Icma.az
close
up
RU
Azərbaycanın DİM in icrasındakı uğurları və təcrübəsi BMT də geniş beynəlxalq ictimaiyyətə təqdim edilib

Azərbaycanın DİM in icrasındakı uğurları və təcrübəsi BMT də geniş beynəlxalq ictimaiyyətə təqdim edilib

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BMT-nin Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumunda Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) icrasında əldə etdiyi uğurları və çoxtərəfli əməkdaşlıqlara əsaslanan təcrübəsi geniş beynəlxalq ictimaiyyətə təqdim edilib.

Bunu "Report"un ABŞ bürosuna açıqlamasında BMT-nin Nyu-Yorkdakı qərargahında, təşkilatın İqtisadi və Sosial Şurası (ECOSOC) nəzdində keçirilən Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumda (HLPF) Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi, İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov bildirib.

Şöbə müdiri vurğulayıb ki, Yüksək Səviyyəli Siyasi Forumda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda artıq malyariya xəstəliyinin aradan qaldırılmasının elan olunması, həmçinin ölkəmizdə son illərdə tətbiq edilən iqtisadi islahatların nəticələri, iqtisadi diversifikasiya istiqamətində atılan addımlar və layiqli məşğulluğun təmin olunması sahəsində görülən işlər beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.

"Azərbaycan hər il olduğu kimi, bu il də BMT-nin İqtisadi və Sosial Şurasının təşkilatçılığı ilə keçirilən Yüksək Səviyyəli Forumda təmsil olunur. Bu ilin tematik mövzusu DİM-ə nail olunması istiqamətində məlumatlara əsaslanan, heç kimin geridə qalmaması prinsipi ilə həll yollarının beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır. Azərbaycan nümayəndə heyəti hər il olduğu kimi, bu forumda aktiv iştirak edir. Bu il də Azərbaycanda DİM-in icrası istiqamətində görülən işlər təqdim olunub.

Bildiyiniz kimi, bu il müzakirə olunan DİM-lər arasında səhiyyə və rifahın yaxşılaşdırılması (3-cü məqsəd), gender bərabərliyinin təmin olunması (5-ci məqsəd) və iqtisadi artım, layiqli əmək və məşğulluğun təşkili (8-ci məqsəd) önə çıxır. Həmçinin, tərəfdaşlığın gücləndirilməsi ilə bağlı 17-ci məqsəd də müzakirələrdə yer alıb", - o qeyd edib.

H.Hüseynov vurğulayıb ki, Azərbaycan nümayəndə heyəti hər bir məqsəd üzrə tematik müzakirələrdə də fəal iştirak edib. Xüsusilə, səhiyyə xidmətlərinin əlçatanlığı, universal səhiyyə əhatəliliyinin artırılması və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycanda malyariya xəstəliyinin aradan qaldırılması ilə bağlı elan olunması beynəlxalq ictimaiyyətə çatdırılıb:

"Gender bərabərliyi sessiyasında da Azərbaycan təcrübəsi üzv ölkələrin nümayəndələri ilə bölüşülüb. Qadınların səlahiyyətlərinin artırılması, iqtisadi imkanlara və sahibkarlığa cəlb olunmaları, maliyyə əlçatanlığının təmin olunması, idarəçilik sistemində, parlamentdə və bələdiyyə seçkilərində iştiraklarının gücləndirilməsi barədə görülən işlər diqqətə çatdırılıb.

İqtisadi artım və layiqli məşğulluqla bağlı sessiyada isə Azərbaycanda son illərdə tətbiq edilən iqtisadi islahatlar, iqtisadi diversifikasiya, məşğulluğun artırılması, həssas qrupların gəlir imkanlarının genişləndirilməsi və süni intellekt strategiyasının məşğulluq sahəsində tətbiqi, eləcə də ömürboyu təhsilin təşviqi barədə məlumat verilib.

Sonuncu sessiyada maraqlı tərəflərin prosesə cəlb olunması və DİM-in icrasına dəstək mövzusu müzakirə olunub. Son 5 ildə Azərbaycanda iki böyük beynəlxalq DİM konfransı təşkil olunub, o cümlədən ötən il COP29 uğurla keçirilib. Növbəti ildə isə ölkəmiz BMT-nin Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək. Bu sahədə görülən işlər, planlaşdırılan layihələr və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq da çıxışlarda forum iştirakçılarınln diqqətinə çatdırılıb. Forum çərçivəsində müzakirələr, çıxışlar və görüşlərdən kifayət qədər müsbət nəticələr əldə etmişik".

Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi qeyd edib ki, Yüksək Səviyyəli Siyasi Forumda DİM-in maliyyələşdirilməsi sahəsində Azərbaycan təcrübəsi digər üzv dövlətlərə tövsiyə olunub:

"Ölkələr 2030-cu ilə qədər DİM-in icrası ilə bağlı könüllü milli hesabatlarını təqdim edirlər. Azərbaycan bu sahədə də maraqlı layihələr ortaya qoyub. Ötən il 2024-cü il üçün dünyada dördüncü dəfə bu öhdəliyi yerinə yetirən 5 ölkədən biri olduq. Buna görə üzv dövlətlər hesabatların hazırlanması prosesi, metodologiyalar və onların məzmunu barədə Azərbaycan nümayəndə heyətinə çoxlu suallar ünvanladılar.

Digər tərəfdən, DİM-lərin maliyyələşdirilməsi ilə bağlı layihəmiz də diqqətəlayiqdir. Ötən il təsdiqlədiyimiz və BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna təqdim etdiyimiz hesabatda Azərbaycan bu sahədə həyata keçirilən tədbirləri geniş işıqlandırıb. Bu tədbirlər sırasında İqtisadiyyat Nazirliyi ilə birlikdə, Dayanıqlı İnkişafın Maliyyələşdirilməsi üçün İnteqrə Edilmiş Milli Maliyyələşmə Çərçivəsi Layihəsi xüsusi yer tutur. Məqsəd icmal büdcənin DİM məqsədləri ilə uyğunlaşdırılmasıdır. Bu uyğunlaşdırma nəticəsində məlum oldu ki, icmal büdcənin təxminən 82,3 faizi DİM-lə bağlı məsələlərə ayrılıb.

Onu da əlavə etmək istərdin ki, könüllü milli hesabatlar təqdim olunandan sonra BMT-nin İqtisadi və Sosial Şurası xüsusi bülleten dərc edib və burada Azərbaycan təcrübəsi digər üzv dövlətlərə tövsiyə olunub. Qeyd edilib ki, inkişafın maliyyələşdirilməsi üçün bu cür çərçivələrdən istifadə daha faydalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://baku.ws
archiveBu xəbər 18 İyul 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri