Icma.az
close
up
RU
Menu

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

ATƏT də dərin böhran yaşanır

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

Azərbaycanın Türkiyə və İsraillə münasibətlərin qurulması üzrə apardığı xarici siyasət rejimi narahat edir

Azərbaycanın Türkiyə və İsraillə münasibətlərin qurulması üzrə apardığı xarici siyasət rejimi narahat edir

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

İran parlamenti İslam Məclisi rəsmi bəyanat yayaraq bildirib ki, tanınmış sərhədlərin dəyişdirilməsi və ya “Zəngəzur dəhlizi” kimi layihələrin yaradılması regional ölkələrin təhlükəsizliyinə qarşıdır və kollektiv təhlükəsizliyə birbaşa təhdid yaradır. Bəyanatda qeyd edilir ki, "Cənubi Qafqaz İran üçün yalnız coğrafi sərhəd deyil, həmçinin təhlükəsizlik perimetri, strateji dərinlik və sivilizasiya dairəsidir; bu regionla tarixi, mədəni və hərbi-siyasi əlaqələri var". Həmçinin, İran BMT Nizamnaməsi və dövlətlərin ərazi bütövlüyü prinsiplərinə istinad edərək, hər hansı beynəlxalq tanınmış sərhəd dəyişikliklərinin dövlətlərin razılığı olmadan qanunsuz olduğunu vurğulayır. İran parlamentinin 290 deputatından 150-si bu bəyanata imza ataraq layihəyə etiraz edib və onu “regional xalqların maraqlarına qarşı və kollektiv təhlükəsizliyə birbaşa təhdid” adlandırıblar.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bəyanatın mətninə baxanda onun hansı məqsədlərlə yazıldığını rahat şəkildə görmək olur. Siyasi şərhçi qeyd edib ki, ümumiyyətlə, bu bəyanatın mahiyyəti heç bir hüquqa əsaslanmır.

Sadiq İsabəyli

“Tərəfsiz bir yanaşma sərgilənmir. Konkret olaraq görünür ki, bu, öz daxili auditoriyasına yönəlmiş bir bəyanatdır. İranın parlamentində 290 millət vəkili təmsil olunur. Bu bəyantaın verilməsinddə 150 millət vəkili iştirak edib. Bu, sadəcə bir bəyanat şəklində ortaya çıxıb və səsləndirilən iddiaların da nə qədər məntiqsiz olduğu da açıq şəkildə görünür. Deyək ki, orada rejimin tarixi iddiaları var və bu iddialara bir növ legitimlik qazandırmağa çalışır.

Eyni zamanda Güney Qafqazda bir mövqe sərgilənir və deməyə çalışırlar ki, “Güney Qafqazda mövcud olan dövlətlər və onların müstəqilliyi o qədər də mənim üçün əhəmiyyətli deyil”. Bu da o deməkdir ki, ümumiyyətlə fars molla rejimi mövcud olan dövlətləri bir tərəfdən hüquqi olaraq rəsmiyyətlə tanıyır, digər tərəfdən onların müstəqilliyinə, suverenliyinə hörmət etmir. Güney Qafqaza fars mərkəzli düşünən radikal, həm də fars şiəçiliyinə inanan qüvvələrin yuxarıdan aşağı baxışı kimi yozmaq olur. Bunun da konkret səbəbi var. İranda ciddi şəkildə çəkişmə var. Yəni insanların bir qismi və yaxud hətta parlamentin içindəki bir qisim Məsud Pezeşkianın apardığı qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması siyasətinə daha normal baxır. Bir sıra radikal qüvvələr vardır ki, aqressiv mövqedən çıxış edirlər və bu mövqelərini çalışırlar ki, həm də legitimləşdirsinlər. O, siyasi hakimiyyətin ideologiyası ilə dini rəhbərin mövqeyinə və onun üzərindən bütün siyasi məsələlərə də mövqelərini qoyurlar”-deyən Sadiq İsabəyli hesab edir ki, xüsusilə Zəngəzur məsələsi istiqamətində Azərbaycana təzyiq göstərilməsi ilə bağlı bu metoddan daha çox istifadə edirlər və onlar dəfələrlə Məsud Pezeşkianı dəfələrlə ittiham ediblər ki, “niyə gedən proseslərə dırnaqarası baxır, əhəmiyyətsiz baxır” və s.

Sadiq İsabəyli vurğulayıb ki, verilən bəyanatda bir iddia səsləndirilir ki, burada bölgədə bir geopolitik dəyişimə səbəb olacaq və bu, İranın milli təhlükəsizliyinə böyük bir təhdiddir, sadəcə olaraq əsaslandıra bilmirlər: “Hər dövlətin öz daxilində səlahiyyəti var ki, başqa dövlətlərlə işbirliyi aparsın, layihələr işləsin və icra etsin və bu qonşu hər hansı bir dövlətin təhlükəsizliyinə və yaxud o bölgədə geopolitik dəyişiməyə dəlalət eləmir”.

Siyasi şərhçi qeyd edib ki, əgər Azərbaycan ərazisindən Naxçıvana bir koridor çəkiləcəksə və bu yol açılacaqsa, bu proses fars molla rejiminin iddia etdiyi geopolitik dəyişimə məsələsi deyil.

“Əgər başqa bir şeyləri bəhanə gətirib bunun üzərində, cəmləşdirirlərsə o ayrı bir məsələ. Ümumiyyətlə, onlar Güney Qafqazda Azərbaycan dövlətinin söz sahibi olması və bir çox irimiqyaslı layihələrin icra etməsini, təşəbbüskar olmasını və digər region və qlobal dövlətlərlə əməkdaşlıq imkanlarının artırılmasını istəmirlər. Yəni əsas dərdləri budur. Buna görə də çalışırlar ki, müxtəlif formada təzyiq mexanizmlərindən istifadə etsinlər.

Dəfələrlə deyiblər ki, “Zəngəzur dəhlizi bizim qırmızı cizgimizdir. Biz bundan geri çəkilməyəcəyik, imkan verməyəcəyik. İranın milli təhlükəsizliyinə yönəlmiş bir təhdiddir və bu təhdidin böyüməsinə biz imkan verməyəcəyik” və s. bu iddiaları edirlər. Amma reallıq bu gün bundan ibarətdir ki, artıq bir sıra ciddi danışıqlar aparılıb. Zəngəzur koridoru artıq bir çox dövlətlər tərəfindən dəstəklənir. İcrası üçün bir çox layihələr üzərində düşünülür və işlər öz axarı ilə gedir. Sadəcə olaraq, bu rejim hələ də o inadkarlığından əl çəkmədiyini göstərmək üçün indi də bu faktlarla çıxış edir və demək istəyir ki, fars molla rejimi hələ də əvvəlki mövqeyində qalıb və heç də mövqeyini dəyişməyəcək”-deyən Sadiq İsabəyli bildirib ki, bəyanatda səslənən guya xarici dövlətlərin müdaxiləsi, onların iştirakı və bunun yolverilməz olması məsələsində daha çox Azərbaycana təhdid kimi görünür.

“Azərbaycanın Türkiyə və İsraillə ciddi münasibətlərin qurulması istiqamətində apardığı xarici siyasət fars molla rejimini narahat edir və bunlar bunu istəmirlər. Bunu istəmədikləri üçün də aqressiv mövqelərini göstərməyə çalışırlar. Amma həqiqət bundan ibarətdir ki, artıq İran Güney Qafqaz politikasında illərdir ki, sınaqdan keçirib və bütün sınaqlarda da uğursuz olub. İran heç vaxt tərəfsiz olmayıb. Ermənistanın tərəfini tutub, Azərbaycanın zəiflədilməsi üçün əlindən gələni edib. İndi durub iddia edəndə ki, biz burada sülhün, sabitliyin, dostluğun, nə bilim bu kimi məsələlərin tərəfdarıyıq. Bu da, heç də səmimi səslənmir və görünür ki, bu rejim konkret olaraq bəlli hədəflərlə bu kimi bəyanatları yenə də Azərbaycana yönəlik səsləndirir və eyni halda da bir güc nümayiş etdirmək istəyir ki, desin ki, bizim hələ də o gücümüz var ki, qonşu ölkələrin, özəlliklə Azərbaycanın apardığı xarici siyasətə müəyyən mənada təzyiq göstərə bilirik.

Digər tərəfdən o bəyanatın mahiyyətinə baxanda görürük ki, daha çox onların öz daxilindəki, daxili siyasətlərinə yönəlik bir yanaşma var. Azərbaycana qarşı Zəngəzur məsələlərinə qarşı media üzərindən apardıqları düşmənçilik təbliğatlarını və antiAzərbaycan fəaliyyətlərini genişləndirirlər. Bu genişləndirmədə təbii ki, onların müxtəlif hədəflər var”-deyən siyasi şərhçi qeyd edib ki, hədəflərdən biri də Güney Azərbaycan məsələsidir və onlar istəmirlər ki, Quzey Azərbaycanda gedən bu kimi böyük qlobal, layihələrə imza atma prosesi Güney Azərbaycana müsbət təsir etsin.

“Bu müsbət təsirlərin qarşısını almaq üçün həm də bu aqressivliyi göstərirlər. Digər tərəfdən bir növ təhdid məsələsini gündəmə gətirməklə bu rejimdən bezən farsları öz yanlarına bir növ çəkmək istəyirlər. Yəni demək istəyirlər ki, “biz sizin maraqlarınızı,İranın maraqlarını istənilən şəraitdə qorumağa qadirik və ona görə də bu rejim hələ də dəstəklənməlidir”-deyən Sadiq İsabəyli vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 03 Sentyabr 2025 21:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see299

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see235

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see231

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see216

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see213

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see205

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see195

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see194

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see194

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see171

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see158

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see151

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see144

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see143

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see141

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see139

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri