“Kəpəz”də ciddi itki əsas futbolçu “Şamaxı” ilə oyunu buraxacaq
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Kəpəz" klubu ciddi itki ilə üzləşib. Sport24.az-ın məlumatına görə, Gəncə təmsilçisi Misli Premyer Liqasının XIV turunda Mahamadu Banın xidmətindən yararlana bilməyəcək.
Buna səbəb malili futbolçunun "Turan Tovuz"a 1:2 hesabı ilə məğlub olduqları XIII turun matçında sarı vərəqə almasıdır.
Beləliklə, o, cari mövsümdə Premyer Liqada dördüncü dəfə sarı vərəqə ilə cəzalandırılıb və növbəti oyunu buraxmalı olacaq.
Qeyd edək ki, "Kəpəz" dekabrın 6-da XIV tur çərçivəsində "Şamaxı"nın qonağı olacaq.
Baxış sayı:105
Bu xəbər 29 Noyabr 2026 10:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















