Icma.az
close
up
RU
Azərbaycanın coğrafi vəziyyəti onun əsas üstünlüklərindən biridir

Azərbaycanın coğrafi vəziyyəti onun əsas üstünlüklərindən biridir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda dünyada bütün istiqamətlərdə süni intellektin tətbiqi, data mərkəzlərinin yaradılması, rəqəmsallaşma ilə bağlı islahatlar faktiki olaraq ölkələrin gələcək inkişafını müəyyən edir. Azərbaycanda bu istiqamətdə müəyyən işlər görülüb, ölkə başçısı cənab İlham Əliyevin səyləri nəticəsində bir sira tədbirlər həyata keçirilir. 

Qeyd edilməlidir ki, ölkəmizin neft-qaz, bağlantılar, beynəlxalq şirkətlərlə əlaqələr sahələrində böyük təcrübəsi vardır. Azərbaycan öz qonşuları ilə müxtəlif vaxtlarda müxtəlif istiqamətlər üzrə bir çox önəmli infrastruktur layihələrini icra edib, bu sahədə həm təcrübə əldə edib. Həyata keçirilən tədbirlər nəticəsində ölkənin nəqliyyat, energetika dəhlizləri gələcəkdə fiber-optik dəhlizlərinə də çevrilməlidir. 

Təssüf ki, bəzi istiqamətlər bugünkü tələblərə cavab vermir. Bununla əlaqədar rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması istiqamətində bu gün və yaxın həyata keçirilən tədbirlər gələcəkdə ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin etməlidir. 

Fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə  dövlətimizin başçısı çıxış edərək ilk növbədə rəqəmsal inkişafla bağlı olan məsələlərin müzakirəsinə geniş yer ayırıb, dünyanın aparıcı dövlələrindən olan ABŞ və Çin ilə genişlənən əlaqələrə, bir sıra digər məsələlərə toxunub, müvafiq tapşırıqlarını verib.

Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, Azərbaycanın digər dövlətlərlə müqayisədə bir çox üstünlükləri vardır, ki, onlardan biri ölkənin cöğrafi vəziyyətidir. Azərbaycanın Asiya ilə Avropa arasında, Şimal-Cənub dəhlizi üzərində yerləşməsi, və yaradılmış mövcud infrastruktur bu üstünlüyü təmin edir.

Daha bir üstünlük  müsbət investisiya iqliminin olmasıdır. Azərbaycan iqtisadiyyatına son 20 il ərzində 350 milyard dollardan çox həm xarici, həm də yerli sərmayə qoyulub. əldə edilən təcrübə imkan verib ki, 30 ildən çox davam edən neft-qaz layihələri bu gün də uğurla icra edilir. Bu təcrübə əlbəttə ki, rəqəmsal dünyada aparıcı rol oynayan şirkətlərlə münasibətlərdə də özünü göstərməlidir.

Digər üstünlük - son illər ərzində aparılan işlər nəticəsində Azərbaycanın öz enerji generasiya gücünü böyük dərəcədə artıra bilməsidir. Belə ki, son 20 il ərzində ölkənin generasiya gücü təxminən iki dəfəyə yaxın artaraq bu gün 10 min meqavata çatıb. Son illər ərzində bir çox yeni elektrik stansiyaları tikilərək istifadəyə verilib. Hazırda isə ölkəmizin ən azı 2 min meqavat istifadə edilməyən generasiya gücü vardır ki, rəqəmsallaşma, süni intellekt, data mərkəzlərinin yaradılması üçün bu, başlıca şərtdir.

Müşavirədəki çıxışında cənab Prezident bildirib ki, bu gün Azərbaycan özünü bütün əsas enerji mənbələri ilə tam təmin edir, hətta onları dünya bazarlarına da çıxarır. “Nəzərə alsaq ki, bizim bərpaolunan enerji növlərinin yaradılması istiqamətində planlarımız göz önündədir, - bu barədə dəfələrlə danışılıb, - gələcəkdə bizim generasiya gücümüz imzalanmış kontraktlar əsasında daha da artacaq”, - deyə dövlətimizin başçısı əlavə edib.

Bu gün Azərbaycan bir sıra xarici tərəfdaşlarla yaşıl enerji kabellərinin çəkilişi ilə bağlı müvafiq sənədlər imzalayıb və ölkəmiz elektrik enerjisinin bir qismini ixrac edəcəkdir. 

Hazırda ölkəmizi Xəzər dənizinin Şərq sahilləri ilə birləşdirəcək fiber-optik kabelin çəkilişi layihəsi icra edilir. Cari ildə başa çatacaq bu işlər Şərqə doğru bağlantıları təmin edəcəkdir. Qərbə doğru yeni bağlantıların yaradılması hazırda ölkə qarşısında duran əsas məqsədlərdəndir. Artıq bu sahədə dünyanın aparıcı şirkətləri ilə təmaslar qurulub. Dünyanın ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla sıx əlaqələr yaradılıb.

Qeyd edilməlidir ki, bu gün rəqəmsallaşma, süni intellekt sahələrində aparıcı şirkətlərin səhmlərinin bir hissəsi ən böyük Amerika fondlarının sərəncamındadır. Bu, da öz növbəsində daha bir üstünlük sayılmalıdır. Prezident İlham Əliyev fevralın 11-də ABŞ-ın Vitse-prezidenti Cey. Di. Venslə Bakı şəhərində keçirilən yüksəksəviyyəli görüş zamanı Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması yüksək qiymətləndirərək bu Xartiyanın tarixi bir sənəd olduğunu bildirib. Bu sənədin artıq mətbuatda da dərc edildiyini bildirən dövlətimizin başçısı qeyd edib: “Hər kəs görə bilər nədən ibarətdir, o cümlədən data mərkəzləri, rəqəmsallaşma, süni intellekt və bu sahədəki Amerika şirkətləri ilə sıx əlaqələrimiz. Yəni bu da bizim üstünlüyümüzdür”.

Qeyd edilməlidir ki Azərbaycan Avropa İttifaqına üzv 10 ölkə ilə strateji tərəfdaşlıq sənədləri imzalayıb və bu ölkələrin şirkətləri ilə də səmərəli əməkdaşlıq edir. Ötən il həm də Çin Xalq Respublikası ilə hərtərəfli Strateji Tərəfdaşlıq sənədi imzalanıb və burada Azərbaycana olan marağı nəzərə alaraq müxtəlif sahələrdə əlaqələrin daha da genişlənməsinə əminlik artıq.

Ölkə başçısı çıxışı zamanı bir sıra mühüm tapşırıqlar verib. Belə ki, dövlət qurumlarına dövlət xidmətlərinin vahid mərkəzdən - yəni, “mygov” üzərindən həyata keçirilməsini tapşırıb. Dövlətimizin başçısı deyib ki, hər kəs bunu bilməlidir - həm dövlət qurumları, həm vətəndaşlar. Bu, vətəndaşlar üçün də çox böyük üstünlük təmin edəcək. Vətəndaşa lazım olan bütün xidmətlər bir ünvandan göstərilməlidir.

Cənab Prezident həmçinin bildirib ki, süni intellektin tətbiqi dövlət qurumlarında geniş vüsət almalıdır. Bu gün bu sahədə aparıcı ölkələrdə bu belədir. “Hətta mənə verilən məlumata görə, bu sahədə inkişaf etmiş bəzi ölkələrdə dövlət məmurlarının gündəlik fəaliyyətinə də süni intellekt agentləri, - belə adlandırılır, - kömək göstərir”, - deyə dövlətimizin başçısı qeyd edib.

Rəqəmsallaşdırma prossesi paralel olaraq yeni risklər də yaradır. Bu baxımdan kibertəhlükəsizlik məsələləri yeni rəqəmsal arxitekturanın ayrılmaz hissəsidir. Dövlətin rəqəmsal infrastrukturu nə qədər inkişaf edirsə, onun müdafiəsi də biro qədər strateji xarakter alır.

Ölkəmizin bu sahədə qarşısında duran əsas vəzifələr milli kibertəhlükəsizlik strategiyasının gücləndirilməsi,dövlət və özəl sektor arasında koordinasiyaların artırılması, kritik informasiya infrastrukturlarının qorunması, yerli texnoloji həllərin inkişafı kimi əsas məsələlərdir.

İsrafil Kərimov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri