Icma.az
close
up
RU
İran geri çəkilmir, Tramp mövqeyində israrlıdır: ABŞ İran müharibəsi başlayır? ŞƏRH

İran geri çəkilmir, Tramp mövqeyində israrlıdır: ABŞ İran müharibəsi başlayır? ŞƏRH

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Son illər Yaxın Şərqdə baş verən siyasi və hərbi proseslər İran ətrafında gərginliyin yeni mərhələyə keçdiyini göstərir.

ABŞ-ın regionda hərbi mövcudluğunu artırması, xüsusilə də dəniz donanmasının Yaxın Şərqə göndərilməsi ilə bağlı açıqlamalar Tehranda ciddi narahatlıq doğurur.

Paralel olaraq İranda davam edən və zaman-zaman sərt şəkildə yatırılan daxili etirazlar, Qərbin, xüsusilə ABŞ-ın bu proseslərdə oynadığı rol barədə müzakirələri daha da alovlandırır. Bu arada İran rəsmi şəkildə bəyan edib ki, ABŞ-ın İrana qarşı atacağı istənilən hərbi addım “tammiqyaslı müharibə” kimi qiymətləndiriləcək və buna mümkün olan ən sərt cavab veriləcək.

Maraqlıdır görəsən, yaxın zamanda ABŞ-ın İrana hücumu baş tutacaq? Turkustan.az olaraq bu sualımızı politoloq Məhəmməd Əsədullazadəyə ünvanladıq.

Məhəmməd Əsədullazadə

İranda baş verən etirazların boğulması və bu prosesdə ABŞ-ın dolayısı dəstəyi İran əleyhinə aparılan ümumi strategiyanın mümkün variantlarından biri kimi qiymətləndirilirdi. Tramp administrasiyası dövründə İranla bağlı əsas məsələ hərbi qarşıdurmadan çox, diplomatik təzyiq xətti idi. Bu çərçivədə İranın nüvə proqramından, xüsusilə ballistik raketlərdən imtina etməsi tələb olunur, ABŞ və Qərb şirkətlərinin İranın neft və enerji sektoruna çıxışının məhdudlaşdırılması ilə rejim iqtisadi cəhətdən sıxışdırılırdı.

Lakin görünən odur ki, İran rejimi bu təzyiqlərə baxmayaraq geri addım atmaq niyyətində deyil. ABŞ administrasiyası daxilində islahatlara ümid edən qüvvələr olsa da, ali dini rəhbərlik və mühafizəkar çevrələr buna qəti şəkildə qarşı çıxır. Etirazlar İran daxilində rejim üçün ciddi təhlükə yaratsa da, Tehran hələlik bu prosesi nəzarətdə saxlamağa çalışır.

Regionda vəziyyət daha da mürəkkəbləşir. ABŞ, İsrail və İran arasında gərginlik, eyni zamanda Səudiyyə Ərəbistanı və digər regional oyunçuların prosesə cəlb olunması riskləri artırır. Diplomatik kanallar üzərindən aparılan danışıqların yanlış hesablanması vəziyyəti daha təhlükəli mərhələyə daşıya bilər.

Bu səbəbdən ABŞ və müttəfiqləri İran ətrafına hərbi donanma və digər strateji vasitələr yerləşdirərək təzyiqi artırırlar. Məqsəd İranı uzunmüddətli qarşıdurmaya məcbur etmək deyil, onu mövqeyini dəyişməyə vadar etməkdir. Buna baxmayaraq, İran məsələsi qlobal siyasətdə hələ də ziddiyyətli və qarışıq strategiyalarla müşayiət olunur.

Bir çox dairələrdə hesab edilir ki, İranda mövcud rejim dəyişməli və ölkədə yeni siyasi sistem qurulmalıdır. Yeni dünya siyasi düzənində İranın daxili və xarici siyasətinin dəyişməsi qaçılmaz görünür. Bu dəyişiklik ya tədricən, yumşaq keçid yolu ilə baş verəcək, ya da ABŞ və müttəfiqlərinin davamlı müdaxilələri fonunda daha sərt ssenari ilə reallaşacaq.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:319
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 24 Yanvar 2026 14:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri