Icma.az
close
up
RU
Azərbaycanın xarici siyasət xətti bundan sonra da olduğu kimi davam edəcək

Azərbaycanın xarici siyasət xətti bundan sonra da olduğu kimi davam edəcək

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Aprelin 9-da ADA Universitetində xarici ekspertlərin, alimlərin, analitiklərin iştirakı ilə keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev aktual məsələlərlə bağlı sualları cavablandırdı, mühüm mesajlar verdi. Dövlət başçısı dünya gündəminin əsas məsələlərinə Azərbaycanın baxışını, münasibətini açıqladı.

Politoloq Zaur Məmmədov "525-ci qəzet"ə müsahibəsində forumda səsləndirilən əsas tezislərlə bağlı fikirlərini bölüşüb:

- Dövlət başçısı hər zaman olduğu kimi, dünyada baş verən proseslər, ayrı-ayrı aktorların Azərbaycana münasibəti ilə bağlı öz fikirlərini açıq və səmimi şəkildə qeyd etdi. Bir sıra məsələlər var ki, onlar xüsusi maraq doğurur. Bunlar bölgə ətrafında baş verən proseslər, bəzi ölkələrin Azərbaycana olan münasibəti ilə bağlıdır. Ümumilikdə biz belə nəticəyə gələ bilərik ki, müəyyən məsələlər, bölgə ətrafında cərəyan edən bir sıra çağırışlar var ki, onlar Azərbaycanı narahat edir. Amma bütün bunlara rəğmən, Azərbaycanın götürdüyü xarici siyasət xətti bundan sonra da olduğu kimi davam edəcəkdir.

Biz, qarşılıqlı maraqlar əsasında bu və ya digər beynəlxalq aktorlarla, ölkələrlə əməkdaşlığımızı davam etdirməkdəyik. Əgər Azrbaycanın xarici siyasəti haqqında ümumi danışsaq, bu, beynəlxalq münasibətlərin neorealist nəzəriyyəsinə uyğun olaraq milli maraqlar və qüvvələr balansına istiqamətlənib. Ümumiyyətlə, Prezident İlham Əliyevin apardığı xarici siyasət onun nəzəriyyə və təcrübəni çox yaxşı həyata keçirdiyini göstərir. Qonşu ölkələrdən fərqli olaraq real siyasətin real nəticələrini də görməkdəyik. Azərbaycan artıq dünyada sayılan-seçilən və xüsusi statusa malik olan ölkələrdən biridir. Əgər 44 günlük müharibəyə qədər Azərbaycan xarici siyasətinin prioriteti, əsas hədəfi Prezidentin də qeyd etdiyi kimi, Qarabağı işğaldan azad etmək, Ermənistanla məsələləri həll etmək idisə, 2020-ci ildən sonrakı hadisələr bizim xarici siyasət arealımızın daha da genişlənməsinə şərait yaratdı. Nəticə etibarilə Azərbaycan bu gün artıq bir çox qitələrdə böyük işlər görməklə məşğuldur, o cümlədən Asiya və Afrika ölkələri və xalqları üçün həm siyasi, həm də iqtisadi dividendlər verən bir aktora çevrilmişik. Bu kontekstdə Cənubi Afrikadan olan alimin sualına cavabda da cənab Prezident tamamilə haqlı olaraq qeyd etdi ki, artıq Afrika qitəsində də Azərbaycan müxtəlif investisiyalar təklif edir, eyni zamanda müəyyən layihələrin həyata keçirilməsində kömək göstərməyi də hədəfləyir.

Azərbaycan həm COVİD-19 zamanı, həm də ondan sonrakı dövrlərdə ehtiyacı olan cəmiyyətlər və xalqlar üçün həm də maliyyə yardımı edən ölkədir. Biz bunun da nəticəsini bu və ya digər şəkildə həmin o dövlətlərin beynəlxalq təşkilatlarda Azərbaycan üçün prinsipial məsələlərdə göstərdikləri mövqedə, mütəmadi olaraq Azərbaycan Prezidentinə onlara göstərilən dəstəyə görə minnətdarlıqlarında da görmüş oluruq.

- Forumda səsləndirilən maraqlı məsələlərdən biri də İsrail və Türkiyə arasında barışığın Azərbaycanın vasitəçiliyi ilə əldə edilməsi ilə bağlı oldu. Bu həm də ilk dəfə rəsmi şəkildə açıqlandı. Sizcə, bunu ölkəmizin beynəlxalq münasibətlər sistemində vacib rola malik olması kimi şərh etmək olar?

- İsrail-Türkiyə məsələsi çox həssas mövzudur və əlbəttə ki, bu və ya digər şəkildə Azərbaycanı da maraqlandırır. Bu məsələdə Azərbaycan Prezidenti xarici siyasətimizdə olan bir çox vacib elementi açdı. Dövlət başçısı bildirdi ki, bir çox məsələlər var ki, Azərbaycan onu qapılar arxasında edir, amma ictimailəşdirmir. Çünki bunun üçün həmin ölkələrin özünün izni olmalıdır. Bu cür məsələlərdən biri də vaxtilə Azərbaycanın İsrail və Türkiyə arasında münasibətlərin korlanmasından sonra apardığı siyasətin nəticəsində onlar arasında yaxınlaşmadır. Bu vasitəçilik Türkiyə ilə İsrail arasında münasibətlərin yenidən durulmasına gətirib çıxardı. Bu gün də İsrail və Türkiyənin Yaxın Şərqdəki hadisələr fonunda münasibətlərində bir gərginlik var. Heç də istisna deyil ki, bu gün də Azərbaycan səy göstərir ki, bizə qardaş olan Türkiyə və çox vacib tərəfdaşımız olan İsrail arasında münasibətlər əvvəlki kimi yaxşı olsun və inkişaf mərhələsinə qədəm qoysun.

Azərbaycan Prezidenti çıxışının digər hissəsində suala cavab olaraq Ukayna və Rusiya arasında baş verənlərə toxundu və bir daha təsdiqlədi ki, Azərbaycan üçün ərazi bütövlüyü məsələsi prioritetdir. Eyni zamanda, Ukrayna hadisələrinə toxunaraq bildirdi ki, orda ciddi şəkildə ziddiyyətlər var və bu ziddiyyətlərin aradan qaldırılması heç də yaxın vaxtlarda proqnozlaşdırılmır. Ümumilikdə bir diplomat kimi bu məsələyə yanaşaraq, beynəlxalq münasibətlərin prinsiplərini ortaya qoyaraq, əslində beynəlxalq ictimaiyyəti necə seçim etmək dilemması qarşısında qoymuş oldu.

- Prezident ABŞ-Azərbaycan münasibətlərinə də toxundu. Bu barədə fikirləriniz nədən ibarətdir?

- Bəli, dövlət başçısı ABŞ-Azərbaycan münasibətləri ilə bağlı sualın cavabında Bayden-Blinken administrasiyasının apardığı siyasəti ifşa etdi. Bu administrasiya bəlkə də iki ölkə arasında olan münasibətlərdə ən ziyanverici olub və bu, 2020-ci ildən sonra münasibətlərimizin bütün istiqamətlərində əks olundu. Ermənistanla Azərbaycan arasında davam etməkdə olan sülh danışıqları ilə bağlı Blinkenə müəyyən ümidlərin olmasına baxmayaraq, çox təəssüflər olsun ki, Bayden-Blinken komandasının rəhbərliyi dövründə ABŞ Ermənistana münasibətdə birtərəfli mövqe tutdu, getdikcə bu münasibəti daha da gücləndirdi və nəticədə danışıqlarda tərəfsizlik prinsipini itirmiş oldu. Bayden-Blinken administrasiyası tərəfindən təkcə Qarabağ erməniləri, Ermənistanla bağlı deyil, eyni zamanda, digər istiqamətlərdə də Azərbaycana qarşı təzyiqlər var idi. Bu, onlara yaxınlığı ilə seçilən və Trampın da ifşa etdiyi media resursları, eyni zamanda USAID tərəfindən həyata keçirilirdi. Bu gün Azərbaycan hökumətinə artıq tapşırıq verilib ki, USAID-in ölkəmizlə bağlı qərəzini ifşa etsin və bu hesabat həm də ABŞ Prezidenti Donald Trampa göndəriləcək, hansı ki, bu gün doğrudan da Dövlət Departamentinin qolu sayılan USAID-ə qarşı mübarizə aparır.

- Azərbaycanın enerji siyasəti beynəlxalq müstəvidə böyük maraq kəsb edir. Hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminində vacib rol oynayır və ixrac arealını genişləndirir. Forumda həm də bu mövzu diqqətdə oldu...

- Əlbəttə, forumda həmişəki kimi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən və resurslarından sayılan enerji siyasətindən bəhs edildi. Tamamilə açıq şəkildə qeyd edildi ki, 2021-ci ildə Azərbaycan Avropaya 8 milyard kubmetr qaz nəql edirdisə, bu gün artıq həmin rəqəm 13 milyard kubmetrdir, bu isə kifayət qədər ciddi artımdır. Ancaq Avropa İttifaqı əgər bu rəqəmlərin daha da artmasını istəyirsə, o zaman həm də bunun maliyyə tərəfləri və investisiyalar haqqında düşünməlidir. Azərbaycanın Avropanın şərq hissəsində həm ənənəvi, həm də yaşıl enerji ilə bağlı ixrac arealını genişləndirməsindən də dövlət başçısı söz açdı. Yeri gəlmişkən, bir də sevindirici, həm də müsbət məqamlardan biri ondan ibarətdir ki, söhbət təkcə təbii qazın nəqlindən getmir, hətta bəzi ölkələrdə onların qaz təchizatını, qaz infrastrukturunu genişləndiririk. Necə ki, vaxtilə Azərbaycan bunu Gürcüstanda etmişdi, bu gün Albaniyanın qazlaşdırıması istiqamətində işlər Azərbaycan tərəfindən aparılır. Bolqarıstanda bəzi yerlərin qazlaşdırılması istiqamətində ölkəmiz işlər aparır. Hətta bəzi ölkələrin ümumi qaz idxalında Azərbaycanın payı 50 faizi ötür. Məsələn, Bolqarıstan kimi ölkələrin timsalında. Bu, əlbəttə ki, bizim Şərqi Avropa ölkələri ilə ikitrəfli əməkdaşlığımızı gücləndirən amillərdən biridir.

Onu da vurğulayım ki, dövlət başçısı forumda türk dövlətləri, türk xalqları ilə bağlı danışdı və tamamilə açıq şəkildə qeyd etdi ki, Türk Dövlətləri Təşkilatı Azərbaycan üçün prioritetdir, bizi bir çox amillər bağlayır, yaxşı olardı ki, indiki fürsətdən istifadə edərək bu inteqrasiya meylləri daha da güclənsin.

- Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı da forumda rəsmi Bakının mövqeyi bir daha açıqlandı. Sizcə, İrəvan öz mövqeyində dəyişiklik edəcək?

- Əlbəttə ki, hər kəsin maraqla izlədiyi istiqamətlərdən biri məhz Ermənistan-Azərbaycan sülh prosesi və ikitərəfli münasibətlərin gələcəyi ilə bağlı idi. Burada da cənab Prezident bir daha Azərbaycanın sərhədlərinin nədən ibarət olduğunu dünya ictimaiyyətinin diqqətinə çatdırdı və Ermənistana da birbaşa mesaj yollayaraq onları tez bir zamanda həmin tələbləri yerinə yetirməyə və sülh müqabiləsini imzalamağa çağırdı. Bu da xüsusi maraq doğurur. Çünki biz bilirik ki, martın 13-də Azərbaycan və Ermənistan tərəfi bəyan etdilər ki, sülh müqaviləsinin bütün 17 bəndini razılaşdırıblar. Elə ondan bir neçə gün sonra, martın 16-dan başlayaraq Ermənistan bu günə qədər mütəmadi olaraq Azərbaycan Ordusu istiqamətində atəş açır. Bu o deməkdir ki, daxildəki və xaricdəki bəzi qüvvələr iki tərəf arasında münasibətlərdə yeni mərhələnin başlanmasını istəmirlər. Amma əgər təxribat Ermənistanın daxilindən, ordusu tərəfindən edilirsə, bu təxribatın arxasında kimin olmasından asılı olmayaraq bütün məsuliyyət və bütün yük məhz Nikol Paşinyanın üzərinə düşür. Elə təsadüfi deyil ki, revanşizmi bu gün Ermənistan müxalifətində deyil, iqtidarın özündə də sezmiş oluruq, sadəcə olaraq iqtidar bunu daha mədəni revanşizm formasında edir. Onların Zəngəzuru hərbi texnika ilə doldurmaları, bölgəni hərbləşdirmələri, Azərbaycana qarşı ən müasir və öldürücü silahlarla silahlanmaları, məhz ondan xəbər verir ki, bu vəziyyət hətta günü sabah iki tərəf arasında ziddiyyətlərin ən radikal formaya qədər davam etməsinə gətirib çıxara bilər. Hər bir halda Azərbaycan sülhə hazırdır, ölkəmiz inkişaf mərhələsini davam etdirir, əgər təxribatlar olarsa, buna qarşı adekvat addımlar atılacaqdır. Əgər Ermənistan tələbləri yerinə yetirəcəksə, Azərbaycan da adekvat addımlar atacaq və siyasi münasibətlərdə yeni mərhələnin əsası qoyulacaqdır. Ona görə də belə məsələlərdə top Ermənistanın üzərinə düşür.

Pərvanə SULTANOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Aprel 2025 11:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see337

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see143

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see137

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see135

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see129

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see128

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see128

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see127

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see126

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see121

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see120

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see116

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see114

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri