Azərbaycanın və Gürcüstanın milli teatrları arasında əməkdaşlığa dair memorandum imzalanıb
Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.
Fevralın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Gürcüstanın Şota Rustaveli adına Milli Teatrı arasında beynəlxalq əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov və Ş.Rustaveli adına Milli Teatrının direktoru Giorgi Tevzadze imzalayıblar.
İmzalanma mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın mədəniyyət naziri Tinatin Ruxadze çıxış edərək ölkələrimiz arasında əlaqələrin inkişafından danışıb, bu sənədin mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edəcəyini vurğulayıblar.
Çıxışlarda qeyd olunub ki, bu Memorandum təkcə iki ölkənin müvafiq teatrları arasında deyil, bütövlükdə ölkələrimiz arasında mədəni sahədə əlaqələrin inkişafında mühüm rol oynayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 23 Fevral 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















