Azərbaycanın diplomatik xidmət orqanlarının tabeliyində bir sıra hüquqi şəxslər yaradıla bilər
Report.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanın diplomatik xidmət orqanlarının tabeliyində təhsil, elmi tədqiqat və mədəniyyət müəssisələri, eləcə də digər hüquqi şəxslər yaradıla bilər.
“Report”un məlumatına görə, bu, yeni hazırlanan “Diplomatik xidmət haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, diplomatik xidmət orqanlarının vahid sisteminə daxil olan orqanların, onların tabeliyində yaradılan qurumların hüquqi statusu ilə bağlı məsələlər müvafiq normativ hüquqi aktlarla tənzimlənəcək.
Azərbaycanın diplomatik nümayəndəlikləri Konstitusiyaya uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdimatı ilə Milli Məclis, Azərbaycan konsulluğu isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsis edilir.
Diplomatik nümayəndəliklər və konsulluqların təsis edilməsi ilə bağlı məsələlər ölkənin və qəbul edən dövlətin və ya beynəlxalq təşkilatın tərəfdar çıxdıqları beynəlxalq müqavilələr və Azərbaycanın normativ hüquqi aktları ilə tənzimlənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 09 Dekabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















