“Azercell” bu tarif paketləri üzrə dəyişiklik etdi Qiymətlər artırıldı FOTO
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Azercell Telekom" "Biznesim" tarif paketləri çərçivəsində təqdim olunan internet paketlərinin həcmini və qiymətini artırır.
Milli.Az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı şirkət tərəfindən müvafiq qərar qəbul olunub.
Qərara əsasən, dəyişikliklər fevralın 25-dən etibarən tətbiq olunacaq və "Biznesim" tarif paketləri üzrə qiymətlər də 2 manata qədər artırılacaq.
Belə ki, fevralın 25-dən sonra "Biznesim 3GB" tarifi "Biznesim 4GB", "Biznesim 6GB" tarifi "Biznesim 8GB", "Biznesim 9GB" tarifi "Biznesim 12GB", "Biznesim 15GB" tarifi "Biznesim 20GB" və "Biznesim 55GB" tarifi "Biznesim 60GB" adlanacaq.
Qiymətlər isə müvafiq olaraq 14 manatdan 15 manata, 19 manatdan 21 manata, 24 manatdan 26 manata, 34 manatdan 36 manata və 54 manatdan 56 manata artırılıb.
Daha əvvəl isə bu tarif paketləri üzrə qiymətlər 2024-cü ildə artırılmışdı.
Belə ki, əvvəllər "Biznesim" tarif paketləri üzrə qiymətlər bir qədər aşağı olub. 2024-cü ilin mart ayına qədər "Biznesim 1GB", "Biznesim 3GB", "Biznesim 5GB", "Biznesim 10GB" və "Biznesim 50GB" tarif paketləri mövcud olub ki, onların da qiymətləri müvafiq olaraq 12 manat, 17 manat, 22 manat, 32 manat və 52 manat təşkil edib.
Beləliklə, "Azercell Telekom" son illər "Biznesim" tarif paketləri üzrə internet həcminin genişləndirilməsi ilə yanaşı bir neçə dəfə qiymət artımı tətbiq edib.
Milli.Az
Baxış sayı:105
Bu xəbər 24 Yanvar 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















