Icma.az
close
up
RU
Azərbaycanın növbəti diplomatik uğuru: Rəsmi Bakı bu dəfə də bacardı

Azərbaycanın növbəti diplomatik uğuru: Rəsmi Bakı bu dəfə də bacardı

Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni iqlim hədəfini qəbul etməyə müvəffəq olması ona qarşı aparılan təbliğatın iflasa uğramasının şübhə doğurmayan göstəricisidir. COP29-da qəbul edilən sənədə əsasən, inkişaf etmiş dövlətlərin inkişaf etməkdə olan ölkələrə iqlim fəaliyyəti üçün ildə 300 milyard dollar vəsait ayırmaları təmin olunacaq. 2035-ci ilədək bu məbləğ tədricən 1,5 trilyon dollara çatdırılacaq. Bu göstəricinin əvvəlki 100 milyardlıq həddən 300 milyarda çatdırılması Bakıda baş tutan qlobal tədbirin əldə etdiyi danılmaz nailiyyətdir.

Məcburi etiraf

Yüksək təşkilatçılıq, dünya birliyinin hədsiz marağı və iştirakçıların kütləviliyi fonunda COP29-a ev sahibliyi edən Azərbaycana qarşı aparılan qaralama kampaniyasının uğursuzluğu ona sponsorluq edən dövlətlərin özləri tərəfindən də etiraf edilir. Tədbir başa çatandan sonra rəsmi Vaşinqtonun Prezident Co Baydenin adı ilə xüsusi bəyanat yayması və COP29-un nəticələrini alqışlaması, yaxud Avropa İttifaqının İqlim məsələləri üzrə komissarı Vopke Xukstranın açıqlaması həm okeanın o tayında, həm də Brüsseldə Bakı konfransının uğurunun həzm edilməyə başlandığını göstərir. Əlbəttə ki, məcburən həzminin...

COP29-un bu nailiyyətini ev sahibliyi edən Azərbaycanın inadkar və ardıcıl iradəsinin bəhrəsi də hesab etmək olar. Çünki düz bir ildir ölkəmizə qarşı sürdürülən qarayaxma kampaniyası həm də COP29-un yekun sənədini sabotaj etməyə yönəlmiş niyyət idi.

Qərbin xəsisliyi

İqlim dəyişilməsi və ekologiyanın korlanması kimi qlobal problemlər böyük ölçüdə elə həmin inkişaf etmiş dövlətlərin fəaliyyətinin nəticəsidir. Böyük sənaye potensialına malik, açıq okeanda nüvə sınaqları keçirməyə qadir ABŞ və Fransa kimi dövlətlərin bu qarayaxma kampaniyasının önündə getmələri bəşəriyyət üçün dağıdıcı təhlükəyə malik qlobal problemin çözümünə vəsait ayırmaq istəməmələrindən irəli gəlir. Halbuki həm Vaşinqtonun demokratlar administrasiyası, həm Makron hökuməti, həm də Brüssel özlərini sanki problemin müqəddəratına məsul yeganə və əsas qüvvələr qismində nümayiş etdirməyə çalışırlar.

Belə bir gerçəklikdə iştirakçıların 300 milyard dollarlıq göstəricidə bərqərar olmaları həqiqətən də tarixi hadisədir. Şübhə yoxdur ki, qlobal Bakı konfransı gələcəkdə həllinə ümid edilən problemin çözülməsi istiqamətində tarixi mərhələ kimi xatırlanacaq.

Hədəf yekun sənəd idi

COP29-un iqlim dəyişikliyi ilə mübarizə prosesində tarixə düşdüyü bir gerçəklikdə Azərbaycana qarşı aparılan qərəzli və çirkin kampaniyanın bir neçə mərkəzdən idarə olunduğu və fərqli məqsədlər güddüyü aydın olur. ABŞ-nin demokratlar administrasiyasının, Makron Fransasının və Aİ-nin hədəfi Azərbaycanın səmimi təşəbbüslərini gözdən salmaqla qlobal konfransın gedişini pozmaq, nəticə etibarilə qəbul ediləcək qərarı əhəmiyyətsiz və təsirsiz etmək idi. Rəsmi Vaşinqtonun və Parisin ABŞ-nin qanunverici orqanında təmsil olunan senator və konqresmenlərdən, habelə beynəlxalq media qruplarından istifadə etməklə bir ilə yaxındır sürdürdükləri ləkələmə cəhdlərinin son ünvanı məhz COP29-un yekun sənədi olduğu şübhəsizdir.

Bütün bunlardan rəsmi Bakı kifayət qədər məlumatlı olub. Konfransın bitməsindən sonra Azərbaycan ictimai rəyinin və beynəlxalq birliyin də baş verənlərdən agah olması lazımdır. Avropa İttifaqı təmsilçisi Ursula fon der Lyayenin gülünc bəhanələrlə Bakıya gəlməməsi, Almaniyanın baş naziri Olaf Şoltsun ölkəsində hökumət koalisiyasının dağılmasını səbəb gətirərək anons edilmiş səfərini təxirə salması sıradan hadisələr deyildi. Reallaşmamış bu səfərlərin də əsas hədəfi COP29-un yekun sənədinə qarşı hesablanmşdı. Almaniya XİN tarixinin ən uğursuz rəhbəri Angelina Berbokun COP29-un son günlərində Bakıya gəlib iqlim dəyişilməsindən daha çox siyasi mövzularda bəyanat verməsini kollektiv Qərbin düşünülmüş planının yekun addımı saymaq olar.

Azərbaycanın növbəti diplomatik qələbəsi

Qərbin Azərbaycana qarşı qərəzli mərkəzlərinin apardıqları kampaniya ilk gündən siyasi məqsədlər daşıyıb. Niyyət COP29-un missiyası ilə yanaşı, Bakının namizədliyini də gözdən salmaq olub. İrəli sürülən iddiaların məntiqsizliyi, iqlim mövzusu ilə əlaqəli olmaması bu mərkəzlərin başladıqları kampaniyanın dayandırılması müqabilində Azərbaycandan hansısa siyasi güzəşti almağa, yaxud Bakının bir sıra məsələlərlə bağlı durduğu prinsipial mövqelərdən geri çəkilməyə məcbur edilməsinə hesablanmışdı. Bu kontekstdə təbii ki, gözlər önünə gələn ilk məqam Ermənistanla Azərbaycan arasında yekun sülhün imzalanması məsələsidir. ABŞ və Aİ-nin belə bir razılaşmaya COP29-dan öncə və ya onun gedişatında nail olunması üçün basqılar etməsinin əsas səbəbi İrəvanı son 30 illik işğal cinayəti və onun fəsadlarının məsuliyyətindən qurtarmaq idi.

Tələsik sülhün məhz iqlim konfransı fonunda əldə edilməsi bir sıra merkantil hədəflərə doğru yol aça bilərdi. Məsələn, yeni seçkilər ərəfəsində demokratların uğursuz administrasiyasının beynəlxalq siyasi nailiyyəti bu gözləntilərdən biri ola bilərdi.

Nəhayət, Ermənistan və dünya erməniliyi də öz “pay”ını qoparmaq gözləntisində idi: Azərbaycana qarşı ərazi iddialarının təsbit olunduğu Ermənistan konstitusiyasında dəyişiklik edilmədən imzalanan sülh ermənilərə gələcəkdə Azərbaycana qarşı təkrar ərazi iddiası üçün yeni imkan ola bilərdi. Bir neçə aydır “erməni əsirləri”nin azad edilməsi tələbləri ilə müşayiət olunan avantüra məhz COP29 hesabına İrəvanın ümidlərinin reallaşdırılmasına hesablanmışdı. Bu baxımdan, qlobal konfransın yekun sənədinin qəbulu beynəlxalq birliyinin nailiyyətidirsə, Azərbaycana qarşı qarayaxma kampaniyasının təşkilatçılarının əliboş qalmaları da rəsmi Bakının daha bir parlaq diplomatik qələbəsidir. ("Kaspi" qəzeti)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://publika.az
archiveBu xəbər 30 Noyabr 2024 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri