Icma.az
close
up
RU
Azərbaycanın tanımış idman simaları Yeni ili necə və harada qarşılayacaqlar? in SORĞUSU

Azərbaycanın tanımış idman simaları Yeni ili necə və harada qarşılayacaqlar? in SORĞUSU

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

2026-cı ilin gəlişinə sayılı saatlar qalır.

Bəs Azərbaycanın tanınmış idman xadimləri Yeni ili necə və harada qarşılayacaqlar?

Bu sualın cavabını öyrənmək üçün İdman.Biz ölkənin idman ictimaiyyətində nüfuz qazanan simalara müraciət edib.

Həsrət Cəfərov - Yunan-roma güləşi üzrə üçqat Avropa çempionu:

- Yeni ili mütləq valideynlərimlə qarşılayacağam. Ya onlar bizim yanımıza gələcəklər, ya da biz onların yanına – Goranboya gedəcəyik.

Mehman Əzizov - cüdo veteranı, DİN-in idman cəmiyyətində şöbə müdiri:

- Mənim üçün Yeni il ikiqat bayramdır, çünki yanvarın 1-də həm də doğum günüm olur. Üstəlik, qarşıdan gələn ildə yubileyimdir. Ona görə də ənənəvi olaraq Yeni ili ailəmlə qarşılayırıq. Yanvarın 1-i axşam isə dostlarla bir araya gəlirik.

Elşad Quliyev - Azərbaycan yığmasının mini-futbol üzrə baş məşqçisi:

- Yeni il ev bayramıdır, ona görə də evdə qarşılayacağıq. Üstəlik, ölkənin regionlarında nisbətən rahat hotellərin qiymətləri olduqca yüksəkdir.

Vəli Qasımov - futbol veteranı, “Şamaxı” futbol klubunun akademiyasının koordinatoru:

- Bu da ev bayramıdır. Yeni ili Bakıda ailə dostlarımla qarşılayacağam, daha sonra yenidən Şamaxıya yollanacağam.

Rüstəm Orucov - Olimpiya Oyunlarının gümüş mükafatçısı, Səudiyyə Ərəbistanı cüdo yığmalarının hazırlığı üzrə baş meneceri:

- Yeni ili ailəmlə qarşılamaq üçün xüsusi olaraq Ər-Riyadda­n gəlmişəm. Hələlik özümlə apara bilmədiyim valideynlərim, övladlarım və həyat yoldaşımla birlikdə olacağam. Bu ailə bayramıdır və harada olmağından asılı olmayaraq, Yeni ili mütləq doğmalarınla qarşılamalısan.

Eldəniz Əzizli – Yunan-roma güləşi üzrə dördqat dünya çempionu:

- Yeni ili Qəbələdəki evimizdə, böyük ailə çevrəsində – valideynlərim, həyat yoldaşım və uşaqlarımla birlikdə qarşılayacağıq. Bir növ təbiət qoynunda, şəhər səs-küyündən uzaqda.

Ağası Məmmədov – boks üzrə dünya çempionu:

- Dostlarla Yeni ilin gəlişini bir gün əvvəl – dekabrın 30-da qeyd edirik. Dekabrın 31-də isə, əlbəttə ki, evdə oluruq. Bu, artıq uzun illərdir davam edən ənənədir. Evdə, həyat yoldaşım və üç övladımla – bundan gözəli nə ola bilər!

Nazim Süleymanov - futbol veteranı:

- Yeni ili hamımız birlikdə, Bakıda - uşaqlarım və nəvələrimlə qarşılayacağıq. Hazırda tələsməyə yerim yoxdur, kifayət qədər boş vaxtım var. Ona görə də bu ev bayramını, necə deyərlər, səhərə qədər şən əhval-ruhiyyə ilə qeyd edəcəyik.

Vüqar Vüqarlı

İdman.Biz
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:64
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 31 Dekabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see364

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see216

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see193

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see189

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see174

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see169

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see159

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see152

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see150

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see149

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see144

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see144

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see143

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see138

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see135

Bir zamanlar möcüzə idi, indi təsirsizdir: Antibiotiklər niyə keyfiyyətsizdir?

29 Dekabr 2025 23:55see135

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see135

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri