Azərbaycanın imtina etdiyi müsabiqəyə ABŞ də gedir FOTO
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Rusiyanın paytaxtı Moskvada 20 oktyabr tarixində “Eurovision” mahnı müsabiqəsinə alternativ olaraq hazırlanan “Intervision” adlı beynəlxalq mahnı müsabiqəsi keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, Moskvadakı “Live Arena”-da baş tutacaq müsabiqəyə Rusiya, Belarus, Çin və ABŞ da daxil olmaqla, 23 ölkədən müğənnilər qatılacaq. Rusiyanı müsabiqədə “Shaman” ləqəbi ilə tanınan Yaroslav Dronov təmsil edəcək. İştirakçılar öz ölkələrinin milli dillərində mahnı ifa edəcəklər. Müsabiqədə sıralama iştirakçı ölkələrin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən müəyyən ediləcək.
“Intervision” müsabiqəsi öncəsi Moskvada mətbuat konfransı keçirilib. Konfransda Rusiya Xarici İşlər naziri Sergey Lavrov, Prezident Administrasiyası rəhbərinin müavini və müsabiqənin Nəzarət Şurasının sədri Sergey Kiriyenko, Baş nazirin müavini və Təşkilat Komitəsinin rəhbəri Dmitriy Çernışenko, həmçinin Rusiya dövlət televiziyasının baş direktoru Konstantin Ernst iştirak ediblər.
Lavrov çıxışında “Intervision” müsabiqəsi ilə bağlı məlumat verərək deyib:
“İştirakçı sayı 23-dür. Gözəl rəqəmdir. Gələcəkdə bu say artarsa, müsabiqənin konsepti dəyişdiriləcək. Müsabiqədə heç bir məhdudiyyət və ya kriteriya yoxdur. Yeganə kriteriya milli mədəniyyət və ənənələrin tanıdılmasıdır”. Lavrov müsabiqənin hər il keçirilməsini arzuladığını bildirib və bir neçə ölkənin növbəti yarışmaya ev sahibliyi etmək istədiyini qeyd edib.
Azərbaycan sentyabrın 20-də Moskvada keçiriləcək bu müsabiqədə iştirakdan imtina edib.Sergey Lavrovun sözlərinə görə, Ermənistan isə hələ də iştirakını təsdiqləməyib.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 16 Sentyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















