Icma.az
close
up
RU
Azərbaycanla yanaşı digər xarici aviaşirkətlər də Rusiyaya uçuşları təxirə salır

Azərbaycanla yanaşı digər xarici aviaşirkətlər də Rusiyaya uçuşları təxirə salır

Reyting.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bu gün Rusiyanın bir neçə hava limanı “Xalça” planını tətbiq edərək fəaliyyətini müvəqqəti dayandırıb. Bundan əlavə, Qazaxıstanda baş verən “Embraer” qəzasından sonra xarici aviaşirkətlər Rusiyaya reyslərini ləğv edir.
Reyting.az
xəbər verir ki, bu barədə Rusiyanın “Baza” Teleqram kanalı məlumat yayıb.
Soçi, Kazan, Həştərxan və Volqoqrad hava limanlarında işlərin dayandırıldığı bildirilir. Məlumata görə, Federal Hava Nəqliyyatı Agentliyi məhdudiyyətlərin “mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün” olduğunu bəyan edib.
Yerli Telegram kanalları “Xalça” planının pilotsuz təyyarələrin hücumu təhlükəsi səbəbindən tətbiq edildiyini yazıb.
Bundan əlavə, Qazaxıstanda baş verən “Embraer” qəzasından sonra iki xarici aviaşirkət Rusiya Federasiyasına uçuşları ləğv edib.
Rusiyanın digər Telegram kanalı Qazaxıstanın “QAZAQ AIR” aviaşirkətinin Astana-Yekaterinburq marşrutu üzrə uçuşları dayandırdığını paylaşıb. Şirkət qeyd edib ki, bu qərar təhlükəsizliyi təmin etmək üçün verilib. “RosSMI” bu marşrut üzrə uçuşların 2025-ci il dekabrın 28-dən yanvarın 27-dək ləğv edildiyini vurğulayıb.
“Uçuşların dayandırılması Rusiyaya uçuşların risklərinin davamlı qiymətləndirilməsinin nəticələrinə əsasən sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə həyata keçirilib”, - “QAZAQ AIR”-in press-relizində deyilir.
Maraqlıdır ki, Omsk və Novosibirskə uçuşlar hələ də aviaşirkətin cədvəlindədir. Sərnişinlərə ləğv edilmiş reyslərə görə pulun qaytarılacağı vəd olunub.
İsrailin “El Al” aviaşirkəti də Təl-Əvivdən Moskvaya uçuşları dayandırdığını açıqlayıb. Şirkətin mətbuat xidməti qərarın bir həftə qüvvədə qalacağını bildirib. Bundan sonra ekspertlər vəziyyəti qiymətləndirəcək və uçuşları bərpa etməyin təhlükəsiz olub-olmadığına qərar verəcəklər.
Qeyd edək ki, bu gün Bakıdan Minvodıya uçan “Azərbaycan Hava Yolları”na məxsus təyyarə dron hücumu təhlükəsi səbəbindən geri qayıdıb.
Onu da xatırladaq ki, dekabrın 25-də Azərbaycanın AZAL aviaşirkətinə məxsus “Embraer 190” sərnişin təyyarəsi Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayıb. Bakı-Qroznı reysinin ekipajı ilə Qroznıdakı dispetçer arasında danışıqların stenoqramında təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu göstərilir.
Bundan əlavə, “Röyter” agentliyi xəbər verib ki, Azərbaycan Rusiya Federasiyasının təyyarəni vurduğunu etiraf etməsini gözləyir. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, təyyarə Rusiyanın hava hücumundan müdafiəsi tərəfindən vurulub.

E. KAMAL

Ana səhifəyə dön


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://reyting.az
archiveBu xəbər 27 Dekabr 2024 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri