Icma.az
close
up
RU
Azərbaycanla münasibətlərin sahmana salınması İran üçün vacibdir Kaspi nin ŞƏRHİ

Azərbaycanla münasibətlərin sahmana salınması İran üçün vacibdir Kaspi nin ŞƏRHİ

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident Məsud Pezeşkianın oğlu Yusif Pezeşkianın Azərbaycanla münasibətlərə dair kifayət qədər cəsarətli çıxışı İran cəmiyyətindəki ab-havanın carçısıdır. Oğlu kimi prezidentin özü də Azərbaycanla münasibətlərə dair reallıqla ayaqlaşan, konyunktura zidd bəyanatlar verməkdədir.

İsrail-İran hərbi münaqişəsindən sonra rəsmi Tehranın xarici siyasət ritorikasındakı dəyişikliklər hiss edilməyə başladı. İran rəsmiləri əvvəlkindən fərqli olaraq, açıqlamalarında aqressivlik tonunu xeyli yumşaltmağa məcbur olublar. Çünki nə təzyiq rıçaqları əvvəlki kimidir, nə diplomatik alətlər, nə də hərbi resurslar. 12 günlük müharibədən sonra həm siyasi quruluşun, həm də cəmiyyətdəki münasibətlər sisteminin dəyişilməsinə ciddi ehtiyacın duyulmasına dair bəyanatların, hətta klerikal rejimin ən mühafizəkar təmsilçiləri tərəfindən də səsləndirilməsi onu göstərir ki, İran ciddi islahatlar astanasındadır.

Oxu.Az bununla bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir.

İslahatçılar, yoxsa mühafizəkarlar?

Hadisələrin İran dövlətçiliyi üçün hansı ssenari ilə cərəyan edəcəyini zaman göstərəcək. Ancaq indidən aşkar şəkildə görünür ki, Tehrandakı idarəçilər mühafizəkar və islahatçı cəbhələrə bölünüblər. İran yaxın gələcəkdə ikincilərin təklif etdikləri hərtərəfli liberallaşma yolu ilə də gedə bilər, mühafizəkarların təzyiqləri ilə dəyişikliklərsiz də keçinər. Ancaq nə vaxtadək?

İranın daxilində təhlükəsizliklə bağlı ciddi boşluqlar var. Ağır sosial-iqtisadi durumu da əlavə etsək, ölkədə dərin və hərtərəfli islahatların həyata keçirilməsi üçün zəminin yetişdiyini deyə bilərik. Real dəyişikliklərə start verilməsi mövcud narazılıqları müvəqqəti olaraq neytrallaşdıra bilər. Yox, əgər Tehranda mühafizəkarların xətti üstün olarsa, gedişat, hətta qiyam və sistem dəyişikliyi uğrunda mübarizəyə də yol açar.

Xarici siyasətin iflası

İsraillə müharibə göstərdi ki, İranın, hətta müsəlman aləmində də lazımi nüfuzu yoxdur. Digərlərinə yuxarıdan aşağı baxma, təhdid ritorikasına üstünlük ölkənin real təcridinə səbəb olub. Bunu ən çox hiss edən dövlətlərdən biri də elə Azərbaycandır. Bu baxımdan, əgər söhbət islahatlardan gedirsə, bu prosesin mütləq xarici siyasəti də əhatə etməsi başlıca şərtdir.

İran qonşularına qarşı, xüsusilə Azərbaycanla münasibətlərdə təhdidedici, eqoist tərzi ilə nəyə sahib oldu? İran əhalisini çox sayda sosial, iqtisadi, siyasi problemlə yanaşı, məhz bu sual da maraqlandırır.

Bunun aşkar əlamətləri artıq özünü büruzə verir. Özü də aşağılarda deyil, hakimiyyətin ən üst qatında. Prezident Məsud Pezeşkianın oğlu Yusif Pezeşkianın Azərbaycanla münasibətlərə dair kifayət qədər cəsarətli çıxışı İran cəmiyyətindəki ab-havanın carçısıdır: "Bəziləri mütəmadi olaraq "Azərbaycan müharibədə İsrailə yardım edirdi" ifadəsini işlədir. Bu cür iddia irəli sürməzdən əvvəl bu açıqlamaları təsdiq edən sənəd və sübutları araşdırmaq lazımdır. Kəşfiyyat və təhlükəsizlik xidməti bu barədə məlumat veribmi? Azərbaycanda yaşayan iranlılardan hər hansı məlumat təqdim edilibmi? Azərbaycanın İranla müharibədə İsraili dəstəklədiyinə dair hansı sübutlar var? Təhlükəsizlik orqanları bunu təsdiq etməyiblər. Növbəti mərhələdə bu açıqlamanın ölkəmizə nə gətirəcəyini aydınlaşdırmaq lazımdır. Azərbaycanla münasibətlərimizin gərgin olmasını istəyirikmi?"

Azərbaycanla münasibətlərdə yeni səhifə açılacaqmı?

Bu yanaşmanın, hətta İranın prezidentinin ailəsində hakim olması onu göstərir ki, eyni məzmunlu sual daha geniş kütlələri - sıravi vətəndaşları da maraqlandırır. Azərbaycanın İran üçün sıradan bir qonşu olmaması məsələni daha da ciddiləşdirir. Ölkə əhalisinin böyük bir qismi azərbaycanlılardan ibarətdir. İranın siyasi, ictimai, iqtisadi, mədəni həyatının ən müxtəlif sferalarında təmsil olunan soydaşlarımızın sual vermək və cavab tələb etmək haqları var. Bu gün İranın prezidentinin azərbaycanlı olmasının özü kifayət qədər ciddi və qabarıq göstəricidir. Ən azı bu amil onu ehtimal etməyə əsas verir ki, İran dəyişmək qərarına gələrsə, atılacaq ilk addımlarından biri Azərbaycanla münasibətlərə yenidən baxılması olmalıdır.

Rəsmi Tehranın xarici siyasətinin Azərbaycan istiqamətində hələ İsraillə müharibədən öncə dəyişikliyin hiss edilmədiyini iddia etmək müəyyən mənada haqsızlıq olardı. Bu reallıq təbii ki, ilk növbədə Prezident Məsud Pezeşkianın şəxsiyyəti ilə bağlıdır. Dövlət başçısı Azərbaycan türküdür və onun eyni xalqa, adət-ənənələrə malik olduğu bir dövlətə qarşı son illərdə nümayiş etdirilən haqsız yanaşmaya biganə qalma ehtimalı yox idi. Əslində, bu, onun tək şəxsi vizyonu da deyil, ictimai sifarişdir.

Oğlu kimi Pezeşkianın özü də...

Pezeşkianın oğlunun kifayət qədər aktual bir məsələyə belə qəlbən və səmimiyyətlə toxunması prezident ailəsində hakim olan ab-havanın bariz göstəricisidir. Oğlu kimi Pezeşkianın özü də Azərbaycanla münasibətlərə dair konyunktura zidd bəyanatlar verməkdədir. Onun xüsusilə Bakıya və Xankəndiyə səfərlərdən sonra Azərbaycanla münasibətlərə yenidən baxılmasına dair qorxmaz çağırışlarının tarixi əhəmiyyəti var. Məsələn, müharibə günlərində guya Azərbaycanın İsrailə "kömək etməsi" barədə feyk məlumatları İranda ilk təkzib edən elə Prezident Pezeşkian olub. Onun İranın təhlükəsizlik orqanlarının bu məlumatları təsdiqləmədiyini deməsi, bu mövzuda aparılan qızışdırıcı polemikanın kökündən kəsilməsinə yol açdı.

Dəyişiklik mövcudluq məsələsi və sosial sifarişdir

Baş verənlər göstərir ki, gələcəkdə İranda köklü dəyişikliklər qaçılmazdır. İrandakı ictimai-siyasi münasibətlər islah olunmalıdır və köhnəlmiş, insan hüquqları və texnoloji tərəqqi səbəbindən aktuallığını itirmiş dəyərlər sistemi aradan qaldırılmalıdır. Çünki bu sistem daxildəki müqavimət qarşısında aciz qaldıqca, xaricdəkilərlə münasibətlərdə daha da aqressivləşir.

Dəyişiklik tələbi bugünkü İranın mövcudluq məsələsi və sosial sifarişdir. Bu tələb artdıqca mühafizəkar-islahatçı bölgüsü daha da dərinləşəcək. Bu fikir ayrılığı indi tək sırf siyasi dəhlizlərin reallığı deyil, İranın sadə kütlələri də durumun fərqindədir. İran tarixi çox siyasi təlatümlər görüb, odur ki, vaxtında qəbul edilməmiş qərar baha başa gələ bilər. Bu kontekstdə Azərbaycanla münasibətlərin sahmana salınması əlahiddə vacib çağırışdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Avqust 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri