“Azərbaycanın verdiyi texniki dəstək həyati əhəmiyyət kəsb edir” Ukraynanın Baş naziri
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Ukraynanın Baş naziri Yuliya Sviridenko yaxın günlərdə ölkənin enerji sisteminin bərpası üçün Azərbaycan, Slovakiya və Çexiyadan yeni yardım paketlərinin daxil olacağını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, hökumət başçısı bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.
Sviridenko bildirib ki, Azərbaycanın təqdim etdiyi növbəti humanitar dəstəyə generatorlar, transformatorlar, güc kabelləri və digər zəruri elektrik avadanlıqları daxildir:
“Kəskin şaxtalar və Rusiyanın davamlı raket zərbələri fonunda Azərbaycanın verdiyi texniki dəstək dağıdılmış infrastrukturun operativ bərpası və əhalinin istiliklə təmin olunması üçün həyati əhəmiyyət kəsb edir”.
Bundan əlavə, Sviridenko İrlandiyanın gələn həftə Ukraynanın Enerji Dəstəyi Fonduna 25 milyon avro vəsait köçürəcəyini, Slovakiya və Çexiyanın isə mühəndislik avadanlıqları ilə kömək edəcəyini qeyd edib:
“Beynəlxalq tərəfdaşlarımızın, xüsusilə də Azərbaycanın strateji yardımı sayəsində biz ən çətin sahələrdə işığı və istiliyi bərpa edə bilirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 20 Yanvar 2026 22:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















