Icma.az
close
up
RU
Azercell panel müzakirə keçirdi FOTOLAR

Azercell panel müzakirə keçirdi FOTOLAR

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

“Azercell Telekom” MMC  yerli və beynəlxalq aparıcı ekspertlərin və biznes liderlərinin iştirakı ilə “Dayanıqlılığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib.

Modern.az xəbər verir ki, panel iştirakçıları dayanıqlı inkişafın təmin edilməsində iri təşkilatların strateji rolunu gündəmə gətiriblər, iqlim çağırışları ilə mübarizədə innovativ həllərin və tərəfdaşlıqların vacibliyini vurğulayıblar.

Panel müzakirəsinə "Azercell"in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva, “Azərbaycan Dəmir Yolları” QSC-nın Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova, Google-un Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Dayanıqlılıq direktoru Adam Elman və Ambition Loop-un həmtəsisçisi Qonzalo Munyoz qatılıblar. 

S3-ün regional direktoru Mövlan Paşayevin moderatorluq etdiyi paneldə müzakirələr əsasən ekoloji məsuliyyət sahəsində korporativ liderliyin əsas aspektləri, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sektorlararası əməkdaşlığın vacibliyi kimi mövzulara fokuslanıb. 

Panel iştirakçıları müasir texnologiyaların, o cümlədən süni intellektin iqlim dəyişikliyi ilə mübarizədəki rolu barədə fikir mübadiləsi aparıblar. Google şirkətini təmsil edən Adam Elman süni intellektin bu sahədəki tətbiqi imkanları barədə danışıb. S. Elman bildirib ki, süni intellekt iqlim dəyişikliyi proqnozunu təkmilləşdirə və davamlılıq təşəbbüslərini dəstəkləmək üçün resursları optimallaşdıra bilər.

QHT-ləri təmsil edən Qonzalo Munyoz öz növbəsində bu istiqamətdə önəmli dəyişikliklərə nail olmaq üçün müxtəlif tərəfdaşlıqların əhəmiyyəti haqqında danışıb, sektorlararası və beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayıb. 

Şirin Əliyeva və Aybəniz İsmayılova isə müzakirələr çərçivəsində iştirakçılar ilə yerli təcrübəni bölüşüblər. Şirin Əliyeva Azercell-in ESG strategiyası, o cümlədən bərpa olunan enerji mənbələrindən istifadəyə və enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələri barədə məlumat verib. Ş. Əliyeva "Azercell"in Qarabağda 35 yaşıl baza stansiyasının fəaliyyət göstərdiyini və onların enerji tələbatının 60%-nin bərpa olunan enerji hesabına qarşılandığını qeyd edib. Həmçinin şirkətin qlobal iqlim təşəbbüslərində, o cümlədən BMT-nin Qlobal Sazişi və GSMA-nın İqlim Fəaliyyəti üzrə İşçi Qrupunda fəal iştirakı da vurğulanıb.

Aybəniz İsmayılova ADY-nin bu yaxınlarda dərc olunmuş ESG hesabatını təqdim edərək ölkədə dayanıqlı nəqliyyatın, xüsusilə dəmir yollarının dekarbonizasiya hədəflərinə çatmaq üçün görülən işlər, yaşıl innovasiyalar və qabaqcıl rəqəmsal həllərin tətbiqi haqqında danışıb.

Tədbirin sonunda panel iştirakçıları qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı effektiv mübarizə üçün korporasiyaların, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının birlikdə çalışmalı olduğunu bir daha qeyd ediblər.  Panel "Azercell"in innovasiyalarla yanaşı, davamlı və dayanıqlı inkişafa, yaşıl gələcək naminə həyata keçirdiyi təşəbbüslərə sadiqliyini vurğulayıb. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Noyabr 2024 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri