Icma.az
close
up
RU
Azərbaycanlılar ən çox nəyə pul xərcləyir? “Son qəpiyimizi də...”

Azərbaycanlılar ən çox nəyə pul xərcləyir? “Son qəpiyimizi də...”

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Yaşayış tərzimizin əsirinə çevrilmişik və əsas problemimiz də elə budur”.

Bu sözləri “Yeni Sabah”a iqtisadçı Fuad İbrahimov qeyd edib.

Ekspert Azərbaycan əhalisinin ən çox xərcinin hansı istiqamətə getdiyini belə şərh edib: Dominos pizza

“Pullarımız ən çox qurduğumuz həyat tərzinə xərclənir. Azərbaycanlılar bir şeyi də nəzərə almalıdır ki, xərclərimiz istehlak səbətimizə cavab vermir. Bu gün minimal əməkhaqqı bazası dövrün tələblərinə cavab vermir.

Ailələr bir-birindən fərqləndiyi kimi, gəlir və xərclər də fərqlənir. Məsələn, kirayə evdə qalan ailənin əsas xərci ev puluna gedir. Yəni xərclərin əsas hissəsini udur və bu illərlə dəyişilmir. Yaxud bəzi ailələrdə səhhətində problem olan insan var və əsas gəlir dava-dərmana xərclənir. Həmçinin, məktəbli uşaqlar olan ailənin əsas xərci hazırlıq dərslərinə gedir.

Yadıma gəlir ki, sovet dövründə biz 9-cu sinifdən sonra hazırlığa gedərdik. Ancaq indi 1-ci sinifdən şagirdlərin hazırlığı başlayır. Bu faciədir!"

Fuad İbrahimov əlavə edib: "Əvvəllər el şənliyi nişan və toy aid idi. İndi üzərinə xınayaxdı da gəlib. Yəni belə görünür ki, gələcəyə doğru xalq olaraq xərclərimizi artırmağa davam edirik.

Eyni zamanda, dəbdəbəli olmağa çalışırıq. Xalq olaraq geyimimizə fikir veririk. Kasıb və ya varlı, fərq etmir. Son qəpik də olsa, hamıdan, hər kəsdən seçilək. Üstəgəl telefon, saç düzümü və s.

Beləliklə, həyat tərzimizin əsiri olmuşuq. Bütün təbəqələr belədir. Bəlkə on mində bir insan tapmaq olar ki, dünya-aləm vecinə deyil, amma borcu, problemi başından aşır, gəliri nə yeməyinə, nə də yaşamağına çatır.

3 nəfərlik ailə var ki, büdcəsi 11 min manatdan çoxdur. Ancaq gileylənir ki, həmin məbləğ kifayət etmir. Əlbəttə, səliqəli həyat tərzi olan, gəlir və xərclər arasındakı balansı qoruyub, yaşamını tarazlayan insanlarımız da var. Amma onlar olduqca azdır. Təəssüf ki, biz hələ o səviyyəyə gəlib çatmamışıq ki, bu haqda düşünək.

Maraqlı budur ki, xaricdə təhsil alıb milli həyat tərzini dəyişən övladlarımız Qərbdə qərb həyatı yaşayırlar, amma öllkəyə qayıdan kimi isə çevrilib bizim vəziyyətə düşürlər”.

Aytac Əliyeva


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 Avqust 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri