Azərbaycanlı pəhləvan: “Əsas niyyətim 1000 tonluq gəmi və təyyarə dartmaqdır” FOTO VİDEO
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"İndiyə qədər bunu edən olmamışdı".
Bunu İdman.biz-ə Azərbaycanın məşhur pəhləvanı Əliyar Musayev deyib.
63 yaşlı pəhləvan Rusiya və MDB rekordlar kitablarına düşməsindən danışıb: “Moskvadan gəlirəm. Orada üç qatarı çeçələ barmağımda 20 metr dartmışam. Bununla da Rusiya və MDB rekordçu oldum. Hazırda Ginnesin Rekordlar Kitabına düşmək üçün müvafiq işlərə başlamışıq. Yaxın müddətdə Gənclər və İdman Nazirliyində bununla bağlı təqdimat gözlənilir".
Pəhləvan yaşının ona maneə olmadığını da vurğulayıb: "İnsan pəhləvan doğulur, sonradan olmur. Sənin atanda, babanda güclü adamlar varsa, özündə də bunu hiss edirsən. 12 yaşımdan idmanla məşğul oluram. Artıq əlli ildir. 63 yaşım olmasına baxmayaraq, yenə də gündə üç saat idman edirəm. Yeməyimə fikir verirəm, vitaminlərimi vaxtlı-vaxtında qəbul edirəm. Bundan sonra əsas niyyətim 1000 tonluq gəmi və təyyarə dartmaqdır. Ən güclü nömrələrim qarşıdadır".
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 19 Fevral 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















