Icma.az
close
up
RU
Çexiyada beynəlxalq festivalda ölkəmiz “Yaddaş sarayları” filmi ilə təmsil olunacaq

Çexiyada beynəlxalq festivalda ölkəmiz “Yaddaş sarayları” filmi ilə təmsil olunacaq

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 14 oktyabr, AZƏRTAC

Oktyabrın 24-dən noyabrın 2-dək Çexiyanın Jihlava şəhərində növbəti dəfə Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək. Festivalda ölkəmiz rejissor Mətləb Muxtarovun “Yaddaş sarayları” qısametrajlı sənədli filmi ilə təmsil olunacaq.

Bu barədə AZƏRTAC-a Azərbaycan Kinematoqrafçılar İttifaqından (AKİ) məlumat verilib.

Bildirilib ki, ekran işi festivalın qısametrajlı sənədli filmlər üçün nəzərdə tutulmuş “Short Joy” bölməsində birincilik uğrunda mübarizə aparacaq. “Yaddaş sarayları” filminin dünya premyerası da festival çərçivəsində keçiriləcək.

“Rental Azərbaycan” şirkətinin ərsəyə gətirdiyi sənədli filmin prodüseri Emil Nəcəfdir. “Yaddaş sarayları” 2024-cü ildə Azərbaycan Respublikası Kino Agentliyinin həyata keçirdiyi postprodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsinin qaliblərindəndir.

Filmdə rejissor, doğulub-böyüdüyü Sumqayıt şəhərinin küçələrində “ilk xatirə”sinin axtarışına çıxır. Gəzintilər onu həmin xatirənin yarandığı yerə gətirir. Bu “ilk xatirə” körpəlikdə itirdiyi atası və vəfat etmiş nənəsi ilə bağlıdır. Yekunda fərdi xatirə axtarışları müəllifi SSRİ dağılandan sonra 1990-cı illərin əvvəlində azərbaycanlıların yaşadıqları travmalara aparıb çıxarır.

Filmin prodüseri Emil Nəcəfin festivalda iştirakının yol xərcləri AKİ tərəfindən qarşılanıb. Cari il iyunun 25-də Azərbaycan Kinematoqrafçılar İttifaqında sözügedən filmə qapalı baxış keçirilib.

Qeyd edək ki, Mətləb Muxtarovun bundan əvvəl çəkdiyi “12/35” adlı sənədli filmi də bir sıra beynəlxalq festivallarda nümayiş edilib.

Xatırladaq ki, 1997-ci ildən Çexiyanın Jihlava şəhərində təşkil olunan festival ənənəvi olaraq oktyabrın sonunda keçirilir. Ji.hlava Beynəlxalq Sənədli Film Festivalı sənədli film sahəsində dünyanın ən nüfuzlu festivallarından sayılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri