Icma.az
close
up
RU
Azərbaycanın bu günə qədər qazandığı siyasi təcrübə D8 təşkilatının da inkişafına ciddi təsir edəcək

Azərbaycanın bu günə qədər qazandığı siyasi təcrübə D8 təşkilatının da inkişafına ciddi təsir edəcək

Icma.az bildirir, Bizimyol portalına istinadən.

“Dekabrın 19-da Qahirə şəhərində inkişaf etməkdə olan 8 ölkənin iqtisadi əməkdaşlıq təşkilatı "D-8"-in XI sammiti çərçivəsində Azərbaycan Respublikası yekdilliklə "D-8" təşkilatına üzv seçilib. Bu olduqca vacib hadisə hesab olunur. Çünki "D-8" bir növ islam səkkizliyi kimi də adlandırırlar. Üzvlərinin sayı ümumilikdə dünya müsəlmanlarının 60 faizini təşkil edir. "D-8" böyük iqtisadi potensiala malikdir. Ümumiyyətlə bu təşkilat yaranandan burada bir növ məhdud üzvlük kimi məsələlər və prinsiplər olub, qismən qapalı olub. Təşkilat yeni üzvlərin qəbul olunmasına elə də maraqlı olmayıb. Artıq Azərbaycanın uğurlarını görən "D-8", Azərbaycanın da bu təşkilatda fəal iştirakı ilə bağlı öz niyyətini açıqlamış oldu. Nəticə etibarilə XI sammitdə Azərbaycan bura üzv qəbul edilir. Azərbaycan artıq beynəlxalq aləmdə böyük nüfuza malik olan bir dövlətdir ki, ona bu tipli etimad etimad göstərilir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin deputat Azər Allahverənov qeyd edib ki, Azərbaycanın etibarlı tərəfdaş olduğunu qəbul edən dünyanın əksər dövlətləri bu və digər formada müxtəlif platformalar üzərində Azərbaycanın iştirakını olduqca vacib görürlər.

Azər Allahverənov

“Azərbaycan hansı platformada iştirak edirsə, hər zaman o platformanın favoritinə çevrilir.Bu baxımdan da əminəm ki, "D-8" Azərbaycanın bu günə qədər qazandığı digər platformadakı uğurlar və o, cümlədən də qazandığı təcrübə, imkan verəcək ki, "D-8" formatında çox böyük uğurlara imza atsın. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn norma və prinsiplərini prioritet kimi götürür. İstənilən platformalarda məhz bu mövqedən çıxış edir. Qarşılıqlı əməkdaşlıq, milli maraqların qarşılıqlı şəkildə nəzərə alınması, təmin olunması olduqca vacibdir.

Regionumuzda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması da bir çox transmilli layihələrin, istər iqtisadi yönümlü,istər nəqliyyat, kommunikasiya, enerji və digər sahələrlə bağlı olsun onların uğurlu şəkildə reallaşmasına xidmət edən və buna uyğun siyasət yürüdən bir tərəfdir”-deyə Azər Allahverənov bildirib.

Deputat qeyd edib ki, Azərbaycanın üstünlükləri "D-8" tərəfindən də çox doğru dəyərləndirilir. Azər Allahverənov bildirib ki, nəticə etibarilə 1996-cı ildə İstanbulda yaradılmış və Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan kimi dövlətlərin birgə iştirakı ilə təsis olunmuş,  "İslam səkkizliyi" adlanan belə bir mötəbər platformada Azərbaycanın da fəal şəkildə iştirak etməsi, təbii ki, həm də bu dövlətləri təmsil edən regionların bu və ya digər formada iqtisadi əlaqələrinin inkişaf etdirilməsi nöqteyi nəzərdən olduqca vacib hadisə hesab olunur.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 24 Dekabr 2024 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri