Icma.az
close
up
RU
Azərbaycanın başqa ölkələrlə münasibətlərinin İrana aidiyyatı olmamalıdır: Fazil Mustafa

Azərbaycanın başqa ölkələrlə münasibətlərinin İrana aidiyyatı olmamalıdır: Fazil Mustafa

Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasına səfər edib.

Səfər zamanı Hikmət Hacıyev İran İR Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşüb, ikitərəfli əlaqələr və regional əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıb.

Maraqlıdır, bəs bu səfərin nəticələrini necə şərh etmək olar? Görəsən, İran bu məsələdə səmimi ola biləcəkmiB 

Daha dəqiq, bu, İran-Azərbaycan münasibətlərinə hansı dərəcədə təsir edə biləcək? Nəzərə alsaq ki, İranın Azərbaycanla münasibətlərində dəfələrlə pozuculuq fəaliyyətləri də olub. 

Məsələ ilə bağlı Gununsesi.info-ya danışan Milli Məclisin deputatı Fazil Mustafa deyir ki, əslində, İran-Azərbaycan münasibətlərində səmimiyyət axtarmaq lazım deyil, yeganə prinsip var, o da…

“Əslində, İran-Azərbaycan münasibətlərində səmimiyyət axtarmaq lazım deyil. Bizim düşüncələrimiz, dünya görüşümüz, həyat ideallarımız, gələcəyə baxışlarımız belə fərqlidir. Hətta siyasi rejimlərimiz də fərqlidir. İran teokratik dövlətdir, biz isə dünyəvi dövlətik. Bir prinsip var, o da qonşuluq prinsipi…”

Millət vəkili bildirir ki, bu prinsip isə ən önəmli prinsipdir:

“Bu prinsip isə ən önəmli prinsiplərdən biridir. Azərbaycan hər zaman elə məhz bu prinsipi qorumağa çalışır, çalışıb. İran bizim üçün ən yaxın qonşu dövlətlərdən biridir və biz də münasibətlərin hər zaman sağlam məcrada olmasını arzulayırıq. Hesab edirəm ki, Prezidentin köməkçisinin bu səfərdəki görüşləri faydalı istiqamətləri olan görüşlərdir. Ümumiyyətlə, aradakı gərginliyi qaldırmaq lazımdır. İranın bizə qarşı ola bilsin ki, özünün hansısa təxmin etdiyi nüanslar var, amma Azərbaycanın İranla bağlı heç bir problemi yoxdur. İran problem yaratmasa, Azərbaycan normal münasibətləri davam etdirməkdə maraqlıdır. İrana qarşı da hansısa addımlarda Azərbaycan iştirak etmir. O cümlədən Azərbaycanın da başqa ölkələrlə münasibətlərinin İrana aidiyyatı olmamalıdır və bunu özü üçün hansısa siyasət vasitəsinə çevirməməlidir. Təbii ki, keçmişdə olan məsələlər- Ermənistana dəstək verməsi, Zəngəzur dəhlizi ilə bağlı qonşuluğa uyğun olmayan mövqeləri bizi narahat edir, amma bunlar da danışıqlar masasında qarşılıqlı müzakirə edilərək həll olunası məsələlərdir. Ona görə də stiuasiyanı gərginləşdirmək hər iki ölkənin marağına uyğun deyil. Bu baxımdan, münasibətlərin yaxınlaşmasının önəmi də böyükdür. İranın yeni seçilən Prezidenti də Azərbaycana qarşı yaxşı münasibəti olan bir Prezidentdir, bildiyim qədəri ilə dəfələrlə Azərbaycanda da olub. İki qonşu xalqın dost olması üçün bütün fürsətlərdən istifadə etmək lazımdır. Çünki bölgədə olan hər hansısa bir yanğın hamımızın evinə sıçraya bilər və biz çalışmalıyıq ki, bu yanğın baş verməsin, qonşuluq zəmnində normal sosial-iqtisadi əlaqələri genişləndirmək mümkün olsun.”

Orxan Saffari

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 03 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri