Azərbaycanlıları qətlə yetirənlər mükafatlanırsa... Politoloq
Icma.az, Axar.az saytına istinadən bildirir.
Rusiyada azərbaycanlıların əvvəlki illərlə müqayisədə daha az təhlükəsiz şəraitdə yaşadığı müşahidə olunur. Son dövrlər baş verən hadisələr də göstərir ki, bu ölkədə azərbaycanlıların rahat və təhlükəsiz yaşamaları üçün mövcud olan təminatlar ya tamamilə aradan qalxıb, ya da ciddi şəkildə zəifləyib.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Rusiyada azərbaycanlılara qarşı münasibət və son hadisələrdən danışarkən deyib.
Onun sözlərinə görə, mövcud vəziyyət ilk növbədə sadə insanların Rusiya ilə bağlı düşüncələrini yenidən nəzərdən keçirməsinə səbəb olur:
“İnsanlar Rusiyada yaşamaq və işləmək məsələsinə artıq əvvəlki kimi deyil, daha ehtiyatlı və fərqli prizmadan yanaşmağa başlayıblar.
Hazırda iki ölkə arasında biznes və digər sahələr üzrə müəyyən əlaqələr mövcud olsa da, bu cür hadisələr fonunda həmin münasibətlərin tədricən zəiflədiyi açıq şəkildə hiss olunur. Rusiyada keçmiş Sovet İttifaqı respublikalarına və onların vətəndaşlarına qarşı daha sərt və gərgin yanaşmanın artması müşahidə edilir ki, bu da təkcə azərbaycanlılara deyil, digər ölkələrin vətəndaşlarına münasibətdə də mənfi təsir göstərir. Bu cür siyasətin hansı məqsədlərə xidmət etdiyi aydın deyil, lakin Rusiyada düşünən dairələr anlamalıdırlar ki, bu yanaşmanın davamı ölkənin beynəlxalq miqyasda təcrid olunmasına gətirib çıxara bilər”.
Ekspert əlavə edib ki, hazırda söhbət hələlik konkret bir epizoddan gedir, lakin əgər bu cür hadisələr gələcəkdə də soydaşlarımıza qarşı oxşar şəkildə davam edərsə, artıq bunu təsadüf yox, sistemli bir tendensiya kimi qiymətləndirmək lazım gələcək:
“Belə bir tendensiya son nəticədə Rusiyanın mövqelərini zəiflədir və digər ölkələrlə münasibətlərinə həm siyasi, həm də iqtisadi baxımdan ciddi zərbə vurur”.
Qeyd edək ki, ötən il Rusiyanın Yekaterinburq şəhərində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı 50 azərbaycanlı saxlanılmışdı. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları, eləcə də onların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov həyatını itirmişdi. Son günlər isə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həmin əməliyyatda iştirak edən əməkdaşlarının rəsmi şəkildə təltif edilməsi geniş rezonans doğurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 31 Yanvar 2026 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















