Icma.az
close
up
RU
Azərbaycanın qeyri neft ixracında artım Sanksiyalar bizim üçün müsbət nəticə verib

Azərbaycanın qeyri neft ixracında artım Sanksiyalar bizim üçün müsbət nəticə verib

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"na əsasən, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 9.9 faiz artaraq 1.8 milyard ABŞ dolları təşkil edib. 2025-ci ilin yanvar-iyun aylarında ixrac olunan şəkər ötən ilin müvafiq dövrünə nəzərən 7.4 milyon ABŞ dolları və ya 54.4 faiz, kimya sənayesi məhsulları 48.7 milyon ABŞ dolları və ya 38.7 faiz, meyvə-tərəvəz 81.2 milyon ABŞ dolları və ya 24.3 faiz, pambıq iplik 1.8 milyon ABŞ dolları və ya 16.6 faiz, qara metallar və onlardan hazırlanan məmulatlar 5.1 milyon ABŞ dolları və ya 12.5 faiz, çay 62.5 min ABŞ dolları və ya 2 faiz, alüminium və ondan hazırlanan məmulatlar 666.8 min ABŞ dolları və ya 0.7 faiz artıb. Cari ilin ilk altı ayı ərzində aqrar məhsulların ixracı 21.9 faiz artaraq 455.2 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə 7.7 faiz artaraq 145 milyon ABŞ dollarına bərabər olub. Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (149 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (144 milyon ABŞ dolları) ikinci, pambıq (98.6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb. Rəqəmlərdən də göründüyü kimi qeyri-neft sektoru inkişaf edir. Bəs bu inkişaf davamlı ola bilərmi? Bunun üçün daha hansı addımlar atılmalıdır?

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

"Sanksiyalar bizim üçün müsbət nəticə verib"

İqtisadçı Cəfər İbrahimli deyir ki, ixrac rəqəmlərinə baxdıqda, əsas diqqət çəkən aqrar və aqrar-sənaye məhsullarıdır. Onlarda daha çox artım müşahidə olunur. Bu artımları stimullaşdıran səbəblər var: "Onlardan biri dövlət dəstəyidir. Dövlət sahibkarlara uzunmüddətli güzəştli kreditlər, subsidiyalar ayırır. On ilə yaxındır daxili istehsal dəstəklənir. Rusiya bazarının mövcud vəziyyəti də artıma təsir edən amillərdəndir. Qonşu ölkəyə qarşı tətbiq olunan sanksiyalar bizim üçün müsbət nəticə verib. Artım müsbətdir və davamlı görünür. Son illərdə dövlətin dəstəyi, investisiyaların qoyulması və xarici bazarlarda məhsullarımıza olan tələbat bunu təmin edib".

C.İbrahimlinin sözlərinə görə, qeyri-neft məhsullarının ixracındakı artım müvəqqəti tendensiya deyil: "Bunun da səbəbi dəstəyin olmasıdır. Bu məhsullar illərdir ixrac olunur, bazar var, investisiyalar qoyulub. Şərtlər dəyişməsə, ixracın davamlılığı gözləniləndir. Bazarların şaxələndirilməsi üçün də işlər görülür. Azərbaycan məhsulları digər ölkələrdə tanıdılır. Həmçinin yeni ixrac müqavilələri bağlanılır. Körfəz ölkələrinə daha çox üstünlük verilir. Bunlar da qeyri-neft ixracının artım səviyyəsinin qorunub saxlanmasına kömək edir".

"İxracın davamlı olması gözləniləndir"

İqtisadçının fikrincə, aqrar sahə ilə bağlı emal sənayesini inkişaf etdirmək lazımdır. Aqrar-sənaye məhsullarının ixracının artırılması istiqamətində tədbirlərin aparılması da uzunmüddətli perspektivdə daha çox imkanlar açar: "Qızıl və digər aqrar sənayeyə aid olmayan məhsulları illərdir ixrac edirik. Xaricdə məhsullarımıza kifayət qədər ehtiyac var. Bu baxımdan gələcəkdə də ixracı şərtləndirən vəziyyət mövcuddur. Bu tipli istehsal sahələrinə kifayət qədər investisiyalar qoyulub və yetəri qədər ixrac da mövcuddur. Bu səbəbdən gələcəkdə də ixracın davamlı olması gözləniləndir. İstehsalı da artırmalıyıq. Bu zaman daxili bazarın da təminatını ödəyə bilərik".

"İxrac potensialımızı daha da artırmalıyıq"

İqtisadçı Akif Nəsirli isə qeyri-neft sektorunun hələ də zəif inkişaf etdiyi qənaətindədir: "Artım var, amma hələ ki nisbi görünür. Sektor hələ çox zəifdir. Ona görə də azacıq irəliləyiş belə faiz göstəricisində böyük görünür. Lakin bəzi məhsulların ixracında irəliləyiş var. Artımın səbəbi dövlət dəstəyidir. Digər səbəb sahibkarların daha çox cəhd göstərməsidir. Fermerlər daxili istehsalı artıraraq ixraca yönəlməyə çalışırlar".

İqtisadçı bildirib ki, bu artım müvəqqəti xarakter də daşıya bilər. Çünki qeyri-neft sektoruna dəstək zəifdir: "Bu sektorun inkişafı üçün əsaslı addımlar atılmalıdır. Bu tempi saxlamaq və artırmaq üçün fundamental dəyişikliklər aparılmalıdır. Bu sektoru da inkişaf etdirmək istəyiriksə, hər bir fermerin ucuz vəsaitə, kreditə əlçatanlığı olmalıdır. Fermerlər üçün güzəştli kreditlərin həcmi və əlçatanlığı artırılmalıdır. Amma hələ ki, bu, mümkün deyil. Azad rəqabət mühitinin yaradılmasına çalışmaq lazımdır. Sahibkarlığın qarşısında dayanan maneələr aradan qaldırılmalıdır. Əgər bunlar edilərsə, sektorun inkişafı üçün münbit şərait yarana bilər. Qısa zamanda qeyri-neft sektorundan gələn gəlirlər neft sektoru həcmində olar".

A.Nəsirli ixrac protensialımızı daha da artırmağın vacibliyindən də bəhs edib: "Daxildə məhsul bolluğu yaratmalıyıq ki, ixrac potensialımız daha da artsın. Bunun üçün də istehsal güclənməlidir. Kənd təsərrüfatı sahəsində dünya standartlarına uyğun məhsul istehsalını təmin etmək üçün işlər aparmalıyıq. Belə olduğu halda pomidoru ancaq Rusiyaya ixrac etmək məcburiyyətində qalmayacağıq. Həmçinin Avropa ölkələrinə ixracımızı inkişaf etdirə bilərik. Bunu yalnız fermerə dəstəklə əldə etmək mümkün deyil. Həm də fermerləri maarifləndirməliyik. Onlara daha orqanik məhsulların yetişdirilməsini öyrətməliyik. Bu zaman qeyri-neft sektorunu daha da inkişaf etdirmiş olarıq".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Avqust 2025 20:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see186

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see157

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see137

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see135

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see132

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see131

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see129

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see126

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see125

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri