Icma.az
close
up
RU
Azercell və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçildi! AzPolitika onlayn siyasiictimai qəzet

Azercell və Azərbaycan Cüdo Federasiyası “İlin markası” seçildi! AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Lider operatorun Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi sosial kampaniyalar bir sıra nominasiyalar üzrə Türkiyənin ən prestijli reklam mükafatlarından olan Felis-ə layiq görülüb

Reklam və marketinq sahəsində effektiv və yaradıcı layihələri qiymətləndirən “Felis Mükafatları” "Azercell"-in fəaliyyətini yüksək dəyərləndirib. “Felis Mükafatları” çərçivəsində təşkil edilən “Felis Azərbaycan” Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə həyata keçirdiyi sosial təşəbbüsləri fərqli kateqoriyalar üzrə 10 mükafata layiq görüb və tərəfdaşları “İlin markası” elan edib.

Noyabr ayının 8-i İstanbulun Haliç Konqress Mərkəzində keçirilən mükafatlandırma mərasimində iştirak edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova bildirib: “Həyata keçirdiyimiz hər bir sosial təşəbbüsün əsas məqsədi cəmiyyətimizə, ölkəmizə faydalı olmasıdır. Cüdo Federasiyası ilə tərəfdaşlığımız sayəsində bu amala xidmət edən “Qızlara ağ yaraşır”, “Söz verirəm”, “Doğru yol budur” kampaniyalarımızı ərsəyə gətirmişik. Layihələrimizin beynəlxalq və yerli müsabiqələrdə uğuru bizim əməkdaşlığın məhsuldarlığının bariz nümunəsidir”.

Qeyd edək ki, “Qızlara ağ yaraşır” sosial kampaniyası 6 kateqoriya üzrə 7 mükafatın sahibi olub. Azərbaycanın bölgələrində 1000 qızı cüdoya cəlb etməyə müvəffəq olan bu təşəbbüs müsabiqənin Qran Pri mükafatına layiq görülüb. Eyni zamanda, kampaniya “Korporativ Sosial Məsuliyyət (KSM) / Korporativ imic”, “İnteqrasiya edilmiş reklam kampaniyaları”, “PR kampaniyalar”, “Datadan istifadə”, “Rəqəmsal, mobil və sosial platformalardan istifadə”, “İnteqrasiya edilmiş mediadan istifadə” kateqoriyaları üzrə mükafatlar qazanıb.

Narkomaniyanın fəsadlarına diqqət çəkməklə sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönələn “Doğru yol budur” sosial layihəsi isə “Brendləşdirilmiş musiqi videosu” və “Print və çöl reklamlarının istifadəsi” kateqoriyası üzrə mükafat qazanıb.

Qeyd edək ki, Azercell və Cüdo Federasiyasının birgə həyata keçirdikləri bu sosial təşəbbüslər dəfələrlə beynəlxalq və yerli mükafatlara layiq görülüb.

“Azercell Telekom” MMC haqqında ətraflı məlumat üçün Azercell səhifəsinə keçid etməyinizi xahiş edirik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 11 Noyabr 2024 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see321

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see257

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see247

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see201

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see199

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see199

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see187

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see160

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see138

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see134

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see124

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see123

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri