Icma.az
close
up
RU
Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olundu

Azərbaycanın proqram idarəetmə modeli daha bir ölkəyə təqdim olundu

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Vyetnamın Siyasi İdarəetmə və İnkişaf Strateji İnstitutunun (IPADS) direktoru xanım Le Nguyen Thien Ngan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) qonağı olub. 

XQ xəbər verir ki, İİTKM-in  icraçı direktorunun müavini Ayaz Museyibov Vyetnamın regionda həyata keçirdiyi uğurlu iqtisadi siyasət və Azərbaycan iqtisadiyyatının dinamik inkişafını nəzərə alaraq iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, həmçinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində müəyyən edilmiş hədəflər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastrukturun inkişafı və yaşıl zonaların yaradılması istiqamətində görülən işlər barədə qonağa məlumat verib.

Ayaz Museyibov dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi üçün yaradılmış rəqəmsal platformalar — www.azerbaijan2030.gov.az və www.boyukqayidish.gov.az haqqında danışaraq bu sistemlərə süni intellektin inteqrasiyası və irihəcmli məlumatların (big data) effektiv emalı sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, xüsusilə qeyd edib ki, Mərkəzin dövlət proqramlarının monitorinq və qiymətləndirmə mexanizmi unikal xarakter daşıyır və ABŞ, Birləşmiş Krallıq və BƏƏ-də yerləşən beynəlxalq media qurumları tərəfindən 2025-ci il ərzində yeddi beynəlxalq mükafatla təltif olunub.

Ayaz Museyibov əlavə edib ki, Mərkəzin monitorinq və qiymətləndirmə sahəsində qazandığı nailiyyətlər Orta Asiya dövlətlərinin xüsusi marağına səbəb olub və bu istiqamətdə əməkdaşlığın inkişafı məqsədilə aktiv işlər aparılır.

Le Nguyen Thien Nga təqdimatla çıxış edərək “Siyasətdən həyata” milli təşəbbüsünün layihə rəhbəri olduğunu bildirib. O, İİTKM ilə əməkdaşlığı genişləndirmək niyyətini ifadə edərək süni intellektin inteqrasiyası, dövlət proqramlarının monitorinqi və qiymətləndirilməsi, birgə seminarların təşkili, hesabatların hazırlanması və ortaq tədqiqat layihələrinin inkişafı sahəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

Tərəflər Azərbaycanın dövlət proqram idarəetməsi, o cümlədən monitorinq və qiymətləndirmə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin başlanması istiqamətində əməkdaşlığa maraqlı olduqlarını bildiriblər. Bununla yanaşı, qarşılıqlı investisiya qoyuluşu, iqtisadi əlaqələrin gücləndirilməsi, turizm imkanları, ortaq tədqiqatların aparılması və tədbirlərin keçirilməsi istiqamətində müvafiq rəsmi kanallar üzərindən əməkdaşlığı davam etdirmək barədə fikir mübadiləsi aparılıb. Görüşdə İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqov və İqtisadi təhlil şöbəsinin baş məsləhətçisi Rəşad Nəcəfli də iştirak ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see569

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see314

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see305

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see304

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see296

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see276

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see274

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see273

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see260

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see258

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see244

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see244

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see243

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see242

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see238

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see237

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see234

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see225

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see225

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri