Icma.az
close
up
RU
Azərbaycanla Macarıstan arasında diplomatik münasibətlər müasir beynəlxalq əməkdaşlığın uğurlu nümunələrindən biridir ŞƏRH

Azərbaycanla Macarıstan arasında diplomatik münasibətlər müasir beynəlxalq əməkdaşlığın uğurlu nümunələrindən biridir ŞƏRH

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 22 may, AZƏRTAC

Azərbaycanla Macarıstan arasında diplomatik münasibətlər müasir beynəlxalq əməkdaşlığın uğurlu nümunələrindən biridir. Rəsmi Bakı və Budapeşt arasındakı tərəfdaşlıq təkcə siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadi, humanitar, mədəni və enerji sahələrində qarşılıqlı faydalı əsaslarla zənginləşməkdədir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.

O bildirib ki, diplomatik münasibətlərin qurulduğu 1992-ci ildən bu günə qədər Azərbaycan və Macarıstan əlaqələri ardıcıl olaraq inkişaf edib, strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki ölkə dəyişən dünya nizamının yaratdığı geosiyasi reallıqlara uyğun olaraq Avrasiya regionunda sabitlik və tərəqqi naminə çoxtəbəqəli siyasi mühit formalaşdırır. Təbii ki, ikitərəfli əlaqələrin dərinləşməsində liderlər səviyyəsində qarşılıqlı etimad mühüm rol oynayır.

“Prezident İlham Əliyevin Macarıstan Respublikasına rəsmi səfəri və Baş nazir Viktor Orbanla isti və səmimi münasibəti dövlətlərarası dialoqun dinamik və konstruktiv ruhda inkişaf etməsinə zəmin yaradıb. Məhz bu səbəbdən rəsmi Budapeşt Avropa İttifaqı kontekstində bir çox hallarda ölkəmiz əleyhinə irəli sürülən qərəzli və qeyri-obyektiv qərarlara qarşı çıxaraq haqlı mövqeyimizi müdafiə edib.

Bununla yanaşı, Macarıstan Azərbaycanın təşəbbüsü ilə reallaşan Cənub Qaz Dəhlizinin əhəmiyyətini hər zaman vurğulayır və bu əməkdaşlığı özünün enerji strategiyasının əsas komponentlərindən biri hesab edir. Eyni zamanda, Azərbaycan qazının Macarıstana ixracına başlanılması və Azərbaycanın, Macarıstanın, Rumıniyanın, Gürcüstanın iştirakı ilə “yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması münasibətlərin praktiki nəticələrini nümayiş etdirir.

Nəticə etibarilə, Azərbaycan və Macarıstan arasında formalaşan diplomatik münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq siyasi-iqtisadi maraqlara əsaslanaraq uğurla inkişaf edir, regionda sülhün və sabitliyin bərqərar olmasına öz müsbət töhfəsini verir",- deyə G. Ağamalı vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see157

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see150

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see131

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see129

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri