Icma.az
close
up
RU
Azərbaycanlı rəqqas İstanbulda keçirilən beynəlxalq müsabiqədə qalib gəlib

Azərbaycanlı rəqqas İstanbulda keçirilən beynəlxalq müsabiqədə qalib gəlib

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 4 noyabr, Anara Axundova, AZƏRTAC

İstanbulda keçirilən beynəlxalq müsabiqə - “İstanbul Autumn Festival”da Azərbaycan, Qazaxıstan, İran, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən iştirakçılar yarışıblar. Azərbaycan nümayəndəsi - tanınmış rəqqas Fərid Kazakov müsabiqədə qalib gəlib.

AZƏRTAC xəbər verir ki, azərbaycanlı sənətçi “Sentimientos a través del tiempo” adlı yeni nömrəsi ilə “Modern Dance” nominasiyasında çıxış edib və bu rəqslə növbəti dəfə birinci yerə layiq görülüb. Qeyd edək ki, Fərid Kazakovun “Kazakov İnternational Academy” tələbələri də öz kateqoriyalarında qalib gəliblər.

O bildirib ki, Azərbaycan bayrağını beynəlxalq səhnədə ucaltmaq onun fəaliyyətində ən vacib və dəyərlidir.

“Ölkəmizin xoreoqrafiya sənətinin yüksək səviyyəsini nümayiş etdirərək Azərbaycana yenidən beynəlxalq səhnədə qələbə qazandırdığım üçün xoşbəxtəm. Bütün yaradıcılığım Azərbaycanı ən yüksək səviyyədə təmsil etməyə və bununla da sənətimizi xaricdə tanıtmağa yönəlib. Mən bu müsabiqə üçün uzun müddət hazırlaşdım. Çünki bu, mənim üçün yeni bir obraz idi. Təxminən bir ildir ki, İstanbuldakı Servantes İnstitutunda ispan dilini öyrənirəm. Buna görə də bu dildə mahnı seçimim təsadüfi deyildi. İspan mədəniyyətini sevirəm və artıq yanvar ayında tələbələrimlə birlikdə İspaniya və İtaliyada keçiriləcək yarışlara yollanacağam. Bu, mənim üçün vacib bir qələbədir, çünki xoreoqrafiyanın yaş məhdudiyyəti olduğu stereotipini qırmağa çalışıram. Allah mənə sağlamlıq və güc verdiyi müddətdə rəqs edəcəyəm. Ölkəmi beynəlxalq səhnədə və qələbə kürsüsündə təmsil etmək isə unudulmaz bir duyğular və emosiyalardır!” - deyə azərbaycanlı rəqqas əlavə edib.

Qeyd edək ki, Fərid Kazakov Azərbaycan və Rusiya rəqqası, xoreoqraf, balet sənətçisi, rəqs üzrə dünya çempionu, Rusiyanın üçqat ən yaxşı solisti, qlobal beynəlxalq “Most Fashionable Awards” mükafatı laureatı, “Central Asia's Got Talent” beynəlxalq istedadlar şousunun finalçısı, ikiqat Azərbaycan Milli Mükafatı laureatı, “Türkiyənin Ən İstedadlı Rəqqası” və Türkiyə Milli Mükafatı olan “Türkiye Zirvə Ödülləri” adların sahibidir. O, həmçinin yüksək kateqoriyalı müəllim, Avropa Mədəniyyət Assosiasiyasında Azərbaycan və Türkiyənin fəxri üzvü və səfiri, Bakı Xoreoqrafiya Akademiyasının və Moskva Dövlət Mədəniyyət İnstitutunun məzunu, beynəlxalq, ümumrusiya və milli müsabiqələrin dəfələrlə qalibi və Qran-pri mükafatçısı, həmçinin Azərbaycan Prezidenti və Azərbaycanın Birinci vitse-prezidentinin “Zirvədəki Azərbaycanlılar” kitabına XXI əsrin Azərbaycan gəncliyinin görkəmli nümayəndəsi kimi daxil edilmiş sənətçidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Noyabr 2025 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see224

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see222

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see218

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see211

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see201

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see201

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see175

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see171

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see170

Yuxuyozma... Yuxuda yovşan görmək haqqında Qustav Miller, Vanqa və Ziqmund Freyd nə deyib? Video

19 Dekabr 2025 00:24see164

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see153

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see148

Bəxti açılacaq və maaşı artacaq bürclər

19 Dekabr 2025 03:21see144

AKTA nın 2025 ci il üzrə fəaliyyətinə dair hesabat tədbiri keçirildi FOTO

18 Dekabr 2025 20:27see141

“Qarabağ” hazırda keçmiş SSRİ məkanının ən güclü komandasıdır” Rus qəzeti

18 Dekabr 2025 09:27see141

Ayça həmin mağazadan 700 min tələb edir

18 Dekabr 2025 04:01see141

40 yaşdan sonra beyin geriləməsinin əsas səbəbi

18 Dekabr 2025 16:57see140

Azərbaycanda Balıqçılıq haqqında yeni qanun qəbul olunacaq

19 Dekabr 2025 11:26see134

İnanıram ki, yaxşı formada olsam, Ayxan Abbasov məni mütləq milliyə dəvət edəcək

18 Dekabr 2025 11:31see131

Hər gün bir stəkan içən qocalmır

18 Dekabr 2025 06:06see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri