Icma.az
close
up
RU
Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdı Danışırlar ki, 2025ci ildə...

Azərbaycanın ordu həmləsi İrəvanda çaxnaşma yaratdı Danışırlar ki, 2025ci ildə...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin “Rossiya seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə müsahibəsində 2025-ci ildə hərbi büdcəmizin rekord həddə olacağını açıqlaması Ermənistanda müzakirələrə səbəb olub. Prezident bildirib ki, Ermənistanın sürətlə silahlanması fonunda Azərbaycanın bu addımı atması təbii və qaçılmazdır.

Bu açıqlama hansısa prosesin anonsu hesab edilə bilərmi?

Globalinfo.az-a danışan hərbi ekspert Ramil Məmmədli deyib ki, hərbi təhdid olsa da, olmasa da ordunun modernləşdirilməsinə, gücləndirilməsinə ehtiyac var:

“Vətən müharibəsindən sonra Azərbaycana qarşı ərazi iddiasında olan Ermənistan silahlanma proqramlarını genişləndirib: mövcud texnikalarını modernləşdirir, yeni silahlar alır və müttəfiqlərlə əməkdaşlığı dərinləşdirir. Bu əməkdaşlığa Hindistan və bəzi Qərb ölkələri də daxildir. Bir sözlə, hazırkı vəziyyət Azərbaycanı silahlanmağa və silah yarışına qoşulmağa məcbur edir”.

Ramil Məmmədli

Ekspert deyib ki, Cənubi Qafqazda mövcud olan təhdidlər, narahatlıqlar Azərbaycanın öz ordusunu güclü saxlamağa, müasir texnologiyalarla təchiz etməyə, döyüş hazırlığını artırmağa məcbur edir:

“Bu baxımdan, hərbi büdcənin artırılması hazırkı proseslərin təbii nəticəsidir. Bu vəziyyət Azərbaycanı hərbi imkanlarını artırmağa yönəldir. Bəzi mənbələr 2025-ci ildə eskalasiyanın və ya hərbi gərginliyin baş vermə ehtimalından danışırlar. Lakin irimiqyaslı müharibə olacağını düşünmürəm. Təbii ki, Ermənistanla sülh əldə olunmayana qədər hər hansı qarşıdurma baş verə bilər, amma bu, böyük müharibə anlamına gəlməməlidir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Dekabr 2024 06:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see331

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see312

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see304

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see293

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see291

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see286

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see283

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see282

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see257

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see238

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see237

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see236

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see232

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see231

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see225

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see222

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see221

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see220

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri