Icma.az
close
up
RU
Menu

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

Mingəçevirli 10 yaşlı şahmatçı Avropa çempionatında gümüş medal qazandı

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Bu rayona yeni polis rəisi təyin edildi

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Liqa 1: Marsel darmadağına sevindi

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

Azərbaycanlı deputata həqarət: Kremlin müəyyən dairələrində rasizm, diskriminasiya halları artır

Azərbaycanlı deputata həqarət: Kremlin müəyyən dairələrində rasizm, diskriminasiya halları artır

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya ilə Azərbaycan arasında münasibətlər dostluq və strateji müttəfiqlik üzərində qurulub və bu xətt davam etməkdədir. Elə dünən Rusiya Prezidentinin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktub bunu bir daha təsdiq edib.

"Əminəm ki, Azərbaycanla Rusiya arasında bərkiyən şanlı dostluq və qarşılıqlı kömək ənənələri gələcəkdə də Rusiya ilə Azərbaycan arasında dostluq, müttəfiqlik münasibətlərinin inkişafı üçün etibarlı zəmin olacaq", - deyə Rusiya lideri Vladimir Putin bildirib.

Dünən həm də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycana səfər edib, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən qəbul edilib. Görüşdə pravoslav icmasına Azərbaycanda göstərilən qayğı və s. barədə danışılıb. "Əgər Rusiya-Azərbaycan münasibətlərindən danışırıqsa, mənə elə gəlir ki, indi hər şey çox yaxşı inkişaf edir. Tanrı qismət eləsin ki, bu, belə də davam etsin", - Kirill bəyan edib.

Və ardınca nə baş verir?

V.Putinin və patriarxın qeyd olunan fikirlərinin ardınca isə Rusiya Azərbaycana qarşı həqarətli addım atılır. Sanki Kremldə müəyyən qüvvələr, dairələr iki ölkə arasında münasibətlərdə soyuqluq yaratmaq, bir növ yeni gərginlik səhifəsi açmağa çalışırlar. Məsələ ondadır ki, Rusiya tərəfinin dəvəti ilə Azərbaycan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün qonşu ölkəyə səfər edib.

Lakin heyətinin tərkibinə daxil olan Milli Məclisin deputatı Azər Badamov Moskvada hava limanında saxlanılıb və ona Həştərxan reysinə minməyə icazə verilməyib. Ona rəsmən bildirilib ki, Rusiya ərazisinə girişinə qadağa qoyulub. Bu zaman hətta adi etiket qaydaları kobudcasına pozulub. Adətən sivil ölkələrdə bu cür addımlar atıldıqda hansısa bir səbəb göstərilir. Lakin Azər Badamova hər hansı bir səbəb göstərməkdən boyun qaçırılıb. Bəs ona qarşı bu cür addım atılmasının səbəb nədir? Çox güman ki, bu, onun deputat fəaliyyəti ilə bağlıdır.

Yeri gəlmişkən, artıq Azərbaycan XİN dərhal məsələ ilə bağlı bəyanat yayıb: "Nümayəndə heyəti Bakıdan Moskvaya uçmasına baxmayaraq, Rusiya tərəfi hər hansı bir ilkin xəbərdarlıq və ya məlumat vermədən heyətin tərkibində olan millət vəkili Azər Badamovu Moskvada hava limanında saxlayaraq, onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O, bir müddət Moskva hava limanında gözlədildikdən sonra, ölkəmizə geri qaytarılıb". Əlavə edilib ki, məsələ ilə əlaqədar, dərhal Rusiyadakı səfirliyimiz vasitəsilə Rusiya XİN-i ilə əlaqə saxlanılıb, Rusiya XİN-in rəsmisi məsələnin araşdırılacağını bildirərək, bu qərarın səbəbləri barədə izahat verməyib. "Rusiya tərəfinin verdiyi bu qərarı qeyri-dost addım hesab edir, məsələ ilə əlaqədar Rusiya tərəfindən tutarlı izahat veriləcəyini gözləyirik", - XİN-dən bildirilib.

Özü də Azər Badamova qarşı addım faşizm üzərində qələbənin 80-ci ildönümü ərəfəsində atılır və buna da diqqət yetirilməlidir. Deputata qarşı addımları atanlar unudur ki, Azərbaycanın qərarları sərt ola bilər. Yəni, deputat Azərbaycan dövlətini təmsil edir və ona qarşı belə tərbiyəsizlik, diskriminasiya dövlətə qarşı addım kimi qiymətləndirilə bilər.

Ehtimal ki, Azər Badamova qarşı yol verilən addım onun rusiyalı həmkarı Nikolay Valuyevin azərbaycanlılara qarşı söylədiyi həqarət dolu fikirlərə cavab verməsi olub. A.Badamov azərbaycanlıları təhqir edən "Vahid Rusiya" partiyasından olan deputat Nikolay Valuyev azərbaycanlıları "şobla" (banda) adlandırmasına sərt reaksiya verib:

"Bu təyin ilk növbədə, Valuyevin özünü xarakterizə edir. Üstəlik, "banda"nın orta nümayəndəsini bədii şəkildə təsvir etməyə çalışsaq, Nikolay Valuevin portreti bunun üçün ən uyğun olardı. Bu məxluqun antropoloji tipinə baxmaq kifayətdir ki, o, təkamülün çıxılmaz qolunun nadir eksponatıdır, inkişafında Neandertal və Homo sapiens arasında bir yerdə ilişib qalıb. Valuyev kimi şəxslərin Dövlət Dumasının deputatı vəzifəsinə təyin edilməsi parlamentarizm prinsipinə təhqirdir".

Bəli, əminliklə demək olar ki, üzdəniraq Azərbaycanofob deputata cavaba görə deputatımıza qarşı həqarətə yol verilib. Deputatımız da bir vətəndaş və millət vəkili olaraq təhqirə cavab verməli idi və verib də. İndi də Rusiya tərəfi Valuyevin bəyanatına qarşı adekvat cavab verən deputatı bu formada cəzalandırmaq istəyib. Bəyanat verildikdən sonra da qarşı tərəfdən hər hansı bir reaksiya daxil olmayıb.

Azər Badamova qarşı atılan bu addımı Rusiyanın müxtəlif dairələrinin özbaşınalığı kimi qəbul etmək olar.

Kremlin imperialist dairələrinin son vaxtlar bu istiqamətdə addımlarının sayı da artıb. Bunu da onların tərkib hissəsi saymaq olar. Azərbaycan da daxil olmaqla, MDB ölkələrindən olan insanlara qarşı ayrı-seçkilik, fiziki zor tətbiqi və diskriminasiya hallarının artdığını müşahidə edirik.

Ümumiyyətlə, son vaxtlar Kremlin keçmiş sovet respublikalarından olan insanlara qarşı zorakılıqları, təzyiqləri, diskriminasiya hallarının artdığı müşahidə edilir. Sosial şəbəkələrdə Rusiya polisinin Mərkəzi Asiyadan olan miqrantlara qarşı zorakı hərəkətlərinin əks olunduğu görüntüləri yada salaq.

Maraqlıdır ki, postsovet məkanına daxil olan ölkələri içərisində yalnız erməni miqrantlara "gözünün üstündə qaşın var" deyən yoxdur. İrəvanda Rusiya bayraqları yandırılır, Rusiya və ruslara qarşı ən sərt addımlar, şüarlar səslənir və Moskva da heç nə baş verməmiş kimi susur. Ermənistan vətəndaşlarına, ermənilərə xüsusi diqqət və qayğı göstərilir, onların törətdiyi ən ağır əməllər ört basdır edilir.

Hər halda ümid etmək olar ki, deputata qarşı atılan bu həqarət dövlətin mövqeyi deyil, hansısa bir qurumun özbaşınalığının nəticəsidir. Əgər belə olmadığı təsdiqini taparsa, o zaman Azərbaycan tərəfindən də adekvat addımlat atılması mümkündür.

Azərbaycan müstəqil dövlətdir və heç kimin də bu cür həqarət doğuran addımlarını cavabsız qoymayacaq.

Yuxarıda da qeyd etdiyimiz kimi, əgər Rusiya bu gün iki ölkə arasında strateji müttəfiqlik münasibətlərindən danışırsa, bu kimi addımlar yolverilməzdir. AZAl-a məxsus təyyarənin Rusiya tərəfindən vurulması ilə bağlı rəsmi Bakının mövqeyini yada salaq.

Bütün bu xoş münasibət fonunda gözəgörünməz qüvvələr var ki, hər vəchlə ikitərəfli münasibətlərə xələl gətirməyə çalışır və qaşınmayan yerdən qan çıxartmağa cəhd göstərirlər.

Digər mühüm bir məsələ - "Rus evi"nin Bakıda qanunsuz fəaliyyət göstərməsi ilə bağlı atılan addımlardan sonra Azərbaycanın nüfuzu media strukturlarına kiberhücumların da Rusiya ərazisindən həyata keçirildiyini də yada salaq. Və silsilə kiberhücumlar Rusiya tərəfindən edildiyi real faktlarla, sübutlarla təsdiq olundu.

Sonda sadəcə qeyd etmək istərdik ki, Rusiyanın azərbaycanlı deputata qarşı bu rüsvayçı hərəkətinin heç bir məntiqi yoxdur. Sadəcə görünən odur ki, Kremldə müəyyən qüvvələr ölkə üçün yeni problem, Cənubi Qafqazın ən güclü və qüdrətli, ən əsası müstəqil dövləti ilə münasibətlərə xələl gətirməyə çalışır. Hər halda ümid etmək olar ki, rəsmi Moskva yol verdiyi hərəkətə görə hər hansı bir izahat və yaxud üzrxahlıq edəcək.

"Report" İnformasiya Agentliyi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 May 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see207

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see198

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see189

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see168

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see155

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see142

Mingəçevirli 10 yaşlı şahmatçı Avropa çempionatında gümüş medal qazandı

07 Noyabr 2025 23:49see140

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see137

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see134

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see133

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see132

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see130

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see129

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see129

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see129

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see127

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see127

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see126

Noyabr bu bürclər üçün sakit və huzurlu keçəcək

08 Noyabr 2025 22:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri