaşdırılan layihələrdən də bəhs edilib. “Xəzər–Qara dəniz–Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin Avropa Elektrik Ötürmə Sistemləri Operatorları Şəbəkəsinin (ENTSO-E) 2026-2036-cı illər üzrə Şəbəkə İnkişaf Planına daxil edilməsi, həmçinin “Ortaq Maraqlar Layihəsi” statusunun əldə olunması ilə bağlı fikir mübadiləsi aparılıb.

Yeri gəlmişkən, “Xəzər–Qara dəniz–Avropa yaşıl enerji dəhlizi” layihəsi artıq icra mərhələsinə qədəm qoyub. Qara dəniz sualtı kabel xəttinin çəkilişi üçün 2023-cü il iyulun 25-də Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında birgə müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. Qeyd edək ki, Qara dəniz sualtı kabel xətti Gürcüstan və Rumıniyanı birbaşa birləşdirəcək və Cənubi Qafqaz və Cənub-Şərqi Avropanın enerji sistemlərini bir-birinə bağlayacaq ən böyük infrastruktur layihəsidir. Sualtı kabelin uzunluğu 1155 kilometrdən çox olacaq. Bunun da 1115 kilometri suyun altı ilə, 40 kilomtri isə quru ərazidən keçəcək. Kabel xəttinin gərginliyi 525 kilovolt, gücü isə 1300 meqavat olacaq. Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatması planlaşdırılır.

Energetika nazirinin Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə görüşündə, həmçinin Zəngəzur dəhlizi vasitəsilə Naxçıvan, Azərbaycan və Türkiyəni əlaqələndirəcək yeni marşrutun Mərkəzi Asiya ilə Avropanı birləşdirəcək strateji enerji dəhlizi rolunu oynayacağı qeyd edilib, bərpa olunan enerji layihələrinin, xüsusilə günəş və külək enerjisinin istehsalı və ötürülməsi istiqamətində Avropa şirkətləri ilə əməkdaşlıq imkanları dəyərləndirilib. Bununla yanaşı, Azərbaycan–Avropa İttifaqı Enerji Dialoqu, Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şuraları çərçivəsində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib.

Xatırladaq ki, Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğu 2015-ci il yanvarın 1-də yaradılıb. Qurumun əsas vəzifəsi Avropa İttifaqının genişlənmə prosesini və Şərq Tərəfdaşlığı ölkələri ilə qonşuluq siyasətini vahid orqan vasitəsilə idarə etməkdən ibarətdir. Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğu Avropa İttifaqına üzvlük namizədləri və şərq qonşuları (Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Gürcüstan) ilə münasibətləri, o cümlədən iqtisadi və siyasi əməkdaşlığı mənbələrinə görə tənzimləyir. Bu struktur sabitlik, təhlükəsizlik və tərəqqini təşviq etmək məqsədilə siyasi və iqtisadi islahatları dəstəkləyir, yardım proqramları həyata keçirir. ENTSO-E isə Avropada 36 ölkədən 40 elektrik enerjisi ötürücü sistem operatorunu birləşdirən təşkilatdır. 2009-cu ildə yaradılan bu qurum, vahid Avropa enerji bazarını təşviq etmək, enerji təhlükəsizliyini və şəbəkələrarası ticarəti təmin etmək məqsədilə fəaliyyət göstərir.

Zəfər VƏLİYEV,
enerji məsələləri üzrə ekspert

Dünyada baş verən iri miqyaslı geosiyasi transformasiyalar fonunda Azərbaycanın həyata keçirdiyi enerji layihələri region ölkələrinin və Avropanın dayanıqlı, sabit və təhlükəsiz enerji təchizatının təmin olunması istiqamətində atılan mühüm addımlar kimi qiymətləndirilir. Bu layihələr enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu baxımdan, qarşıdakı illərdə Azərbaycanın beynəlxalq bazarlara çıxaracağı neft, qaz və “yaşıl” enerji resursları dünya enerji bazarlarında fərqli tələbat trayektoriyaları və müxtəlif funksional rollarla üzləşəcək. Məlum olduğu kimi, Azərbaycan nefti uzun illər ərzində qlobal neft bazarlarında yüngül və ağır neft balansının təmin edilməsinə xidmət edib. Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarına daxil olan Azərbaycan qazı isə inkişaf üçün yanacaq, keçid yanacağı və ehtiyat enerji mənbəyi funksiyalarını yerinə yetirəcək.

Hazırda ölkə daxilində icra edilən bərpa olunan enerji layihələri enerji kompleksinin şaxələndirilməsinə mühüm töhfələr verir. Eyni zamanda, bu layihələr Azərbaycan üzərindən yeni “yaşıl enerji dəhlizi”nin formalaşmasına və Mərkəzi Asiya ölkələrinin “yaşıl” enerji sistemlərinə çıxışının təmin edilməsinə möhkəm əsas yaradır.

Mirbağır YAQUBZADƏ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Yanvar 2026 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see554

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see412

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see401

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see383

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see362

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see361

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see321

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see268

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see258

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see245

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see242

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see236

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see229

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see227

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see209

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see207

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see206

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see206

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see200

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri