Icma.az
close
up
RU
Azərbaycanlılar Ermənistan gömrüyündə yoxlanacaq? Deputat İZAH ETDİ

Azərbaycanlılar Ermənistan gömrüyündə yoxlanacaq? Deputat İZAH ETDİ

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Avqustun 8-də Azərbaycan və Ermənistan ABŞ-nin şahidliyi ilə sülh sazişinin mətnini paraflayıb. Vaşinqtonda Zəngəzur dəhlizi və yaxud "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) bağlantı layihəsinin açılmasına dəstək göstərilməsi ilə bağlı tam razılıq əldə edilib. Azərbaycanla Ermənistan arasındakı razılaşmaların icrası ilə bağlı işçi qruplarının yaradılması planlaşdırılır. Bu işçi qruplarının fəaliyyətinin nələrdən ibarət olacağı diqqətçəkən nüansdır.

Mövzu ilə əlaqədar Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib ki, Azərbaycanla Ermənistan arasındakı razılaşmaların icrası ilə bağlı yaradılacaq işçi qruplarının fəaliyyəti məsələlərin həllinin hüquqi və texniki əsasını yaratmaqdan, reqlament və modallıqların razılaşdırılmasından ibarət olmalıdır:

“Ermənistanın işğalçılıq siyasəti nəticəsində kəsilmiş, blokadaya alınmış nəqliyyat və kommunikasiya xətlərinin açılması post-münaqişə dövrü dövlətlərarası münasibətlərin normallaşdırılması prosesində prioritet məsələlərdən biridir. Vurğulamaq istərdim ki, 1993-cü ildə Ermənistan torpaqlarımızı işğal edərkən və BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul edilən zamanda işğal qınanılmaqla yanaşı, nəqliyyat və kommunikasiya xətlərinin açılması məsələsi də qeyd olunurdu. Xüsusilə, 874 saylı qətnamə bunun üçün hüquqi bazadır. 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində ərazi bütövlüyümüzü bərpa etdik. Bunun nəticəsi olaraq, Azərbaycan-Rusiya-Ermənistan üçtərəfli bəyanatı imzalanıb. Ermənistan sənədə imza atmaqla kommunikasiya və nəqliyyat yollarının açılması ilə əlaqədar növbəti dəfə öhdəlik götürüb. Lakin daha sonra Ermənistan nəqliyyat və kommunikasiya xətlərinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədiyindən və ya bunu istəmədiyindən artıq qlobal güc-ABŞ prosesə qarant, hərəkətverici qüvvə kimi qoşulur”.

Parlamentari vurğulayıb ki, Zəngəzur dəhlizi və ya TRIPP kimi tanınan bu marşrutun açılması bir neçə aspekti özündə ehtiva edir.
"ABŞ-nin şahidliyi ilə  avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli Birgə bəyanatın 3-cü bəndində bununla əlaqədar deyilir:
"Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir".
Ölkədaxili nəqliyyatın təmini dedikdə əsas məsələ, Azərbaycanın əsas hissəsindən onun digər bir bölgəsinə, yəni Naxçıvan eksklavına quru yolla əlaqənin bərpasının təminidir. Burada insanların, yüklərin və nəqliyyat vasiətlərinin hərəkətinin maneəsiz təmin olunması prioritet məsələdir. Yaradılacaq işçi qruplar da bu məsələnin hüquqi əsaslarını və ümumi çərçivəni müəyyən etməlidirlər. Bir daha qeyd edirəm ki, Azərbaycanın Respublikasının bir hissəsindən digər hissəsinə insanların, yüklərin və nəqliyyat vasitələrinin manesiz gediş-gəlişini təmin etmək üçün Ermənistanın müvafiq gömrük, sərhəd xidməti ilə hər hansı təmas olmamalıdır. Azərbaycan Respublikası Ermənistan Respublikasının suverenliyinə, ərazi bütövlüyünə qarşılıqlıq əsasında hörmətlə yanaşır, paraflanmış sülh sənədi də bunun üçün əsasdır".

Deputat qeyd edib ki, üçtərəfli Birgə bəyanatda Zəngəzur dəhlizinin, TRIPP bağlantı layihəsinin ikitərəfli, yəni regional və beynəlxalq əhəmiyyəti də vurğulanır. Bu kontekstdə parlamentari vurğulayıb ki, hazırda Azərbaycanın qərbində - Türkiyə ərazisində, həm də şərqində - Xəzər dənizinin o biri tayında Zəngəzur dəhlizinin uzanan qolları istiqamətində geniş işlər aparılır:

“Bir neçə gün əvvəl Qars-İğdır-Dilucu dəmiyolunun təməlqoyma mərasimi oldu. 2.4 milyard avro dəyəri olan bu layihə işə salındıqdan sonra, artıq Bakı-Tbilisi-Qars dəmir yolu halqa formasını alır. Eləcə də Xəzərin o tayında Çin, Özbəkistan və Qırğızıstan dəmir yollarının birləşdirilməsi haqda texniki əsaslandırma işlərini tamamlayırlar. Biz görürük ki, Zəngəzur dəhlizində insanların, yüklərin və nəqliyyat vasitələrinin daşınmasının dövlətlərarası münasibətlər qədər beynəlxalq və regional əhəmiyyəti də var. Bura beynəlxalq dəhlizin tərkibi hissəsidir. Həmçinin bu məsələlərin təmin olunması sülhün və sabitliyin təmin olunmasına töhfə kimi qiymətləndirilir və Ermənistanın üzərinə beynəlxalq öhdəlik qoyur.”

Nəqliyyat dəhlizinin geosiyasi və geoiqtisadi əhəmiyyətini Rizvan Nəbiyev müqayisə əsasında belə izah edib:

"Bu gün su hövzələri arasında əlaqənin təmin olunmasında bir sıra önəmli yerlər var. Süveyş kanalı Aralıq dənizindən Qırmızı dənizə çıxış təmin olunmasında, Bab-əl Mandab bogazı Qırmızı dənizlə Ərəb dənizinə və oradan Hind okeanına çıxışın təminində və yaxud Hörmüz boğazı Fars körfəzi ilə Oman körfəzinin və oradan isə Hind okeanı ilə əlaqənin yaradılmasında hansı rolu oynayırsa, Zəngəzur dəhlizi və onun bağlantıları da quruda Şərq-Qərb, eləcə də Şimal-Cənub dəhlizləri arasında əlaqələndirmədə təxminən eyni rola malik olacaqdır. Fərq ondadır ki, boğazlar dəniz nəqliyyatında, digəri isə quru yolu nəqliyyatında strateji əlaqələndirmə funksiyasına malikdir.“

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Avqust 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri