Rus təyyarələri Ukraynanın bu gəmisini axtarır
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya Ukraynanın “Merkuri” sinifli korvetə hücumda iştirak etdiyi ehtimal olunan pilotsuz dəniz aparatlarının daşıyıcı gəmisini tapmaq üçün İl-38 dəniz patrul təyyarəsini işə cəlb etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə Fransanın “İntelligence Online” nəşri məlumat yayıb.
ABŞ-ın “Tvz” nəşri yazıb ki, uzun müddətdir Ukrayna xüsusilə Qara dənizdə, pilotsuz dəniz katerlərini işə salmaq üçün xüsusi daşıyıcı gəmilərdən istifadə edir.
Nəşrin analitikləri bildirirlər ki, Liviyanın Benqazi limanına edilən hücumlarla bağlı məlumatlar yayılan kimi, zərbələrin bir çox media orqanının iddia etdiyi kimi sahildən deyil, məhz gəmidən endirilmiş ola biləcəyini ehtimal ediblər.
“Ukraynanın öz ərazisindən Benqaziyə pilotsuz dəniz katerləri göndərməsi demək olar ki, mümkün deyil. Belə ki, Liviya limanı Ukraynanın bu aparatları suya buraxa biləcəyi ən yaxın nöqtədən təxminən 2100 kilometr məsafədə yerləşir.
Dəniz dronları hücum nöqtəsinə xeyli yaxın məsafədən buraxılıb. Ehtimal olunan variantlar arasında xüsusi daşıyıcı gəmidən istifadə, Liviyanın qərbindəki ərazilərdən buraxılış və ya hər iki üsulun birgə tətbiqi var. Liviya hakimiyyətinin iddialarına görə, Ukrayna uzun illərdir ölkənin qərbində fəaliyyət göstərir.
Dəniz dronlarının Albaniyadan göndərildiyi barədə də iddialar səsləndirilib. Lakin bu ölkənin hakimiyyəti məlumatı dərhal təkzib edib. Daşıyıcı gəmi versiyası ən inandırıcı ehtimaldır”, - nəşr vurğulayıb.
Qeyd edək ki, noyabrın 22-də Liviyanın Benqazi limanında Rusiya hərbi gəmisi dronların hücumuna məruz qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 29 Noyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















